Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ - VİDEO

Kirayə ilə ev almaq dövrü başladı. Marja.az xəbər verir ki, elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində başlanılacaq. Müraciətlər "Elektron Hökumət Portalı” (www.e-gov.az) üzərindən qəbul ediləcək.

Tələsin, mənzillər azdır. İlk mərhələdə cəmi 331 mənzil kirayəyə veriləcək.

Bu mənzillər sonda sizə qala bilər.

Kirayəyə verilməsi nəzərdə tutulan mənzillərin yerləşdiyi ərazi və sahəsi də açıqlanıb.

Bəs kirayə mənzilin alınma mərhələləri necədir?

1. Kirayə üçün müraciət– satmaq öhdəliyi ilə kirayə müqaviləsinin bağlanılması üçün ərizəçinin və gəlirlərinin nəzərə alınması məqsədilə müraciət edən ərizəçinin ailə üzvlərinin müraciəti gücləndirilmiş elektron imza sertifikatı ilə Elektron Hökümət Portalına (www.e-gov.az) inteqrasiya olunmuş "Elektron İpoteka və Kredit Zəmanət” sistemində (EİKZS) yaradılan elektron kabinet vasitəsilə edilir.

Elektron kabinetdə ərizəçi və gəlirlərinin nəzərə alınması məqsədilə müraciət edən ərizəçinin ailə üzvləri barəsində zəruri məlumatların (sənədlərin) alınması üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, kredit bürolarına, fiziki və hüquqi şəxslərə Fond tərəfindən sorğu göndərilməsinə razılıqları verilir və ilkin qiymətləndirmənin şərtlərinə uyğun olduqları halda tərəflərindən müvafiq ərizə-anket forması doldurulur.

Müraciətlər real vaxt rejimində EİKZS-də qeydiyyata alınır və onlara həmin sistem vasitəsilə qeydiyyat sıra nömrəsi verilir.

İlkin qiymətləndirmə-İlkin qiymətləndirmə EİKZS-də müvafiq sorğu nəticəsində əldə edilmiş məlumatlar əsasında elektron qaydada həyata keçirilir.

İlkin qiymətləndirmə zamanı ərizəçinin və gəlirlərinin nəzərə alınması məqsədilə müraciət edən ərizəçinin ailə üzvlərinin aşağıdakı tələblərə uyğunluğu yoxlanılır:

a. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti;

b. məhkumluğun olmaması;

c. müraciət anına vaxtı keçmiş öhdəliklərin olmaması;

d. müraciət anına yaşın 60 yaşdan yuxarı olmaması;

e. müraciət anına Fondla aktiv kirayə münasibətlərində olmaması;

f. sənədlə təsdiq edilən gəlirlərə malik olması.

Ərizəçi tələblərdən hər hansı birinə və ya bir neçəsinə uyğun olmadıqda, EİKZS vasitəsi ilə ərizəçiyə bu barədə məlumat verilir və ərizə-anket formasının doldurulmasından avtomatik olaraq imtina edilir.

Gəlirlərinin nəzərə alınması məqsədilə müraciət edən ərizəçinin ailə üzvü tələblərdən hər hansı birinə uyğun olmadıqda, EİKZS vasitəsi ilə həmin ailə üzvünə bu barədə məlumat verilir və ərizə-anket formasının doldurulmasından avtomatik olaraq imtina edilir.

2. Müraciətə baxılma- müraciətlərə baxılma aşağıdakı mərhələlərin ardıcıllığı ilə həyata keçirilir:

1) Görüşün keçirilməsi- Fondun kirayə mənzil bölməsi tərəfindən ərizə-anket formasını dolduran ərizəçi ilə növbəlilik əsasında görüş keçirilir.

Görüş zamanı ərizəçi kredit tarixçəsini və gəlirlərini təsdiq edən sənədləri və digər müvafiq təsdiqedici sənədləri təqdim etməlidir.

Gəlirlərinin nəzərə alınması üçün ərizəçinin ailə üzvü də müraciət etdikdə, həmin ailə üzvü də ərizəçi ilə eyni vaxtda görüşdə iştirak etməklə kredit tarixçəsini və gəlirlərini təsdiq edən sənədləri və digər müvafiq təsdiqedici sənədləri təqdim etməlidir.

2) Kredit tarixçəsinin təhlili - kredit tarixçəsi kredit büroları və digər mənbələrdən əldə edilmiş məlumatlar əsasında təhlil edilir və ərizəçinin maliyyə intizamı qiymətləndirilir. Təhlilin nəticəsinə əsasən ərizəçinin kredit tarixçəsi "müsbət”, "qənaətbəxş” və ya "mənfi” olaraq qiymətləndirilir:

Aşağıdakı tələblərin hər birinə riayət olunduğu halda, kredit tarixçəsi "müsbət” olaraq qiymətləndirilir:

a. ərizəçinin kredit tarixçəsinin müddəti ən azı 12 ay olduqda;

b. ərizəçinin son 24 ay ərzində 60 gündən çox gecikdirilmiş öhdəlikləri olmadıqda;

c. ərizəçinin bütün kredit tarixçəsi müddətində 90 gündən çox gecikdirilmiş öhdəlikləri olmadıqda.

Aşağıdakı hallarda kredit tarixçəsi "qənaətbəxş” olaraq qiymətləndirilir:

a. ərizəçi kredit tarixçəsinə malik olmadıqda;

b. "müsbət” və ya "mənfi” kredit tarixçəsinə aid olmayan hallarda.

Ərizəçinin son 12 ay ərzində 90 gündən çox gecikdirilmiş öhdəliyi olduqda, kredit tarixçəsi "mənfi” olaraq qiymətləndirilir.

Gəlirlərinin nəzərə alınması üçün müraciət edən ailə üzvünün kredit tarixçəsi kredit büroları və digər mənbələrdən əldə edilmiş məlumatlar əsasında təhlil edilir və ərizəçinin kredit tarixçəsinin qiymətləndirilməsi tələblərinə uyğun olaraq qiymətləndirilir.

3) Gəlirlərin təhlili- ərizəçinin gəlirlərinin təhlili onun aylıq məcmu gəlirləri əsasında həyata keçirilir. Ərizəçinin aylıq məcmu gəlirinin hesablanması zamanı Azərbaycan Respublikasının ərazisində əldə edilən, həm də onun hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirləri nəzərə alınır.

Bu cür gəlirlərə əmək haqqı, sahibkarlıq (ən azı son 12 ay müddətində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır) və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər, əmək pensiyaları, sosial müavinətlər, alimentlər və sair rəsmi gəlirlər aid edilir.

Ərizəçinin gəlirləri EİKZS vasitəsi ilə əldə edilən məlumatlara və ya ərizəçi tərəfindən görüş zamanı təqdim edilən vergi, əmək, sığorta, o cümlədən sosial sığorta və bank qanunvericiliyi ilə müəyyən edilmiş təsdiqedici sənədlərə əsasən hesablanır.

Gəlirlərinin nəzərə alınması üçün ərizəçinin ailə üzvü müraciət etdikdə, onun orta aylıq gəlirləri ərizəçinin gəlirlərinin təhlili ilə eyni qaydada hesablanır və ərizəçi ilə həmin ailə üzvünün orta aylıq gəlirinin cəmi ərizəçinin orta aylıq gəlirini təşkil edir.

4) Kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləğinin və müddətin müəyyən edilməsi- ərizəçinin kirayə müqaviləsi üzrə aylıq ödənişinin maksimal məbləği onun xalis orta aylıq gəliri əsasında müəyyən edilir. Ərizəçinin xalis orta aylıq gəliri hesablanarkən onun orta aylıq gəlirindən aşağıdakı xərclər çıxılır:

a. ərizəçi və onun hər bir ailə üzvünə görə ölkə üzrə yaşayış minimumu məbləği;

b. ərizəçinin kredit təşkilatlarından aldığı kreditlər, o cümlədən kredit xətləri üzrə icra olunmamış öhdəlikləri və zamin qismində çıxış etdiyi ödənilməmiş kreditlər üzrə ödəniş cədvəlində müəyyən olunmuş aylıq ödənişlər.

Gəlirlərin nəzərə alınması üçün ərizəçinin ailə üzvü müraciət etdikdə, ərizəçinin orta aylıq gəlirindən əlavə olaraq ailə üzvünün xərcləridə yuxarıda verilən ərizəçinin xalis orta aylıq gəlirinin müəyyən olunduğu qaydaya uyğun olaraq çıxılmaqla ərizəçinin xalis orta aylıq gəliri müəyyən edilir.

Kredit tarixçəsinin keyfiyyətindən asılı olaraq ərizəçinin xalis orta aylıq gəliri (gəlirlərin nəzərə alınması üçün ərizəçinin ailə üzvü müraciət etdikdə, ərizəçi və ailə üzvünün kredit tarixçələrindən daha aşağı qiymətləndiriləni əsas götürülməklə) aşağıdakı qaydada müəyyən edilir:

kredit tarixçəsi "müsbət” qiymətləndirildikdə, ərizəçinin orta aylıq gəlirindən yuxarıda verilən "b” bəndində nəzərdə tutulan xərclər çıxılmaqla.

kredit tarixçəsi "qənaətbəxş” qiymətləndirildikdə, ərizəçinin orta aylıq gəlirindən hər bir ailə üzvünə görə yaşayış minimumu məbləğinin 50 faizi və yuxarıda verilən "b” bəndində nəzərdə tutulan xərclər çıxılmaqla.

Kredit tarixçəsi "mənfi” qiymətləndirildikdə, ərizəçinin orta aylıq gəlirindən hər bir ailə üzvünə görə yaşayış minimumu məbləğinin 100 faizi və yuxarıda verilən "b” bəndində nəzərdə tutulan xərclər çıxılmaqla.

kredit tarixçəsi "qənaətbəxş” qiymətləndirildikdə, ərizəçinin orta aylıq gəlirindən hər bir ailə üzvünə görə yaşayış minimumu məbləğinin 50 faizi və yuxarıda verilən "b” bəndində nəzərdə tutulan xərclər çıxılmaqla.

Kredit tarixçəsi "mənfi” qiymətləndirildikdə, ərizəçinin orta aylıq gəlirindən hər bir ailə üzvünə görə yaşayış minimumu məbləğinin 100 faizi və yuxarıda verilən "b” bəndində nəzərdə tutulan xərclər çıxılmaqla.

Gəlirlərin nəzərə alınması üçün ərizəçinin ailə üzvü müraciət etdikdə, ərizəçinin orta aylıq gəlirindən əlavə olaraq ailə üzvünün xərcləri də yuxarıdakı qaydaya uyğun olaraq çıxılmaqla ərizəçinin xalis orta aylıq gəliri müəyyən edilir.

Kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləği ərizəçinin xalis orta aylıq gəlirinin 100 faizi həddində müəyyən edilir.

Misal: Ərizəçinin orta aylıq gəliri 1200 Azərbaycan manatı (AZN) təşkil etdiyi, özündən başqa ailə üzvü olmadığı, 100 AZN məbləğində kredit xətti üzrə aylıq ödənişi olduğu və kredit tarixçəsi "mənfi” qiymətləndirildiyi təqdirdə, onun orta aylıq gəlirindən (1200 AZN) yalnız onun özünə görə yaşayış minimumu məbləğinin 100 faizi (190 AZN) və kredit xətti üzrə aylıq ödənişin məbləği (100 AZN) çıxılmaqla ərizəçinin xalis orta aylıq gəliri (1200-190-100=910 AZN) müəyyən olunur. Ərizəçinin 910 AZN məbləğində müəyyən edilmiş xalis orta aylıq gəlirinin 100 faizi götürülməklə kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləği 910 AZN təşkil edəcək.

Kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləği müəyyən edilərkən nəzərə alınır ki, kirayə müqaviləsinin müddəti ilə ərizəçinin və ya gəlirlərinin nəzərə alınması üçün müraciət edən ailə üzvünün ən yaşlısının müraciət anına yaşının cəmi 70 ildən çox olmasın.

Kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləğinin və müddətin müəyyən edilməsindən sonra ərizəçiyə kirayə müqaviləsinin bağlanılmasına razılıq verilməsi və ya bağlanmasından imtina olunması barədə son qərar verilir.

3. Kirayə üçün yaşayış sahəsinin seçilməsi- razılıq barədə qərar ərizəçinin elektron kabinetində yerləşdirildiyi gün ərizəçi EİKZS-də kirayə üçün yaşayış sahəsini seçmək hüququ əldə edir. EİKZS-də ərizəçiyə yalnız razılıq barədə qərarda göstərilən kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləğinə uyğun yaşayış sahələri seçim üçün təklif olunur.

Ərizəçi EİKZS-də 12 aylıq qabaqcadan ödəniş məbləğindən əlavə ödəniş etmək barədə öhdəlik götürdükdə, əlavə ödənişə uyğun olaraq elektron sistemdə daha yüksək aylıq ödənişi olan yaşayış sahələri seçim üçün təklif olunan yaşayış sahələrinin siyahısına əlavə olunur.

4. Kirayə müqaviləsinin rəsmiləşdirilməsi və qüvvəyə minməsi- bu mərhələdə kirayə müqaviləsi Fondun səlahiyyətli nümayəndəsi və ərizəçi tərəfindən imzalanmaqla notariat qaydasında rəsmiləşdirilir. Ərizəçi kirayə müqaviləsi bağlanıldıqdan sonra 3 iş günü ərzində aylıq ödənişin ən azı 12 misli məbləğində pul vəsaitini Fonda ödədikdə kirayəçi statusunu qazanır və kirayə müqaviləsi qüvvəyə minir.

5. Kirayə yaşayış sahəsinin təhvil verilməs i- Fond kirayə müqaviləsi qüvvəyə mindikdən sonra həmin müqavilə ilə müəyyən edilən müddətdə yaşayış sahəsini kirayəçiyə təhvil-təslim aktı əsasında təhvil verir.

6. Kirayə müqaviləsi üzrə öhdəliklərin icrası- kirayəçi yaşayış sahəsini istifadəyə qəbul edib müəyyən edilmiş ödəniş cədvəlinə uyğun olaraq kirayə müqaviləsi üzrə ödənişlərini aparmalıdır.


Saglamolun.Az



loading...