Çində xəstəxanada hər yer cəsədlərlə doludur - Dəhşətli FOTOLAR

Çinin Vuhan şəhərində ortaya çıxan koronavirusdan ölənlərin sayı 26 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, 830 nəfərin yoluxduğu virus sürətlə yayılmaqdadır. Vuhan şəhərində xəstəxanalarda yer olmadığı üçün səyyar xəstəxanalar qurulub. Ümumlikdə hökumət Çinin 9 şəhərində qarantin elan edib.

Ölümcül virusa Honq-Konq, Makao, ABŞ, Yaponiya, Cənubi Koreya, Tayland və Sinqapurda rast gəlinib.

Ümumdünya Səhiyyə Təşkilatı virusun digər ölkələrdə də yayıla biləcəyini açıqlayıb.

Koronavirusun əlamətləri

“2019-nCoV” olaraq adlandırılan virusun insandan insana keçdiyi bildirilir.

Koronavirusun simptomları bunlardır: burun axması, öskürək, boğaz və baş ağrısı, yüksək hərarət, immunitet sisteminin zəifləməsi.

Yaşlı və çox gənc insanlar üçün virusun pnevmoniya və bronxit kimi ciddi tənəffüs xəstəliklərinə səbəb olma ehtimalı var.

Koronavirusun müalicəsi

Koronavirusu üçün xüsusi bir müalicə yoxdur. Çox vaxt simptomlar öz-özünə keçir. Həkimlər ağrıkəsici dərmanlar və antipiretik maddələr təyin edir, simptomları aradan qaldırmaq üçün simptomatik müalicə təyin edirlər.

Həkimlər otaq nəmləndiricisi və isti duşun boğaz ağrısı və öskürək üçün yaxşı olacağını söyləyirlər. Xəstələnən insanlara çoxlu maye içmək, istirahət etmək və mümkün qədər yatmaq lazımdır.

Saglamolun.Az



loading...