Antibiotiklər bu hallarda faydasızdır - VIDEO

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ümumdünya Antibiotiklərə bağlı Maarifləndirmə həftəsi çərçivəsində antibiotiklərin qrip və digər virus infeksiyaları, soyuqdəymələr zamanı istifadəsi haqda videorolik hazırlayıb.

ÜST-ün Azərbaycan nümayəndəliyinin sosial şəbəkədə paylaşdığı videoda antibiotiklərin qrip virusunun müalicəsində faydasız olduğu açıqlanıb.  

Videorolikdə "Əgər sizin soyuqdəyməniz varsa və qrip virusuna yoluxmusunuzsa, evə gedib istirahət edin", fikri vurğulanır.  

Qeyd edək ki, hər il noyabr ayında keçirilən Ümumdünya Antibiotiklərə bağlı Maarifləndirmə həftəsinin məqsədi qlobal maarifləndirmənin səviyyəsini artırmaq, antibiotiklərdən düzgün istifadəni təbliğ etmək, əhali və tibb işçiləri ilə ən yaxşı təcrübələri bölüşərək antibiotiklərə qarşı davamlılığın qarşısını almaqdır.

Sözügedən həftə çərçivəsində Azərbaycanda da bir sıra tədbirlər keçirilir.

Antibiotiklərə qarşı davamlılıq mikroblarda müalicə üçün istifadə olunan tibbi preparatlara qarşı müqavimətin yaranmasına gətirib çıxarır.


Saglamolun.Az




loading...