Vital klinika - Sağlamlığınız etibarlı əllərdədir!

Vital klinika şəhərimizin ən tanınmış və etibar qazanmış müasir tibb müəssisələrindən biridir.

Yarandığı gündən insanların sağlamlığının qeydinə qalmağı özünün müqəddəs vəzifəsi hesab edən klinika rəhbərliyi, tibbi xidmətin müasir təbabətin ən son nailiyyətlərindən bəhrələnərək, yüksək səviyyədə təşkil olunmasına böyük önəm verir.

Klinikanın əsas fəaliyyət istiqamətləri:

- CHECK-UP profilaktik müayinələri

Xəstəlikləri vaxtında aşkar edib qarşısını almaq müasir təbabətin ən vacib hədəflərindən biridir. Klinikada müasir laboratoriya, ultrasəs diaqnostika kabineti, EXO-kardioqrafiya, doppler, rentgen müayinə, EEQ şöbələri fəaliyyət göstərir.

- REPRODUKTİV SAĞLAMLIQ

Vital klinika kişi və qadın sağlamlığı, sonsuzluq, cinsi yolla keçən xəstəliklər, kişilərdə prostat xəstəlikləri, cinsi zəiflik, tez boşalma, hamiləlik zamanı qadınların müşahidəsi, müayinəsi və müalicələri sahəsində böyük təcrübə toplamış və nailiyyətlər əldə etmişdir.

Qurulan ailənin təməli sağlam olmalıdır. Ailə qurmazdan əvvəl həkim müayinəsindən keçmək çox vacibdir. Bu müayinələr infeksion, ginekoloji, androloji, uroloji və s. pozulmaları vaxtında aşkar etməyə kömək edəcək.

- VİTAL DOĞUM EVİ


Burada komfortlu, əziyyətsiz, travmasız doğuş və keysəriyə əməliyyatı üçün bütün lazım olan şərait yaradılıb. Vital Doğum Evində Respublikanın tanınmış, çox təcrübəli Mama- Ginekoloq Afaq Məcidova, xəstələrin sevimlisi olan Səltənət Məcidova, təcrübəli həkim Neonatoloq-Reanematoloq (yeni doğulmuşların həkimi) Xatirə xanım və başqa həkimlər fəaliyyət göstərir.

 


GƏLƏCƏK ANALARIMIZ!!!


Vital Doğum Evi ana olmağa hazırlaşan xanımları “Analar Məktəbi”nə, doğuşa və ana olmağa hazırlıq dərslərinə dəvət edir.

Dünyaya gələcək körpənin sağlamlığı, əqli və fiziki inkişafı onun 9 ay ana bətnində olduğu dövrdən və doğuşun necə keçməsindən çox asılıdır. Bizim məqsədimiz hamilələri həm fiziki, həm də psixoloji olaraq travmasız doğuşa hazırlamaqdır.

Klinikamızda hamilələr üçün Yoqa, Pilates, Meditasiya, Tənəffüs gimnastikası da keçirilir.

Körpənizin sağlam gələcəyini indidən fikirləşin! Həyata sağlam başlayaq, Sağlam davam edək!

Kurslar haqqında əlavə məlumat üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiz:

Tel.: (050) 285 95 35, (050) 312 23 12, (012) 437 52 10


 

- CƏRRAHİYƏ

Klinikanın Cərrahiyyə mərkəzində ginekoloji, qastroenteroloji, uroloji, proktoloji və s. əməliyyatlar ən müasir və qabaqcıl metodikalar (laparoskopiya, mikroskopiya) əsasında həyata keçirilir.

Laparoskopik üsulla ağrısız, kəsiksiz öd daşı əməliyyatı cəmi 15-20 dəqiqəyə həyata keçirilir və xəstə 12 saatdan sonra aktiv həyata qayıdır.

- PLASTİK VƏ ESTETİK CƏRRAHİYYƏ

Klinikada üz və bədəndə olan bütün qüsurların cərrahi yolla aradan qaldırılması mümkündür. Rinoplastika, Feysliftinq, Liposaksiya, Abdominoplastika, Blefaroplastika kimi sizi cavanlaşdıran və gözəlləşdirən estetik əməliyyatları yerli və türk plastik cərrahları həyata keçirir.

- ALEKSANDRİT LAZER EPİLYASİYA

Kişi və qadınların üz və bədənlərində olan arzuolunmayan tüklər və piqment ləkələr ən son model ALERXANDRİTE CYNOSURE APOGGE+ və soyuducu Zimmer aparatı ilə aradan qaldırılır.

- MANUAL TERAPİYA VƏ MÜALİCƏVİ İDMAN

Skolioz, Lardoz, Kifoz, əyripəncəlik, yastıpəncəlik, bel-boyun ağrıları, Osteoxondroz və s. dayaq-hərəki sistemi problemləri dərmansız, aparatlarla, manual terapiya və müalicəvi idman vasitəsi ilə aradan qaldırılır.

Həmçinin klinika ozonla müalicə, qanın ultrabənövşəyi şüalarla şüalandırılması, membran və qravitasion plazmaferez, fizioterapiya, kosmetologiya və s. kimi xidmətləri təqdim edir.

Tibbi xidmətin daha yüksək səviyyədə təşkil edilməsi məqsədi ilə klinika dünyanın bir sıra ölkələrinin qabaqcıl tibbi müəssisələri ilə əməkdaşlıq edir, təcrübə və həkim mübadiləsindən geniş şəkildə bəhrələnir.

Klinikada aztəminatlı, şəhid ailələrinin üzvlərinə, müharibə və əmək veteranlarına həssaslıqla yanaşılaraq tibbi xidmətin güzəştli şərtlərlə aparılması, müxtəlif humanitar aksiyaların keçirilməsi ənənəvi hal almışdır.

Kimsəsiz uşaqlara və kimsəsiz qocalara pulsuz tibbi xidmət, kimsəsiz oğlan uşaqlarına pulsuz sünnət olunur.

Sağlamlığınız etibarlı əllərdədir şüarını özünün fəaliyyət kredosu seçən Vital klinika əhaliyə nümunəvi tibbi xidmətlər göstərmək üçün bütün vasitələrdən istifadə edir.

VİTAL KLİNİKA

Ünvan1: Yeni Yasamal Dadaş Bünyadzadə1 (İnşaatçılar metrosu yaxınlığında)

Tel: 012 437 52 20, 012 437 52 10, 050 377 44 44

Ünvan2: Süleyman Rəhimov 188  (28 May metro stansiyası yaxınlığında)

Tel: 012 449 99 99,  050 285 95 38

 

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Web-səhifə: www.vital.az

Facebook: www.facebook.com/VitalKlinika/

Instagram: vital_klinika


Saglamolun.Az

..........

Загрузка...
.

Şərhlər  

#1 aynuw 22.02.2016 08:33
Salam zehmet olmasa qeyseriye ve doguwun qiymetini yazardiz
#2 Vital Klinika 23.02.2016 08:45
Цитирую aynuw:
Salam zehmet olmasa qeyseriye ve doguwun qiymetini yazardiz


Salam.Uğurlu olsun.Klinikamı zda təbii doğuş 650 azn,keysəriyyə isə 950azndir


Загрузка...

Яндекс.Метрика