Həkimlər təltif olundular

Sağlamolun.az - Tibbi Məlumat Portalı 4 ildən artıqdır ki, sağlamlıq mövzusunda maarifləndirmə fəaliyyəti ilə məşğuldur.

Bu illər ərzində biz istifadəçilərimizə sağlamlıq və müxtəlif xəstəliklərin profilaktikası, sağlam hamiləlik və uşağa düzgün qulluq, sağlam həyat tərzi, xalq təbabəti və s. kimi vacib mövzularda geniş, faydalı məlumatlar təqdim edirik və bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.

Saytımızda olan "Həkimə sual" bölməsi ən populyar bölmələrdən biridir. Bu bölmədə saytımızla əməkdaşlıq edən  peşəkar həkimlər istifadəçilərin çoxşaxəli suallarını cavablandırır, onlara peşəkar və faydalı məsləhətlər verirlər.

May ayında layihənin rəhbərliyi saytda maarifləndirmə istiqamətində, istifadəçilərin çoxsaylı suallarının vaxtında və peşəkar şəkildə cavablandırılması işində saytla əməkdaşlıq edən 6 həkimi "Təşəkkürnamə" ilə təltif etdi:

Təltif olunanlar:

- Firuzə Cəfərzadə (ginekoloq),

- Günay Hacıyeva (ginekoloq),

- Günay Rəsulova (pediatr)

- Aytən Babaxanova (endokrinoloq)

- Raidə Səmədova (oftalmoloq)

- Elnur Abbasov (androloq),

Təbrik edirik, hörmətli həkimlər!

Çətin və savabı bol olan işinizdə sizə yeni uğurlar və nailiyyətlər arzulayırıq!


Saglamolun.Az

.
Загрузка...
.
Яндекс.Метрика