Allergiyanın ən müasir və effektli müalicəsi STARLAB klinikasında

Starlab klinikasında müxtəlif allergiya növlərinin ən müasir və qabaqcıl üsullarla müayinə və müalicəsi aparılır.

Klinikada istifadə olunan bir çox müayinə və müalicə metodikaları Azərbaycan Respublikasında ilk dəfə olaraq və yalnız STARLAB klinikasında tətbiq olunur.

Klinikanın allerqoloji şöbəsində ixtisaslaşmış həkim-mütəxəssis tərəfindən aşağıda qeyd olunan müayinə və müalicə üsulları həyata keçirilir:

Dəri sınaqları (skin prick test) - dəri vasitəsilə orqanizmə allergenin yeridilməsi və bu zaman əmələ gələn ödem və ya digər iltihabi reaksiyaların ölçü və xarakterinin qiymətləndirilməsi yolu ilə orqanizmin spesifik sensibilizasiyasını müəyyən edən diaqnostik üsuldur.

Dəri sınaqların nəticəsindən asılı olaraq ASİT (Allergen Spesifik İmmunoterapiya) üsulunun mahiyyəti ona qarşı həssaslığın və xəstəliyin klinik əlamətlərinin meydana çıxmasına cavabdeh olduğu allergenin artan dozada xəstəyə yeridilməsindən ibarətdir. Müalicə xəstənin konkret səbəbkar allergenə ( və ya allergenlərə ) qarşı spesifik həssaslığın azalmasına yönəlmişdir. Allergenin yeridilmə üsulundan asılı olaraq ASİT-in aşağıdakı üsulları həyata keçirilir: sublinqval, endonazal və subkutan.

Pikfloumetriya - bu metod tənəffüs funksiyasını qiymətləndirərək Bronxial astma xəstələrinə həm diaqnoz qoymaqda, həm də bu xəstələrin müalicəsi üzərində nəzarəti təmin etmək üçün tətbiq olunur.

Spirometriya - Bronxial astmanın diaqnostikasında xarici tənəffüs funksiyasının (XTF) öyrənilməsi mühüm rol oynayır. Xarici tənəffüs funksiyasının spirometrik göstəriciləri ağciyərlərin ventilyasiya qabiliyyətinin pozulma dərəcəsini, habelə bronxlardakı mövcud obstruksiyanı qiymətləndirməyə imkan verir.

Spirometriya vasitəsilə obstruksiyanın dönmə sınağını, fiziki gərginlik, histamin, metaxolin, asetilxolin ilə inhalyasion təhrikedici testləri həyata keçirtmək olar.

Nebulayzer terapiya - tənəffüs yollarının xəstəliklərinin ən müasir müalicə üsullarından biri də inhalyasion terapiya sayılır. Dərman preparatlarının nebulayzer cihazı vasitəsi ilə inhalyasiyası ən etibarlı və sadə müalicə üsulu kimi tanınır.

Laborator allerqodiaqnostika:

Allerqoloji şöbəsinin nəzdində olan laboratoriyada allergik xəstəliklərin diaqnostikası molekulyar səviyyədə aparılır. 

Molekulyar allerqodiaqnostikanın əsasını təşkil edən qanda spesifik IgE-ni  kəmiyyətcə təyin edən  ImmunoCAP testi (həssaslıq dərəcəsi  diapozonu  0.1 kU/l-dən başlayır) vasitəsi ilə xəstəliyə molekulyar səviyyədə diaqnoz qoymaq, inkişafını  proqnozlaşdırmaq və  gedişatını izləmək; pasiyentin allergen profilini  müəyyənləşdirmək, nəticələrə uyğun fərdi tövsiyyələr vermək mümkündür.

Bunlar  məhz  Azərbaycan Respublikasında ilk və dünya standartlarına cavab verən ImmunoCAP ISAC və ImmunoCAP Phadia cihazları vasitəsi ilə həyata keçirilir.

Müasir  allerqodiaqnostikanın ən son nailiyyəti sayılan ImmunoCAP ISAC texnologiyasının üstünlükləri:

Pasiyentin IgE anticism profilini təyin edən yüksək dərəcədə təkmilləşdirilmiş avadanlıqdır.

Yalnız allergen komponentlərinə əsaslanan ilk in vitro diaqnostik testdir.

51 allergen mənbəyində olan 112 allergen komponentinə qarşı həssaslığı təyin edə bilir.

ImmunoCAP Phadia cihazı vasitəsi ilə mümkündür:

- Xəstəliyin atopik mənşəli olmasının təsdiq və ya inkar edilməsi (Phadiotop və  Phadiotop infant  skrin-testləri qanda  total  IgE  analizi  ilə  müqayisədə daha  həssas  və spesifikdir — həssaslıq  dərəcəsi 98 %, spesifikliyi  isə 89% təşkil edir).

- Sistem reaksiyaların baş  vermə riskinin qiymətləndirilməsi  (qanda  triptazanın  konsentrasiyasını  təyin etməklə).

- Çarpaz reaktivliyə əsaslanaraq simptomların izahı.

- Allergen spesifik immunoterapiyanın göstəriş olduğu pasiyentlərin düzgün seçimi.

Klinikanın allerqoloji şöbəsində aşağıdakı xəstəliklər müayinə və müalicə olunur:

- Bronxial astma

- Allergik rinit ( rinosinusit, rinokonyuktivit )

- Dərman allergiyası

- Qida allergiyası

- İnsekt allergiyası

- Lateks allergiyası

- Dəri allergiyası ( övrə, angionevrotik ödem, atopik dermatit, kontakt dermatit )

- Peşə allergik xəstəlikləri

- Anafilaktik şok və anafilaktoid reaksiyaları

- Eozinofil ezofagit, qastroenterit və proktokolit.

 

Allergiyadan qurtulmağın yolu STARLAB klinikasından keçir!

 

Əlaqə:
5-ci mkr., 20 Yanvar küç. 51(hazırda 88), Bakı, Azərbaycan
Tel: +994124311314
Mob: +994507711958
Mob: +994514311314
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Facebook: Starlab Tibb Mərkəzi
Instagram: starlabtibbmerkezi
Youtube: Star Lab

Saglamolun.Az

........




 


Яндекс.Метрика