Dünya bu hadisədən DANIŞIR: 6,5 saat ürəyi dayanan qadın ayıldı və...

İspaniyada həkimlər ürəyi 6 saat yarım dayanan xəstəni həyata qaytara biliblər.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, 34 yaşlı xanım yoldaşı ilə qar uçqununa düşüb. Kişi xilas olsa da, qadın 3 saat qarın altında qalıb. Hipotermiya səbəbiylə onun ürəyi dayanıb.

Xilasedicilərin səyi nəticəsində o, qar uçqununun altından çıxarılıb və xəstəxanaya yerləşdirilib. Əvvəlcə xanımın həyatını itirdiyi güman edilsə də, həkimin səyi nəticəsində onu həyata qaytarmaq mümkün olub. 11 gün sonra isə xanım xilas edilib. Onun səhhətində ciddi fəsadlar qalmayıb.


Saglamolun.Az



loading...