Super Mama - Hamiləlik Məktəbi

 

Super-Mama hamiləlik məktəbinin məqsədi gələcək anaların problemsiz hamiləlik dövrünü və rahat doğum prosesini təmin etməkdir.

Bu məktəbdə təqdim olunan xidmətlər: prenatal yoqa, pilates, masaj, mühazirələr, doğuş sonrası bərpa proqramı.

Prenatal yoqa məşqlərində gələcək analar həm fiziki hərəkətlər, həm nəfəs texnikalarını, həm də rahatlanma metodlarını mənimsəyir.

Faydaları:

  • Çanaq dibi əzələlərini doğuşa hazırlayır
  • Nəfəs texnikası vasitəsi ilə sancıları daha ağrısız keçirtməyə yardım edir
  • Bel ağrılarını aradan qaldırır
  • Şişkinliyi azaldır
  • Stress və yuxusuzluqla mübarizə etməyə kömək edir
  • Qəbizlik problemini azaldır

Pilates isə artıq çəkidən əziyyət çəkən hamilələr üçün nəzərdə tutulub, yoqayla müqayisədə bir qədər daha aktivdir. Pilateslə məşğul olan hamilələr doğuşdan sonra daha tez əvvəlki formaya qayıdırlar.

Massaj gələcək analara gərginlikdən və ağrılardan azad olmağa kömək edir.

Mühazirələr gələcək anaları maarifləndirməyə yönəlir. Super-Mama hamiləlik məktəbində "Doğuş prosesi necə keçir", "Uşağa baxım", "Əmizdirmə" kimi mövzular barəsində mütəxəssislər tərəfindən məlumat  verilir. Atalar üçün də analara dəstək ola bilmələri üçün xüsusi seminarlar keçirilir.

Doğuş sonrası bərpa proqramı vasitəsilə analar boşalmış qarın əzələlərini bərkidə, artıq çəkidən azad ola bilərlər. Məşqlərə körpələrlə də qoşulmaq olar.

Super-Mama bütün gələcək analara rahat hamiləlik və asan doğuş arzulayır!

Ünvan: Azure biznes mərkəzi (Megafun), 11 mərtəbə

Əlaqə nömrələri:  (051) 433 42 52/ (012) 488 64 38

Web: www.supermama.az

Facebook: Super-mama

 

.




 

 

 


Яндекс.Метрика