Türkiyədə qurban kəsimi: yaralı qəssablar xəstəxanalara axın edir

Türkiyə xəstəxanaları Qurban bayramında heyvan kəsərkən özlərini yaralayan qəssablarla dolub.

Virtualaz.org bildirir ki, eyni vəziyyət İstanbul, Kayseri, Samsun, Malatya, Bursa və digər bölgələrdə müşahidə olunur.

Okmeydanı Egitim ve Araşdırma Xəstəxanasına eyni problemlə 17 qəssab müraciət edib. Onlar qurban kəsərkən müxtəlif xəsarətlər alıblar. Yaralılardan biri 6 ildir qəssab işlədiyini, qurbanlıq heyvanı kəsərkən qolundan yaralandığını bildirib. 50-60 müştərisi olduğunu deyən qəssabın sözlərinə görə, 8-ci heyvanı kəsərkən yaralanıb və bununla da bayramda götürəcəyi qazancdan məhrum olub. Eyni xəstəxanaya gələn digər bir qəssab isə kəsdiyi qurbanın altında qalaraq yaralanıb.

Kayseri xəstəxanalarında yaralılar çox olduğundan vəziyyəti nisbətən yaxşı olanlar ilkin yardımdan sonra evə buraxılıblar.

Samsun bölgəsində bələdiyyənin icazə verdiyi ünvanlarda heyvan kəsimi ilə məşğul olan qəssabların bir neçəsi bıçaq yaraları alıblar. Ən çox zədə əl və qarın nahiyələrində olub. Yaxınları tərəfindən xəstəxanaya gətirilən bu şəxslərin vəziyyətinin kafi olduğu bildirilir.

Malatyada xəstəxanaya yerləşdirən qəssablardan biri Ali Şimşek bıçağın təsadüfən əlini kəsdiyini deyib: "İstəmədən oldu, heyvan qaçdığına görə bıçaq əlimə saplandı. Amma vəziyyətim yaxşıdır, ciddi bir problem yoxdur".

Bursanın Yıldırım qəsəbəsində isə keçini qurban kəsmək istəyən Mehmet Sıttık Karataş özü qurbana çevrilib. Bıçağın altından qaçan keçi 3-cü mərtəbəyə çıxıb və oradan M.Karataşın başına düşüb. Ağır kəllə-beyin travması alan şəxs xəstəxanaya yerləşdirilib və başına bir neçə yerdən tikiş qoyulub. Ke

Saglamolun.Az




loading...

QARACİYƏRİN 3 SADİQ DOSTU. Bunlar hər gün masanızda olmalıdır!

HƏKİMLƏR

Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 7 il

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı və uşaq uroloqu İş stajı - 9 il

Ətraflı...
Nigar Kərimova

Nigar Kərimova

Oftalmologiya

Cərrah oftalmoloq Tibb üzrə fəlsəfə elmləri doktoru İş stajı - 13 il

Ətraflı...

 


Яндекс.Метрика