Çinli alim Xe Tszyankuy iddia edir ki, bəşəriyyət tarixində ilk dəfə baş tutan DNA embrionunun dəyişdirilməsində iştirak edib.
Ölkə.az bildirir ki, alim reproduktiv müalicə zamanı 7 cütlüyün embrionunu dəyişdirib. Hazırda sadəcə bir hamiləlik nəticə verib. DNA-sı dəyişdirilmiş qadın əkiz qız övladı dünyaya gətirib.
Xe bildirib ki, onun məqsədi irsi xəstəliyi müalicə etmək və ya qarşısını almaq yox, AİDS kimi xəstəliklərə qarşı bədəni möhkəmləndirmək olub.
Xəbərə əsasən, təcrübədə iştirak edən bütün atalar "QİÇS" xəstəliyi daşıyıcısı olsa da, analar sağlam olub. Alim əlavə edib ki, effektiv müalicə ilə xəstəliyin qarşısını almaq və körpəyə yoluxmasını əngəlləmək mümkündür.
Saglamolun.Az