Dünya bu hadisədən danışır - Xəstəxana dəhlizində ölən kişi 15 gün sonra...

Fransanın Marsel şəhərində yerləşən bir xəstəxanının dəhlizində ölən 73 yaşlı kişinin cəsədi 15 gün sonra tapılıb.

Milli.Az İHA-ya istinadən xəbər verir ki, La Conception xəstəxanasına iynə vurdurmaq üçün gələn 73 yaşlı kişi iynə vurulduqdan sonra yoxa çıxıb. 15 gün ərzində ölüsü-dirisindən xəbər çıxmayan kişinin cəsədini xəstəxanadakı istifadə olunmayan bir dəhlizdən tapıblar.

Mərhumun oğlu Jean Ligonnet etdiyi açıqlamada "Atam bir tısbağadan da yavaş yeriyərdi, xəstəxana əməkdaşları "30 saniyə üzümüzü ondan çevirdik, yoxa çıxdı" deyir, bu mümkün deyil. Mənə hər yeri axtardıqlarını dedilər, amma 15 gün sonra atamın it kimi, kənarda, yerdə öldüyünü öyrənirəm. Atam belə ölümü haqq etmirdi" deyərək səhlənkarlıqda ittiham etdiyi xəstəxananı məhkəməyə verdiyini bildirib.

Ligonnet "Xəstəxananın hər mərtəbəsinin bütün işçilərindən bir-bir soruşdum, çoxu itən şəxsin olduğundən belə xəbərsiz idilər" deyib.

Ölən xəstənin cəsədi tibbi ekspertizadan keçirilib. Ölüm səbəbinin aşkar edilmədiyi və araşdırmanın davam etdiyi deyilir.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Nigar Kərimova

Nigar Kərimova

Oftalmologiya

Cərrah oftalmoloq Tibb üzrə fəlsəfə elmləri doktoru İş stajı - 13 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 14 il

Ətraflı...
Vüqar Rəsulov

Vüqar Rəsulov

Qastroenterologiya

Qastroenteroloq İş stajı – 18 il

Ətraflı...

 


Яндекс.Метрика