Üzüm yığmaq istəyən baş həkim canından oldu

Qobustanda həkim üzüm çardağından yıxılıb.

Oxu.Az-ın bölgə müxbir xəbər verir ki, hadisə rayonun Bəklə kəndində qeydə alınıb.

Kənd sakini, 67 yaşlı Balamirzə Məsimov üç gün əvvəl yaşadığı evin həyətindəki çardaqdan üzüm yığarkən yıxılıb.

İlkin ehtimala görə, onun qabırğaları sınıb. Dərhal xəstəxanaya çatdırılan B.Məsimov dünən daxili qanaxmadan vəfat edib.

Qeyd edək ki, Balamirzə Məsimov Qobustan rayon Mərkəzi Xəstəxanasında həkim müavini işləyib. Eləcə də, cərrahiyyə şöbəsinin baş həkimi olub.

Faktla bağlı araşdırma aparılır.

Saglamolun.Az



loading...