Qaraciyəri qoruyur, böyrək daşlarını salır - Gilas saplağının BÜTÜN FAYDALARI

Qurudulmuş gilas sapı xalq təbabətində müxtəlif xəstəliklirin müalicəsində istifadə edilən və şəfa mənbəyi olaraq bilinən bir bitkidir.

Sağlamolun.az gilas sapının faydalarını təqdim edir:

-Sidikqovucudur

Gilas sapı əsrlər boyu fitoterapiyada effektiv və təhlükəsiz sidikqovucu vasitə kimi istifadə edilmişdir. Laksatif təsirə malikdir və ödemə səbəb olan artıq suyun orqanizmdə qalmasının qarşısını alır. Bədənin təbii detoksifikasiya prosesini dəstəklədiyi üçün detoks tətbiqlirində seçilir.

-Sidik yolları iltihablarının qarşısını alır.

Güclü sidikqovucu və iltihab əleyhinə xüsusiyyətlərinə görə böyrəklər və sidik yollarını təmizlər.

-Böyrək daşlarının bədəndən çıxarılmasına və arıqlamağa kömək edər

Bədəni tullantılardan və toksinlərdən təmizləyərək, piy və selülitləri aradan qaldırır. Arıqlama prosesində dəri formasının və elastikliyinin pozulmasının qarşısını alır. Bağırsaq fəaliyyətini normallaşdıraraq, bədəndə suyun toplanmasına mane olur. Qan şəkərinin səviyyəsini sabitləşdirir və iştahı azaldır. Beləcə arıqlamağı asanlaşdırır.

-Podaqra və iltihab əleyhinə mübarizə aparır

 Podaqra xəstəliyinin irəliləməsinin qarşısını aldığı bilinir.

Menstruasiya və ödemə qarşı faydaları

Menstruasiya qaynaqlı şişkinliyin müalicəsində gilas sapından istifadə etmək olar. Gilas sapı qaynadılıb içlirsə, qan dövranı artar, bədəndəki toksinlər atılaraq ödem azalır.

-Sakitləşdirici xüsusiyətə sahibdir

Gecə yatmazdan əvvəl bir stəkan gilas sapı çayı içmək stressi azaldır və vücudu sakiltəşdirir.

-Prostat vəzinin böyüməsinin qarşısını alır

-Qurudulmuş gilas sapının digər faydaları:

Qanı təmizlər və anemiyanın qarşısını alır.

Xolesterolu azaldır

Qaraciyəri qorur

Qəbizliklə mübarizə aparır.

Revmatizm və oynaq ağrılarını azaldır.

 

Gilas sapı  demək olar ki, heç bir əks təsiri olmasa da, sidikqovucu xüsusiyyətə  sahib  olduğu  üçün  həddindən artıq istehlak edildikdə kalsium ifrazının artmasına  və  sidik yollarında bəzi  problemlərin  yaranmasına   səbəb  ola bilər.  

Saglamolun.Az