Ana Səhifə Həzm orqanları Öd daşı xəstəliyi

Öd daşı xəstəliyi

b_400_0_16777215_0___images_stories_HEZMORQANLARI_od.jpegÖd daşı xəstəliyi – öd kisəsinin ən çox yayılmış xəstəliklərindən biridir. Xəstəlik öd kisəsində, qara ciyərdəki öd yollarında, ümumi öd axarında daşların əmələ gəlməsi ilə xarakterizə olunur.

Öd daşları – bərkimiş törəmə olub ölçüsü - diametri üzrə 1 neçə santimetr, sayı bir ədəddən bir neçə min ədədə qədər, çəkisi isə 30 qramadək ola bilir. Öd daşları kimyəvi tərkibinə görə, əsasən xolesterindən, az hallarda öd piqmentlərindən və kalsium duzlarından ibarət olur.

Öd kisəsində daşların əmələ gəlməsi uzun müddətli durğunluq zamanı ödün sıx hissəciklərinin çökməsi nəticəsində baş verir. Bu daşlar öd kisəsinin normal fəaliyyət göstərməsinə mane olur.

Öd daşı xəstəliyinin risk faktorları

- qadın cinsinə mənsub olmaq. Cinsi hormon olan estrogenlərin təsirindən irəli gələrək, cinsi yetkinlik yaşından sonrakı bütün yaş qrupuna aid olan qadınlarda öd kisəsində daşın əmələ gəlməsinə meyllilik olur;
- yaşın 40 və ondan artıq olması;
- artıq çəkinin olması. Öd kisəsində xolesterin daşlarının əmələ gəlməsi üçün əsas risk faktorlarından biri də piylənmədir. Bu isə xolesterinin daha çox sintez və ifraz olunması ilə əlaqədardır;
- çəkinin az bir müddət ərzində azalması. Səbəbindən asılı olmayaraq (ya pəhrizin köməkliyi ilə, ya çəkini aşağı salan preparatlar vasitəsi ilə, ya cərrahi yolla) kəskin arıqlama orqanizmə bu prosesə uyğunlaşmağa vaxt vermir və orqanizm lazım olan fermentləri əvvəlki həcmdə olmaqla istehsal edir ki, bunun da nəticəsində onların konsentrasiyası artır. Ödün artması isə öd daşı xəstəliyinin yaranmasına gətirib çıxara bilər;
- hamiləlik. Hamiləlik zamanı və həmçinin daxilə qəbul edilən hamiləlik əleyhinə dərman preparatlarından istifadə edilməsi zamanı qanda esterogen və progesteronun miqdarı artır. Bu hormonlar isə maddələr mübadiləsi sistemində dəyişikliklərə səbəb olaraq öd daşlarının əmələ gəlməsinə köməklik edir;
- hormonal dərman preparatlarının qəbul edilməsi;
- qida qəbulunda yağlı qidalara (yağlı ət, balıq, heyvani piylər və s.), tərkibində xolesterinin miqdarı yüksək olan qidalara üstünlük verilməsi, qida rasionunda bitki sellülozunun (meyvə və tərəvəzlər) az olması;
- irsi faktor (ən yaxın qohumlarda öd daşı xəstəliyinin olması). Əgər sizin valideynlərinizdə öd daşları aşkar edilmişdisə, sizin də öd daşı xəstəliyinin daşıyıcısı olmaq riskiniz iki dəfə artıq olur;
- şəkərli diabet. Şəkərli diabet zamanı öd kisəsində durğunluq yaranır. Öd uzun müddət ərzində öd kisəsində qaldıqda öd daşları əmələ gəlir;
- qara ciyər sirrozu. Qara ciyər sirrozu olan şəxslərdə öd kisəsinin funksiyası pozulduğu və qara ciyərin xəstəliyi nəticəsində qanda estrogenlərin də səviyyəsi artdığı üçün öd kisəsində daşların əmələ gəlmə riski 10 dəfə artır;
- qanda xolesterinin səviyyəsini aşağı salan dərmanların qəbul edilməsi;
- az hərəkətli həyat tərzi. Aparılan tədqiqatlara əsasən, gün ərzində icra olunan 30 dəqiqəlik aerobika hərəkətlərinin köməkliyi ilə öd daşı xəstəliklərinin 1/3 hissəsinin qarşısını almaq olar.

Öd kisəsinin daşı xəstəliyinin əlamətləri

Əksər hallarda öd kisəsində olan daşlar əlamətsiz keçir, bunlara “lal daşlar” da deyirlər. Belə daşlar təsadufən aparılan ultrasəs və ya rentgen müayinəsi nəticəsində aşkar olunur. Belə daşlar öz daşıyıcılarını uzun illər ərzində, bəzən isə bütün ömürləri boyu da narahat etmirlər. Bəzən isə - doyunca yemək yedikdən sonra, bədən xeyli silkələndikdə və ya digər bu kimi səbəblərin təsiri nəticəsində belə xəstələrdə öd daşı tutmaları (sancıları) baş verir. Bu zaman daş öd kisəsi yoluna keçərək onun yolunu bağlayır və ödün öd kisəsindən axınının qarşısını alır. Nəticə etibarı ilə bu, öd kisəsinin divarının gərilməsinə və kəskin ağrının baş verməsinə səbəb olur. Sancı zamanı ağrı sağ körpücük nahiyəsinə, sağ qola, sağ süd vəzisi və sağ kürək nahiyəsinə “yayılır”, dəfələrlə təkrar olunaraq bir neçə saat ərzində davam edir. Bir çox hallarda ağrı o dərəcədə kəskin olur ki, xəstələr “təcili yardıma” müraciət etməli olurlar.

Əgər öd yolunda olan daş (ölçüsü nisbətən kiçik olan) öd yollarından keçərək “müvəffəqiyyətlə” onikibarmaq bağırsağa düşərsə, sancı öz-özünə keçib gedir və daş nəcislə xaric olur.

Öd daşı xəstəliyinin əlamətləri aşağıdakılardır:

- sağ qabırğaaltı nahiyədə ağırlıq hissiyyatı;

- ağızda aclıq hissiyyatı;

- meteorizm, ürəkbulanma;

- üşütmə, temperaturun bir qədər yüksəlməsi;

- doyunca yedikdən, yağlı, qızardılmış qida, alkoqol qəbulundan sonra gəyirmənin olması;

- sarılıq (daş ümumi öd yolunu tutduqda) və nəcisin gil rəngində olması.

Bütün bu əlamətləri nəzərə aldıqdan sonra həkim-qastroenteroloq xəstəyə öd daşı xəstəliyi diaqnozunu qoya bilər.


İstifadə olunan hər bir material saytın əməkdaşları tərəfindən hazırlanıb və saytın mülkiyyəti sayılır.
Materiallardan istifadə edərkən www.saglamolun.az saytına hiperlink vasitəsi ilə istinad mütləqdir!

Şərhlər 

 
# ibrahim 2012-06-29 15:51
salam.men sud verirem ona gore her dermanida qebul ede bilmirem.mende daslar balacadir(4,4), ama coxdu.Daslari emeliyatsiz aparmaq mumkundur.Xayis edirem cavab yazin.
 
 
# Administrator 2012-06-29 19:07
Hörmətli oxucumuz!
Xüsusi dərman preparatları mövcuddur ki, onların köməyi ilə öd daşları əridmək mümkündür. Bu dərmanları yalnız həkim müayinə və lazım olan analizlərdən sonra təyin edə bilər.
Lakin döşlə əmizdirilmə zamanı bu prepaparatlar, çox güman ki, təyin oluna bilməz.
Allah köməyiniz olsun!
 
 
# leyla 2012-10-15 17:54
Salam menm odumde daslar var. Men hamile qal

a bilerem .21 yasim var. Sancilarim kesgin olur.
 
 
# Administrator 2012-10-16 10:28
Hörmətli oxucumuz!
Əgər tutmalar tez-tez təkrarlanır və ağır keçirsə, bu halda həkimlər adətən hamiləliyi planlaşdırdıqda n əvvəl öd kisəsini çıxartdırmaq məsləhət edirlər. Hamiləlik zamanı öd daşı xəstəliyi adətən kəskinləşir və bu zaman təcili cərrahi əməliyyat tələb oluna bilər.
Qastroenteroloq həkimi ilə məsləhətləşin.
Allah şəfa versin!
 
 
# Shehla 2012-11-11 18:39
salam. menim odumde 30 ve 28 mm dashi var agrilar cox keskindir tecili yardim demek olarki her gun gelir eridmek mumkundurmu ve yaxud emeliyyat olunmalidir?
 
 
# Administrator 2012-11-11 20:02
Hörmətli Şəhla xanım!
Həkimlərin fikirinə görə, əgər tutmalar tez-tez təkrarlanırsa, bu cərrahi əməliyyat üçün əsas sayılır. Cərrahi əməliyyat olunmadığı halda müxtəlif ağırlaşmalar mümkündür.
 
 
# ELVIN 2013-01-23 13:15
salam.anamda saq qabirqalti nahiyyesinde aqri ve keyimeler olur.USM muayinesi neticesinde od kisesinde 14,6mm, 11,7mm olcude konkrementler ve coruntuler aşkar
olunmuşdur..bu xesteliyi müalice yolu ile aradan qaldirmaq olarmi? Öd kisesinin çixarilmasi zeruridirmi? İndiden teşşekur!
 
 
# Administrator 2013-01-24 16:33
Hörmətli Elvin bəy!
Qastroenteroloq a müraciət edin. Xəstənin vəziyyətindən, fəsadların olub-olmadığından, daşların ölçülərindən və s-dan asılı olaraq xəstəyə konservativ (xüsusi dərmanlar vasitəsilə) və ya cərrahi müalicə təyin oluna bilər. Lakin daşların ölçülərini (1 sm-dən yuxarı olan daşlar böyük sayılır) və ağrıların olmasını nəzərə alaraq, deyə bilərik ki, çox güman ki, cərrahi müalicə tətbiq olunacaq.
Allah şəfa versin!
 
 
# ehed 2013-01-27 14:23
salam,menim odumde daslar var,8,10,11mm .1 usagim var,hekim hamileliyde yarandigini deyir.emeliyyat vacibdir.bilmek isteyirem emeliyyatdan ne qeder sonra hamile qala bilerem.cox sag olun
 
 
# Administrator 2013-01-27 18:55
Hörmətli oxucumuz!
Adətən həkimlər bu əməliyyatdan 6 ay sonra hamiləliyi palnlaşdırmağa icazə verirlər. Lakin hər halda cərrahla məsləhətləşin.
 
 
# samire 2013-03-04 16:21
salam menkec il yoxlanisdan kecmisem ve odumde 22mm das var.hal hazirda nisanliyam ve 1 aydan sonra toyum olacaq..bilmek isteyirem toydan sonra hamimelikde bu das mene problem yarada biler ya yox ve yaxud toya qeder bu dasi goturmeyim sertdir yoxsa yox
 
 
# Administrator 2013-03-04 19:59
Hörmətli oxucumuz!
Qastroenteroloq a müraciət edin. Lazım oladuqda həkim Sizə müalicə təyin edəcək.
 
 
# Seyran 2013-03-16 23:13
salam menim müayine zamanı ödümde problem çıxıb. "öd qatılaşıb ve boyun hisse arakesme ile deformasiya olunub". bu ne xestelikdi? xaiş edirem hekim mene meslehet verin...
 
 
# Administrator 2013-03-17 18:10
Hörmətli Seyran bəy!
Bu öd kisəsinin iltihabıdır. Qastroenteroloq a müraciət edin.
Allah şəfa versin!
 
 
# aygun 2013-10-29 21:57
hekim menim odumde 30mm das var.ancaq hec bir aqrllar olmur.bunun bir ziyanl ola bilermi.emeliyyata eytiyac var?
 
 
# Administrator 2013-10-30 16:07
Hörmətli Aygün xanım!
Belə daşlara "lal daşlar" deyilir. Əgər öd daşı xəstəliyinin simptomları yoxdursa, bu cərrahi əməliyyat üçün göstəriş sayılmır.
 
 
# nigar 2013-11-10 02:07
salam doktor menim odumde 1 hefte bundan evvel ultroses muainesi zamani od dasi var 3 mm ne etmeliyem
 
 
# Administrator 2013-11-10 15:05
Hörmətli Nigar xanım!
Belə daşlara "lala daşlar" deyilir. Bu daşlar heç bir narahatçılığa səbəb olmur və USM zamanı təsadüfi olaraq aşkar olunur. Əgər öd daşı xəstəliyinin əlamətləri yoxdursa, adətən heç bir müalicə təyin olunmur. Xəstə sadəcə pəhriz saxlamalı və 1/2-1 ildən sonra təkrar USM-dən keçməlidir.
 
 
# Aise 2013-11-22 19:25
Salam hekim.Nenemin 60 yasi var.Odunde 85mm das var emeliyyat etdirmekden qorxur xususi pehrizlerle agrilari azaldir.Mualice yolu ile dasdan qurtulmagin mumkun oldugunu dusunur.bu dogurdan beledir yoxsa emeliyyat etdirek?oxudugunuz ucun sag oloun.
 
 
# Administrator 2013-11-22 22:22
Hörmətli Aişə xanım!
Bəli, müəyyən dərman prepartaları mövcuddur ki, onların köməyi ilə belə daşları "əridmək" olar. Lakin bu müalicə üsulu bütün növ daşlar üçün uyğun gəlmir. Qastroenteroloq la məsləhətləşin.
Allah şəfa versin!
 
 
# Aise 2013-11-26 18:30
Cavablandirdigi niz ucun tesekkur edirem.
 

Sual və ya Şərh yazmaq üçün qeydiyyatdan keçin!

Bəner
Bəner

SON MƏQALƏLƏR

Bəner
Bəner

PARTNYORLARDAN XƏBƏRLƏR və MƏLUMATLAR

OXU! HƏR GÜN BİR SURƏ!

SAĞLAM QİDA

FAYDALI MƏLUMAT

İXTİYARİ SEÇİLMİŞ MÖVZULAR

Bəner
Bəner

HƏKİMƏ SUAL

Samir Abdullayev

Samir Abdullayev

Varikoz damar cərrahı. Əmək stajı - 7 il

Damar xəstəlikləri /10692

Şərhlər(38)

Günay Rəsulova

Günay Rəsulova

Pediatr Əmək stajı - 6 il

Pediatriya /7427

Şərhlər(176)

Firuzə Cəfərzadə

Firuzə Cəfərzadə

Həkim-ginekoloq Əmək stajı -7 il

Ginekologiya /1410

Şərhlər(70)

SON SUAL

salam hekim. men 11heftelik hamileyem dol yumurtasinin sag terefinde 12-13 mm ayrilma var. mualicesi var? ne etmeliyem? ilehe 11.07.2014 18:20

Bu təhlükəli haldır. Mütləq ginekoloqa müraciət edin. Müalicəsi var: qadın yataq rejimində olmalıdır, streslərdən uzaq olmalıdır, müəyyən dərmanlar qəbul etməlidir (spazmolitiklər, hormonal preparatlar, vitaminlər və s.).

Allah köməyiniz olsun!

powered by SM FAQ

KALKULYATOR

RƏYİNİZİ BİLDİRİN

BUNU BİLMƏLİSİNİZ!

TESTLƏR

BİZ FACEBOOK-da