Buynuz təbəqənin daha tez inkişaf etməsinə görə ayaqların dərisi də tez quru olur, daban hissədə isə qalınlaşır. Məhz buna görə də ayaqların dərisinə qulluq edilməsi əl və üz dərisinə qulluq edilməsi qədər vacibdir.
Manikürü 7-10 gün ərzində 1 dəfə etmək məsləhətdir. Evdə və ya kosmetik salonda manikür etməyinizdən asılı olmayaraq dırnaqlarınızın sağlamlığına nəyin zərər yetirdiyini mütləq bilmək lazımdr.
Dırnaqlar ölmüş hüceyrələrdən - keratindən təşkil olunmuşdur. Buna görə də onları zədələdikdə qan gəlmir və ağrı hiss olunmur.
Üz dərisinin çatışmazlıqlarını makiyajla, bədən quruluşunun çatışmazlıqlarını düzgün seçilmiş geyimlə gizlətmək olar. Yalnız qulluq olunmayan əlləri heç cür gizlətmək olmaz.
Epilyasiya - üz və bədəndən arzuolunmaz tüklərin təmizlənməsidir. Salon epilyasiyasının bir neçə növü vardır. Hal-hazırda ən məşhurları lazerlə olan epilyasiya və fotoepilyasiyadır.
Əlbəttə ki, gözəl bədən quruluşuna sahib olmaq üçün əzələləri mütəmadi olaraq məşq etdirmək lazımdır. Onlar möhkəm olduqda bədən quruluşu da gözəl olur.
Sellülit – müasir qadınların üzləşdiyi ən çox yayılmış kosmetoloji problemlərdən biridir. Sellülitdən həm kök, həm də arıq qadınlar əziyyət çəkirlər.
Hər bir qadın uzun və gözəl saçların olmasını arzu edir. Hal-hazırda bu arzunu 2-3 saat ərzində, saçların süni şəkildə uzadılması prosedurası ilə həyata keçirmək olar.
Kəpək baş dərisinin ölmüş hüceyrələrindən ibarətdir. Normal halda, bədənin digər hissələrinin dərisində olduğu kimi, başın dərisindəki hüceyrələri də müəyyən müddət keçdikdən sonra yeniləri ilə əvəz olunur.
Başın dərisində olan hər bir saçın ömrü orta hesabla 3-4 il olur. Buna görə də saçların daimi olaraq tökülməsi tam normal və təbii olan bir prosesdir.
Baş dərisindəki piy vəziləri kifayət qədər miqdarda dəri piyi hazırlamadığı halda, saçlar da quru olur. Adətən, baş dərisinin quruluğu üz və bədən dərisinin də quruluğu ilə birgə təsadüf edilir.
Saçlar nə üçün yağlı olur? Əslində saçlar deyil, başın dərisi yağlı olur. Bu isə tük follikulları ilə yanaşı yerləşən piy vəziləri tərəfindən piyin artıq dərəcədə ifraz olunması nəticəsində baş verir.
Əvvəlki vaxtlara nisbətən, hazırda normal saç tipinə daha az hallarda təsadüf edilir. Normal saçlar, adətən, sıx, elastik və sağlam olur, asanlıqla daranır və istənilən formada yığılırlar.
Gözəl saçlara sahib olmaq üçün onları nəinki xaricdən, həmçinin “daxildən" də qidalandırmaq lazımdır. Rasionunuzda müntəzəm olaraq aşağıdakı məhsullar olmalıdır:
Başın dərisinin qidalanması və nəticədə saçların vəziyyətinin yaxşılaşdırılması üçün mütəxəssis və ya insanın özü tərəfindən başını masaj etməsi çox xeyirlidir.
Saçlara qulluq edilməsində əsas şərt onların yuyulmasıdır.
Saçın görünən hissəsi ölmüş dəri hüceyrələrindən (keratindən) formalaşır. Hər bir saç follikulun daxilinə bərkidilmişdir.
Bu metod bədii tatuirovkadan gəlmişdir və ona çox oxşayır. Bu zaman xüsusi aparatın köməyilə dəriyə rənglər yeridilir.
Kosmetoloqlar piqment ləkələri ilə bir neçə üsullarla mübarizə aparırlar:
Çillər yaz aylarında, günəş şüalarının təsiri altında üzdə, sinədə, kürəkdə və yuxarı ətraflarda dəri üzərində əmələ gəlir.
Qabaqcadan xəbərdar edirik ki, yalnız xalq təbabəti üsullarından istifadə etməklə sızanaqlardan qurtulmaq olmaz. Lakin bu üsullar onların müalicəsində yaxşı yardımçı ola bilərlər.
Qara nöqtələr (kamedonlar) və ağ civzələr (iltihablaşmayan) – aknenin ən sadə formalarıdır.
Üz nahiyəsi də daxil olmaqla, praktiki olaraq, insanın bütün bədəni tüklərlə örtülmüşdür. Tük dərinin dərin qatında yerləşən tük soğanağı olan follikuldan inkişaf edir.
Döşlərin böyüdülməsi - hal-hazırda ən çox dəbdə olan plastik əməliyyatdır. Ancaq əməliyyatı etməmişdən qabaq, onun sizin üçün nə qədər vacib olması barədə yaxşı-yaxşı fikirləşmək lazımdır.
Boyun və sinə nahiyəsinin dərisini mümkün qədər daha uzun müddət ərzində yaxşı vəziyyətdə saxlamaq üçün oxucularımıza hər gün məhz bu sahəyə aid olan sadə fiziki və özünü masaj hərəkətləri etmələrini tövsiyə edirik.
Dərinin möhkəmləndirilməsi və qidalandırılması üçün kremlər, toniklər və s. savayı, mağazadan alınan və ya ev şəraitində hazırlanan müxtəlif maskalardan da istifadə etmək olar.
Boyun, sinə və döş nahiyələrinin dərisi bədən dərisinin digər sahələrinə nisbətən daha nazik olur. Bu sahələrin dərisində piy vəziləri daha az olur.
Dodaq formasının korreksiyası (dodaqların böyüdülməsi) - hazırda ən geniş yayılmış və dəbdə olan əməliyyatdır.
Dodaqların dərisinə qulluq edilməsi üçün ev şəraitində hazırlanan vasitələrdən istifadə etmək olar.
Dodaq dərisində piy vəzilərin olmadığı üçün dodaqların səthi daha həssas olub qurumağa və qabıq verməyə meylli olur.