Pediatrdan həyəcan təbili: Çöpçülər uşağı vərəmə yoluxdura bilər - VİDEO

Azərbaycanda çöpçüyə aparılan uşaqları hər hansı təhlükələr gözləyirmi? Valideynlər uşaqlarını çöpçüyə aparmaqla düzgün qərar verirmi?

Bu barədə İTV-də yayımlanan "Sabaha saxlamayaq" verlişində maraqlı diskussiya yaranıb.

Pediatr Günay Rəsulova bildirib ki, çöpçünün nəfəsindən uşağın hətta vərəmə də yoluxa bilməsi mümkündür:

"Təhlükələrdən biri ani boğulmaq riskini dedik. Bundan sonra çöpçünün nəfəsindən gələn infeksiyalar da var. Heç yadımdan çıxmaz ki, bir dəfə televiziyada bu haqda məlumat yaymışdılar ki, hansısa çox məşhur çöpçü dispanser qeydyyatı var imiş. Heç demə vərəm xəstəsi imiş. Bundan heç bir kəs sığortalanmayıb ki, onun uşağını apardığı çöpçü vərəm xəstəsi deyil.

Tibb işçiləri müəyyən müddətdən bir müayinələrdən keçirlər. Hətta əlcəklə belə uşağa toxunursa, onun məsuliyyətini hiss edir və daşıyır. Amma nəfəsini uşağa verən çöpçü heç bir məsuliyyət daşımır və onu heç kim buna görə qınaya bilməz ki, könüllü olaraq uşağını aparıb ona nəfəsini verditdirib".


Saglamolun.Az



loading...

.