Ana doğuş zamanı ölüb – Həkim səhlənkarlığı, yoxsa...

Goranboyda ana doğuş zamanı dünyasını dəyişib. Hadisə rayonun Şahməmmədli kəndində qeydə alınıb.

Şahməmmədli kənd sakini, 22 yaşlı Əfsanə Quliyevanın uşaq dünyaya gətirdikdən sonra ölməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə barədə “Sherg.az”a danışan Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu bildirib ki, ölümlə bağlı konkret nəticələrə gəlmək üçün müəyyən araşdırmalar aparmaq lazımdır:

“Ölüm halının nə üçün baş verdiyini, ya ananın həkimə gec müraciət etdiyi, ya da tibbi yardımın düzgün aparılmadığını öyrənmək üçün bəzi işlər görülməlidir. Əsas məsələlərdən biri də xəstəxana şəraitinin hansı durumda olmasıdır.

Yəni, oradakı şərait xəstəni xilas etməyə imkan verib ya yox? Bütün bunların hamısı hərtərəfli təhlil edilməlidir. Təbii ki, həkim səhvləri, cinayətləri və səhlənkarlıqları var. Məlumdur ki, insalar həkimə çox gec müraciət edirlər.

Bunun əsas səbəbi də maddi imkanlarının zəif olmasıdır. Bu zaman lazım olan tibbi xidmətlər göstərilmir, hamilə qadınlar nəzarətə alınmır. Ola bilsin ki, belə bir vəziyyətdə ciddi problem yaransın və xəstənin həyatını xilas etmək mümkün olmasın”.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Mamed Muradov

Mamed Muradov

Stomatologiya

Stomatoloq, implantoloq İş stajı: 12 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Mammologiya

Konsultant-mammoloq Tibb üzrə fəlsəfə elmləri doktoru

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...

 


Яндекс.Метрика