Xalq artisti Ofeliya Sənaninin son durumu açıqlanıb

Xalq artisti Ofeliya Sənani oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olub.

Report.az xəbər verir ki, invaziv kardioloq Şahin Xəlilov tərəfindən O.Sənani üzərində koronar angioqrafiya müayinəsi aparılıb.

Müayinələr nəticəsində infarkt təsdiqlənməyib.

Mərkəzdən bildirilib ki, hazırda Xalq artistinin hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir. Yaxın günlərdə evə yazılması planlaşdırılır.

Saglamolun.Az