Bakıda işıqlar niyə sönüb? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir neçə dəqiqə öncə Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb.

AZXEBER.COM məsələ ilə bağlı "Azərişıq” ASC ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, fasiləyə səbəb yarımstansiyalardan birində yaranan nasazlıqdır. Hazırda problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir.

Məlumata görə, paytaxtın bəzi yerlərində, əsasən Nizami və Xətai rayonlarında elektrik enerjisinin verilişi dayandırılıb.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...