Koronavirus Gürcüstanda da aşkarlandı: Azərbaycandan keçib - Rəsmi

Koronavirus yavaş-yavaş Azərbaycanı mühasirəyə alır.

İran virusdan ölüm hallarına görə dünyada ikinci yerdə tutur. Rusiyada koronavirus hələ xeyli əvvəl qeydə alınmışdı. Türkiyədə xeyli adamı karantinə alıblar.

Bizimyol.info xəbər verir ki, Azərbaycanın daha bir qonşusunda koronavirus tapılıb. Gürcüstan Səhiyyə Nazirliyi ilk yoluxma halının qeydə alılnmasıyla bağlı məlumat yayıb. Qonşu ölkənin səhiyyə naziri Yekaterina Tikaradze bu haqda məlumat verib. Onun dediyinə görə, Gürcüstana virus İrandan gəlib. Amma iş orasındadır ki, həmin şəxs Azərbaycandan keçərək gedib. Virusu sərhəddə məhz gürcülər müəyyənləşdiriblər.

Gürcüstan Çinə və İrana aviareysləri saxlayıb. Azərbaycanla sərhədlərin bağlanması müzakirə olunur.

Beləliklə, koronavirus coğrafiyasındakı ölkələrin sayı 42-ə çatıb. 80 mindən çox insan bu virusdan əziyyət çəkir.

Gün ərzində daha bir neçə ölkədən virus tapılması haqda məlumat gəlmişdi. Avropa dövlətlərindən Yunanıstan və Şimali Makedoniyada yoluxma qeydə alınıb.

Saglamolun.Az