Azərbaycanda bank rəhbərinin oğlu iynədən şoka düşərək öldü

“Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin 15 yaşlı oğlu vəfat edib.

Report xəbər verir ki, hadisə ötən gün Bakı şəhəri Məmməd Araz küçəsi 2 ünvanında qeydə alınıb.

Belə ki, axşam saatlarında yeniyetmənin hərarəti artıb. Ona ev şəraitində iynə vurulub. Mərhum iynədən sonra anafilaktik şok keçirib. Dərhal özəl xəstəxanadan təcili yardım çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Saglamolun.Az