KIDSPORT – uşağın sağlamlığı və inkişafı üçün hər şey

Hər bir valideynin ən böyük arzusu və istəyi öz ovladını sağlam və güclü böyütməkdir.

İnsanın gələcək sağlamlığının təməli uşaqlıq dövründə qoyulur. Uşağın gələcək həyatda sağlam, güclü və dözümlü və ya xəstə və zəif olması məhz onun uşaqlıq illərinin necə keçməsindən çox asılıdır.

Uşağı yalnız yaxşı yemək, geyim və s. ilə təmin etmək kifayət deyil. Uşağa fiziki aktivlik üçün şərait yaratmaq olduqca vacibdir. Bütün dünya üzrə həkimlər həyəcan təbili çalır – fiziki aktivliyin yetərincə olmaması uşağın sağlamlığı və inkişafına çox mənfi təsir göstərir. Az hərəkət edən uşaqlarda immunitet zəifləyir və bu səbəbdən onlar tez-tez soyuqdəymə və digər xəstəliklərə tutulur, onlarda skolioz, piylənmə kimi problemlər əmələ gəlir, inkişaf ləngiyir.

Zəmanəmizdə uşağın fiziki akivliyini təmin etməyin ən yaxşı üsulu – evdə İsveç divarı, turnik və digər avadanlıqlara malik idman guşələrinin yaradılmasıdır. Bu cür guşələr  uşağın qol və bel əzələlərinin və damarlarının möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bu çox vacibdir, belə ki, qamətin və bədənin əzələ kütləsinin formalaşması, sümüklərin sürətli inkişafı məhz erkən dövrlərə təsadüf edir.

"KIDSPORT" şirkətinin fəaliyyət istiqaməti uşaq oyun meydançalarının, idman-əyləncə komplekslərinin, İsveç divarlarının, uşaqlar üçün inkişaf etdirici modulların, parklar üçün avadanlıqların layihələndirilməsi, satışı və qurulması işlərindən ibarətdir. Bütün avadanlıqlar Rusiyada və Avropa istehsal olunur və təhlükəsiz, ekoloji təmiz olmaqla yanaşı uzun müddətli  istismar üçün nəzərdə tutulub.

Övladınızın sağlam və güclü böyüməsini istəyirsinizmi? Bunun üçün sadəcə zəng edin və bəyəndiyiniz istənilən idman kompleksini sifariş edin. Şirkətin nümayəndələri sifarişinizi sizə çatdıracaq və evinizdə quraşdıracaq.

Siz həmçinin "KIDSPORT" şirkətinin mağazasına gəlib burada zövqünüzə uyğun istənilən idman guşəsini seçə bilərsiniz.

 

Əziz valideynlər! Övladlarımız üçün qoya biləcəyimiz ən dəyərli miras – SAĞLAMLIQDIR!

 

 

Ünvan: AZ1052, Bakı şəh., Həsən bəy Zərdabi 59.

("Baku Mall" Ticarət Mərkəzi, 3-cü mərtəbə, İnşaatçılar m. yanı)

Tel.: 051 332 13 13, 055 563 19 45, 077 511 58 57

Facebook: https://www.facebook.com/kidsport.az/

Instagram: https://www.instagram.com/kidsport_romana/?igshid=tfjb8bw01706

Web səhifə: www.romana.az, www.kidsport.az

 

.

Saglamolun.Az




HƏKİMLƏR

Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Gövhər Novruzova

Gövhər Novruzova

USM

Radioloq İş stajı – 3 il

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq. Vaginizm üzrə mütəxəssis. Cinsəl terapist Əmək stajı - 17...

Ətraflı...

 


Яндекс.Метрика