Hamilə qalmaq üçün bel çəkdirmək doğrudurmu? - VİDEO

Uşaq sahibi olmaq istəyib, lakin hamilə qala bilməyən qadınlar bəzən əsası olmayan yollara əl atırlar. Bunlardan biri də hamilə qalmaq üçün "bel çəkdirməsi"dir.

Sağlamolun.az xəbər verir ki, məsələyə Səhiyyə TV-yə danışan mama-ginekoloq Gülnar Əliyeva aydınlıq gətirib.

Həkim bildirib ki, ümumiyyətlə tibbdə "belin çəkilməsi" adlı bir müalicə üsulu yoxdur:

"Bir çox qadınlarda uşaqlıq önə doğru əyilmiş, bükülmüş formada yerləşir. Lakin uşaqlığın arxaya doğru əyilməsi, sağa və ya sola tərəf olması da normal vəziyyət kimi dəyərləndirilir və heç bir müalicə tələb etmir. Belinizə ağır əşyalar bağlayaraq, parçalarla bükülərək sıxılması onurğa travmasına gətirib çıxara bilər. Ona görə də əsassız müalicə üsullarına aldanmayın və vaxtında həkimə müraciət edin".

Saglamolun.Az