Qarpızdan zəhərlənmələr nə ilə bağlıdır? - AÇIQLAMA

"Qarpızdan zəhərlənmələr fermerlərin məhsula daha çox gübrə verməsi ilə bağlıdır".

Trend.az xəbər verir ki, bunu kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli Kənd Təsərrüfatı Nazirliyinin "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin Şəkiyə aqrar ekoturizim layihəsi ilə bağlı infoturu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, mövsümdə qarpızla əlaqədar zəhərlənmələr olur:

"Bu qarpızın keyfiyyəti ilə bağlı deyil. Hər bir fermer məhsulunu tez yetişdirib bazara çıxarmasını və əlverişli qiymətə satmasını istəyir. Bu, gübrəni normadan çox verərək, tez yetişdirib bazara əlverişli qiymətə çıxarmaq təşəbbüsü ilə bağlıdır. Burda nitrat tərkibli gübrələrdən istifadə edilir ki, bu da sonradan mədə-bağırsaq sistemində pozğunluğa səbəb olur. Daha çox apreldə əkilir və iyunun əvvəlində bazara çıxarılır. Burda tətbiq edilən gübrələrin normasına fermerlər nəzarət etməlidir".


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 23 il

Ətraflı...

 


Яндекс.Метрика