Bel və oynaqlarda ağrılar var? - AERTAL kremi

AERTAL

Təsiredici maddə: 1,0 q kremin tərkibində 0, 0150 q aseklofenak vardır.

İstifadəsinə göstərişlər:

Dayaq-hərəkət apparatının hər hansı zədələnməsi, o cümlədən idman travmaları nəticəsində yaranan bütün növ yerli ağrıların və iltihabın müalicəsi.

AERTAL krem həmçinin dartılma, həddindən artıq gərginlik zamanı və ya çıxıqlarda vətərlərin (periartrit), bağların, əzələlərin və oynaqların iltihabını azaltmaq üçün, həmçinin lümbaqonun - beldə kəskin ağrıların (soyuqdəymə xəstəliyi), əyriboyunluğun müalicəsi üçün istifadə olunur. Preparat ödem və eritemanın (göyərmənin) qarşısını alır ki, bu da tezliklə sağalmaya gətirib çıxarır.

İstifadə qaydası və dozası:

Xarici istifadə üçün AERTAL kremini zədələnmiş sahəyə gündə 3 dəfə yüngül sürtmə hərəkətləri ilə yaxmaq lazımdır.

AERTAL krem adi ağrıkəsicilərdən fərqli olaraq tez və məqsədəuyğun təsir göstərir, çünki onun təsiredici maddəsi sürtülən yerdən sorulur və zədələnmiş nahiyədə 8 saat ərzində qalır. Bu da onun iltihabəleyhinə təsirini artırır. Sürtüldükdən 16 saat sonra epidermisdə aktiv substansiyanın 10%-ə qədəri qalır. Beləliklə 2-3 dəfəlik sürtülmədən sonra aktiv substansiya zədələnmiş ocaqda 24 saat qalır.

Aptekdən reseptsiz buraxılır. İstifadə etməzdən əvvəl, dərman vasitəsinin istifadəsi üzrə təlimatı oxuyun.

AERTAL kreminin yaradılmasında dünya üzrə 66 elmi mərkəz iştirak etmişdi. 20000 çox pasiyent 132 beynəlxalq klinik tədqiqatlarda iştirak etmişdir.

 


APTEKDƏN RESEPTSİZ BURAXILIR.
Istifadə etməzdən əvvəl, dərman vasitəsinin istifadəsi üzrə təlimatı oxuyun.

 

“Gedeon Richter” Macarıstan əczaçılıq şirkətin Azərbaycandakı Nümayəndəliyi
Tel.: (012) 492-76-23, 492-30-21

 

.


Saglamolun.Az

.
loading...
.

.
Яндекс.Метрика