Rafael Dadaşovun xərçəngdən əziyyət çəkməsi barədə Lalə Dadaşovadan AÇIQLAMA

Müğənni Lalə Dadaşova Xalq artisti Rafael Dadaşovun xərçəng xəstəliyindən əziyyət çəkməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

L.Dadaşova "Ölkə.az"a açıqlamasında bildirib ki, R.Dadaşovun səhhətində problemlər var, amma xərçəngdən əziyyət çəkmir:

"Bilmirəm, bu xəbərləri kim yayır? Belə xəbərləri yazmaq nəyə lazımdır? Sonra özü bu xəbərləri oxusa, onun durumunu təssəvvür edirsinizmi? Dünyada milyon insan kimpyaterapiya qəbul edir. Allah Rafaeli millətimizə və bizə çox görməsin".

Qeyd edək ki, xeberchi.az saytı R.Dadaşovun xərçəngdən əziyyət çəkməsi barədə xəbər yayıb.


Saglamolun.Az



 

.