21 yaşlı oğlan 41 gün ərzində yataraq ayılmayıb və öz ad gününü də ötürüb.
Medicina.az xəbər verir ki, o nadir nevroloji sindrom olan hipersomniyadan əziyyət çəkir.
Avstraliya sakini 21 yaşlı Harrinin xəstəliyi isə Kleyn-Levin sindromudur. Bunun el arasında adı “Yatmış gözəl” sindromu.
Xəstələr bir neçə gündən bir neçə aya kimi davam edə bilən yuxu epizodlarına düşə bilir.
Sindromdan uşaqlar və yeniyetmələr daha çox əziyyət çəkir.
Budəfəki yuxuya getmə Harrinin həyatında ən uzun müddət olub, o 41 gün yatıb. Bu günlər ərzində Harri qida qəbul edir və tualetə gedirdi, lakin bunları zombi kimi, sanki yuxuda edirdi. Yuxudan ayılanda cavan oğlan heç nəyi xatırlamırdı.
Saglamolun.Az