Modern Hospital - müasir diaqnostika və müalicə mərkəzi

Modern Hospital klinikası 2008-ci ilin noyabr ayında Bakıda fəaliyyətə başlayıb. Ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş bu klinikada yüksək ixtisaslı həkimlər çalışır.

Modern Hospital müasir çoxprofilli klinikadır. Burada pasiyentlərə həm yüksək səviyyəsli ambulator, həm də stasionar xidmətlər göstərilir.

Klinikada bir çox sahələr üzrə cərrahi əməliyyatlar icra olunur. Modern Hospitalda icra olunan istənilən cərrahi əməliyyatlar ən yüksək səviyyədə və ən qabaqcıl avadanlıqların köməyi ilə həyata keçirilir.

Klinikada Azərbaycanda ilk dəfə olaraq türk həkimlərinin iştirakı ilə pasiyentin qulağında mikroskop vasitəsi ilə cərrahi əməliyyat aparılıb.

Bütün uroloji əməliyyatlar Avropa və Amerika uroloji assossiasiyalarının qəbul etdiyi protoklollar əsasında həyata keçirilir.

Klinika Türkiyənin və Almaniyanın bir çox qabaqcıl klinikaları ilə əməkdaşlıq edirik. Modern Hospitala Türkiyədən tez-tez tanınmış həkimlər dəvət olunur.

Klinikada olan bütün diaqnostik tibbi avadanlıqlar ən yüksək standartlara cavab verir və əsasən bu sahədə tanınmış Yaponiya, ABŞ, Almaniya, İtaliya şirkətlərinin istehsalıdır. Klinikada olan bəzi diaqnostik tibbi avadanlıq ölkədə yalnız bir neçə tibbi müəssisədə var. Məsələn, mədə-bağırsaq xəstəliklərinin müayinəsi videoendoskopiya vasitəsi ilə həyata keçirilir. Müayinə zamanı xəstə heç bir xoşagəlməz hisslər keçirmir. Videoendoskopiya mədə-bağırsaq xəstəliklərinin müayinəsində dünyada ən qabaqcıl və ən dəqiq üsul sayılır. Bütün müayinə kompüterin yaddaşında qeyd olunur və müayinəyə xəstə də müalicə həkimi də baxa bilər. Ümumiyyətlə endoskopiya kimi qabaqcıl müalicə və müayinə metodu Modern Hospitalda bütün sahələrdə uğurla tətbiq edilir.

Öz peşəkar fəaliyyətinə görə Modern Hospital 2010-cu ildə "Uğur" milli mükafatına və Azeri Business Avard mükafatına layiq görülmüşdür.

Moder Hospital xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur. Klinika "SOS" Uşaq Kəndində yaşayan kimsəsiz uşaqlara yardım göstərir - uşaqlar tamamiylə pulsuz müayinə və müalicə olunur. Bundan əlavə klinikamızın yerləşdiyi rayondakı uşaq evlərinin uşaqları da pulsuz müayinə və müalicə olunur.

Modern Hospital klinikasında müharibə əlilləri, şəhid ailələrini və məcburi köçkünlər üçün xüsusi güzəştlər tətbiq olunur.

 

Ünvan: Bakı şəhəri,Babək prospekti 85k, Xalqlar Dostluğu m. yaxınlığında

Telefon: (+99412) 570 03 03, (+99412) 570 20 20, (+99412) 949, (+99450) 427 03 03, (+99470) 295 09 49

Faks: (012) 570-30-33

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Veb-səhifə: www.modernhospital.az


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...
Яндекс.Метрика