Azərbaycanda onkoloji xəsətliklər niyə artır ? – Əsl səbəblər sadalandı

Bu günlərdə Azərbaycanda rəsmi qeydiyyatda olan onkoloji xəstələrin statistikası açıqlanıb.

Məlumata görə, ölkəmizdə son 14 il ərzində onkoloji xəstələrin sayı 2 dəfədən çox artıb.  2018-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan onkoloji xəstələrin sayı artaraq 48 685-ə yüksəlib.

2017-ci ildə bu say 45 756, 2015-cı ildə 40 653, 2010-cu ildə 28 052, 2005-ci ildə 23 088 olub.

Maraqlıdır, Azərbaycanda onkoloji xəstəliklər niyə artır? Bu nə ilə bağlıdır, hava, qida, yoxsa tamamilə başqa səbəblər var?

Sualımızı cavablandıran Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu “Sherg.az”a açıqlamasında söylədi ki, onkoloji xəsətliklərin artmasının əsas səbəblərindən biri qida faktorunun oynadığı roldur.

Həkim bildirib ki, xərçəng xəsətliyi daha çox konserogen maddələrin təsirindən əmələ gəlir:

“Konserogen maddələr min dərəcədən yuxarı istilikdə hazırlanan qida məhsullarından ibarər olur. Məlumdur ki, konservləşmiş və müxtəlif paketlərdə olan qidalar olduqca yüksək dərəcədə hazırlanır.

Həmçinin neft məhsullarında da konserogen maddələr var. Xüsusilə yerin tərkibindən çıxan neftdən ayrılan sularda konserigen maddələr var ki, onlar havaya buraxılanda buxarlanma ilə ağciyərə daxil olur. Ölkəmizdə xərçəng xəsətliyinin artmasının səbəbi qidalanma və ekologiyanın çirklənməsi ilə bağlıdır.

2 il bundan öncə Bakı dünyanın ən çirkli şəhərlərindən biri hesab olunurdu. Çirkli deyəndə söhbət küçələrdəki zibbilliklərdən yox, havanın və torpağın neft məhsulları ilə çirkənməsindən gedir. Neft buruqlarının yaxınlığında yaşamaq insan həyat üçün olduqca təhlükəlidir.

Amma görürük ki, Binəqədi, Suraxanı və digər yerlərdə camaat neft buruqlarının içində yaşayır. Ona görə neft buruqlarının təsiri ilə də onkoloji xəsətliklər artmaqdadır”.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Pərvanə Mahmudova

Pərvanə Mahmudova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 15 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...

 


Яндекс.Метрика