Ləzzətli meyvələrdən olan manqo, müasir dövrdə məşhurlaşan meyvələr sırasındadır. Manqo ləzzəti ilə yanaşı, faydalı olması ilə də diqqəti cəlb edir.
Sağlamolun.az manqonun faydalarını təqdim edir:
Mango antioksidantların köməyi ilə kolon xərçəngi, döş xərçəngi və prostat xərçənginə qarşı bədənin müqavimətini artıra bilmə gücünə malikdir.
Lifli bir meyvə olduğundan həzm sistemini tənzimləyir və qəbizliyin qarşısını alır.
Düzgün qəbul edildikdə ürək xəstəliyi riskini azaldır.
Yüksək lif və C vitamini səviyyələri yüksək olduğundan xolesterolu tarazlaşdırır və yüksək xolesterolu tarazlıqda saxlaya bilir.
Manqo meyvəsinin tıxanmış məsamələri təmizləməsi və sızanaqların əmələ gəlməsinin qarşısını da alma gücünə malikdir.
Vitamin A ilə zəngin olan manqo göz sağlamlığı üçün mükəmməl bir meyvədir.
Hamiləlik zamanı qəbul edilməsi daha faydalıdır. Manqodakı dəmir tərkibi hamilə qadınların dəmir ehtiyacını qarşılayır.
Manqo kollagen zülallarının istehsalına kömək edən yüksək miqdarda A və C vitaminlərini ehtiva edir.
Müşahidələrə əsasən, müntəzəm şəkildə qəbul edildikdə manqo orqanizmi lazımi vitamin A və C əlavələrini təmin edərək qocalmanı gecikdirə bilər.
Saglamolun.Az