Uşaqlıq miomasının ƏMƏLİYYATSIZ MÜALİCƏSİ

Mioma nədir?

Mioma – uşaqlığın əzələ qatında əmələ gələn xoşxassəli şişdir, düyünlənmiş lif kələfidir. O, uşaqlığın xarici səthində yerləşə, böyüyə və ətraf orqanları – sidik kisəsini, düz bağırsağı sıxa bilər. Yaxud uşaqlığın daxilində yerləşə və ya divarında böyüyə bilər.

Uşaqlıq mioması bu kimi simptomlarla müşayiət oluna bilər:

- Tez-tez və gur uşaqlıq qanaxmaları

- Menstrual dövrün pozulması

- Ətraf orqanların funksiyasının pozulması

- Tez-tez sidik ifrazı ehtiyacı

- Qəbizlik

- Qarının aşağı nahiyəsində ağrılar

- Qarının ölçüsünün böyüməsi (bununla belə qadının çəkisi dəyişmir)

Xəstəliyin səbəbi nədir?

Uşaqlıq mioması hormonasılı xəstəlik hesab olunur. Şiş qadın cinsi hormonların balansının pozulması fonunda formalaşır. Son elmi məlumatlar miomanın inkişaf prosesində progesteronun aparıcı rolunu təsdiqləyir.

Necə aşkar edilir?

Miomanın əsas diaqnostik üsülu USM-dir. USM qanaxmanın səbəbini aşkar edir - qanaxma mioma səbəbindən baş verir və ya səbəb endometriyadadır. USM həmçinin düyünlərin yerləşməsini müəyyən edir. Onlar uşaqlığın xaricində, onun divarında və ya orqanın daxilində yerləşə bilər. Düyünlər müxtəlif ölçüdə ola bilər – bir neçə millimetrdən bir neçə kiloqramlıq nəhəng şişlərə qədər. Belə ki, qadın ginekoloqa nə qədər gec müraciət edirsə, aşkar edilən mioma bir o qədər böyük ölçülü olur.

Uşaqlıq miomasının müalicə üsulları

Bu Sizin yaşınızdan, düyünlərin ölçüsündən və yerləşməsindən asılıdır. Əgər Siz həkimə xəstəliyin başlanğıc mərhələsində müraciət etmisinizsə, düyün kiçik, qanaxma yoxdursa, həkim miomanın inkişafını müşahidə etməyi, hər 6 aydan bir USM-dən keçməyi təklif edəcək. Düyünün ölçüsü 5 sm-dən  böyükdürsə, gözləmə yanaşması yararlı deyil.

Hələ bir neçə il əvvəl mioma aşkar edildikdə yeganə çıxış yolu operativ müdaxilə idi ki, əməliyyat zamanı bir və ya bir neçə miomatoz düyün, yaxud orqanın özü xaric edilirdi. Bu radikal üsul qadını xəstəlikdən qurtarırdı, lakin bununla yanaşı xeyli fiziki və psixoloji iztirab yetirirdi. Əvvəla, bu kimi müdaxilə olduqca ağrılıdır və, belə ciddi əməliyyat birmənalı şəkildə qadın orqanizmində yetərincə təsirli pozuntulara şərait yaradır, xüsusən, hormonal baxımdan. Bundan əlavə qadının özlüyünü və fertilliyini ifadə edən orqanın - uşaqlığın çıxarılması onun üçün güclü stress, psixoloji sarsıntıdır.

Müasir ginekologiyanın tendensiyası orqanqoruyucu məqsədə yönəlib. Həkimlər qadının uşaqlığını saxlamaq üçün mümkün olan bütün üsullardan istifadə edir. Dünya əczaçılıq elminin inkişafı uşaqlıq miomasının konservativ müalicəsi üçün effektiv vasitə işləyib hazırlamışdır. Bu vasitənin köməyi ilə miomanı əməliyyatsız, ağrısız və az bir vəsait sərf etməklə müalicə etmək mümkündür.

Qadın həkimə nə qədər tez müraciət etsə, düyün nə qədər kiçik olsa, həkimlə birlikdə orqanı qoruyacaq müalicə seçmək imkanı da bir o qədər çox olacaq. Məhz bu səbəbdən, hətta, heç bir narahatlıq yoxdursa, ginekoloqun müayinəsindən hər il keçmək lazımdır!

Miomanın müalicə vasitəsi ilə bağlı daha ətraflı məlumat almaq üçün aşağıda qeyd olunan nömrələrlə “Gedeon Richter” şirkəti ilə əlaqə saxlayın.

 

“Gedeon Richter” Macarıstan əczaçılıq şirkətin Azərbaycandakı Nümayəndəliyi
Tel.: (012) 492-76-23, 492-30-21

.


Загрузка...

Яндекс.Метрика