Saglam qida və əziyyətsiz arıqlama

Herbalife Nutrition - sağlam həyat tərzi sahəsində fəaliyyət göstərən beynəlxalq korporasiyadır.

Şirkət 1980-ci ildən balanslaşdırılmış qidalanma, çəkiyə nəzarət və fərdi qulluq üçün məhsulların istehsalı ilə məşğuldur. Məhsul xəttində 130-dan çox adda məhsul, o cümlədən, proteinli kokteyllər və batonlar, BAƏ, enerji və fitnes içkiləri, dəriyə və saça qulluq üçün vasitələr təqdim olunub.

Herbalife Nutrition şirkətinin baş ofisi ABŞ-ın Los Anceles ştatında yerləşir və dünyanın 95-dən çox ölkəsində rəsmi nümayəndəlikləri var. Şirkətin İngiltərə, İsveçrə, Yaponiya kimi qabaqcıl ölkələrdə də nümayəndəlikləri var.

Rəsmi məlumata görə Belçikada əhalinin 13%-i Herbalife məhsullarından istifadə edir. Şirkət Ukrayna və Latviyada 2002-ci ildə, Litva və Estoniyada isə 2003-cü ildə fəaliyyət göstərir. Herbalife Nutrition 2011-ci ildən etibarən rəsmi olaraq Monqolustan, Belarus və Gürcüstanda təmsil olunur. 2012-ci ildə Qazaxıstanda ilk Satış Mərkəzləri yarandı. 2013-cü ildə isə şirkətin Qırğızıstan və Azərbaycanda rəsmi nümayəndəliyi açıldı. Herbalife-ın səhmləri NASDAQ və NYSE birjalarında qiymət təyin olunur.

Herbalife şirkətində məhsulların keyfiyyətinə xüsusi diqqət ayrılır. Şirkətin məhsulları təmsil olunduğu bütün ölkələrdə qanunvericiliyin tələblərinə uyğun olaraq sertifikasiya olunub. Azərbaycanda bu Səhiyyə Nazirliyinin nəzdində olan Respublika Sanitariya-Karantin Müfəttişliyidir. Həmçinin məhsullar Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunan AZS milli sertifikatlaşdırma sisteminə uyğunluqla bağlı təsdiqdən keçir.

Yüksək ixtisaslı mütəxəssislər, müasir avadanlıq və bütün istehsal mərhələlərində nəzarət məhsullarımızın ən ciddi keyfiyyət standartlarına uyğunluğunu təmin edir. Şirkətdə "Əkilmiş toxumdan süfrənizdəki məhsula qədər" adlı konsepsiya qəbul edilib. Bu konsepsiya çərçivəsində 14 mərhələli yoxlama aparılır. Onun həyata keçirilməsinə 10 xüsusi laboratoriya və elmi dərəcəsi olan 300 ştat əməkdaşı cəlb olunub.

Tərkibində dünyanın müxtəlif ölkələrindən 20 nüfuzlu alimin olduğu Herbalife-ın Elmi-konsultasiya şurası yeni məhsulların hazırlanması, effektiv inqrediyentlərin axtarışı, sınaqdan keçirilməsi ilə məşğul olur, həmçinin, Herbalife-ın Müstəqil Tərəfdaşlarının təlimində iştirak edir.

Herbalife-ın dəstəyi sayəsində 2003-cü ildə Kaliforniya Universiteti (ABŞ) Mark Xyuz adına Hüceyrə və molekulyar qidalanma laboratoriyasını açmışdır. 2010-cu ildə şirkət şəxsi informasiya-tədris interaktiv resursu "Herbalife Qidalanma İnstitutu" yaratmışdır.

Herbalife Nutrition Şirkətinin Müstəqil Tərəfdaşı Durna Aslanova Sağlam Qidalanma Klubunda fəaliyyət göstərir və artıq çəkidən azad olmaq istəyən müştərilərə öz arzularına ac qalmadan, sağlamlıqlarına ziyan vurmadan çatmağa köməklik göstərir. Klubda arıqlama zamanı müştərilər həm də sağlam qida məktəbi keçirlər və öz nəticələrini ömür boyu qoruyub saxlamağı öyrənirlər.

Bu günə kimi Durna xanımın klubunda bir çox insan artıq çəkiləri ilə vidalaşıb, sağlam və aktiv həyat yaşayır. Klubda həm də çəki yığma (əzələ kütləsi), antisellulit, yaşlanmaya nəzarət, təmizlənmə və sairə kimi proqramlar mövcuddur.

Qida məsləhətçisi Durna Aslanova

Ünvan: Həsənoğlu küç. 4 Bakı, Azərbaycan
Whatsapp: +994(50) 559 14 69
Facebook:  Sağlam Qidalanma və Arıqlama Klubu
Instaqram: @durnaaslanova




 

 

 


Яндекс.Метрика