Ana Səhifə Hamiləlik və doğuş Ovulyasiya testləri

Ovulyasiya testləri

b_400_280_16777215_0___images_stories_HAMILELIKDOGUSH_testov.jpegOvulyasiya (yumurta hüceyrəsinin yumurtalıqdan çıxması anı) baş vermədikdə hamiləlik mümkün deyil. Qadın sonsuzluğun əsas səbəbi də ovulyasiyanın olmamasıdır (anovulyasiya).

Anovulyasiyanın səbəbləri müxtəlifdir - endokrin xəstəliklər (bu zaman orqanizmdə hormonal pozulmalar yaranır ki, nəticədə ovulyasiya baş verməyə bilər), polikistoz yumurtalıqlar sindromu, hipotalamus və hipofiz şişləri və s.

Onu da nəzərinizə çatdıraq ki, hətta tam sağlam və menstrual dövrü mütəmadi olan qadında 1 il ərzində 1-2 menstrual dövr (birinin ardınca olmamaq şərti ilə) ərzində ovulyasiya baş verməyə bilər. Bu normal sayılır.

Bəzi sonsuzluq formalarında müalicə zamanı ovulyasiyanın anını dəqiq təyin etmək çox vacibdir.

Ovulyasiyanı təyin etmək üçün ev şəraitində xüsusi ovulyasiya testlərindən istifadə etmək olar. Hal hazırda ovulyasiya testləri qadınlar arasında böyük populyarlıq qazanıb. Həkimlər bu testləri çox yüksək giymətləndirirlər. Lakin hamiləlik testlərilə müqayisədə bu testlərin istifadəsi qadından daha çox dəqiqlik və diqqət tələb edir.

Bu testlər qanda lyüteyinləşdirici hormonun (LH) səviyyəsinin təyin edilməsinə əsaslanır. Bu hormonun səviyyəsi qanda maksimum həddə çatdıqda ovulyasiya baş verir.

Ovulyasiya testləri güman edilən ovulyasiyadan 5-6 gün əvvəl istifadə etməyə başlamaq lazımdır.

Test gündə 1 və ya 2 dəfə olmaqla (səhər və axşam) istifadə etmək lazımdır. Test hər gün eyni vaxtda tətbiq edilir. Sidik ifrazı testin vaxtından ən azı 4 saat əvvəl olmalıdır. Testdən əvvəl çoxlu su qəbul etmək olmaz. Əks halda sidikdə olan LH-nun səviyyəsi azalacaq.

Test-zolaq üzərində olan xəttə qədər 5 saniyə ərzində sidik ilə olan qaba salınır (digər testlərdə - üzərinə pipetlə sidik damızdırılır) və sonra quru bir yerə qoyulur. Nəticə təxminən 30-40 saniyədən sonra qiymətləndirilir. Testdə yalnız 1 zolaq olanda, bu o deməkdir ki, LH-nun səviyyəsi qanda qalxmayıb. Testdə 2-ci solğun zolaq çıxdıqda bu ovulyasiya anının yaxınlaşmasından xəbər verir (testi ertəsi gün təkrar edin). Kontrol xəttinin yanında olan xəttin rəngi LH-nun miqdarını göstərir. Bu xəttin rəngi kontrol xəttinin rəngilə eyni və ya daha tünd olduqda ovulyasiya mümkündür. Məhz bu zaman qadının hamilə qalma ehtimalı ən yüksək sayılır.

 

OVULYASİYA ANI

b_400_0_16777215_0___images_stories_HAMILELIKDOGUSH_ovul2.jpeg

b_400_280_16777215_0___images_stories_HAMILELIKDOGUSH_ovul.jpeg


İstifadə olunan hər bir material saytın əməkdaşları tərəfindən hazırlanıb və saytın mülkiyyəti sayılır.
Materiallardan istifadə edərkən www.saglamolun.az saytına hiperlink vasitəsi ilə istinad mütləqdir!

Şərhlər 

 
# cemile 2012-05-12 17:03
ovulyasiya testini biz tapa bilmiriy doktur balaken rayonunda men bazal temperaturu olcurem ayin 2 mensturasiya olmuwam indi 37° bunu olcdukden sonra teste veya uziye ehtiyac varmi?
 
 
# Administrator 2012-05-13 14:50
Hörmətli oxucumuz!
Əgər Sizdə ovulyasiya ilə problemlər varsa USM-dən keçməyiniz daha məsləhətlidir. USM (follikulometri ya) ovulyasiyanın təyin edilməsi üçün ən dəqiq üsuldur.
Allah köməyiniz olsun!
 
 
# menim kitabcam 2013-02-23 10:43
BALAKENDE LISEYIN YANINDAKI APTEKDEN SORUWUN ORDA VAR
 
 
# nane 2012-05-14 21:59
salam.menimhele qiz vaxtindan aybasi pozgunlugum var.indi 3 ildir ki,aile qurmusam yene vaxtli vaxtinda olmur.1defe hamile qalmisam o da dusub indi2aydir ki aybasim olmur hekimim deyir yumurtaliqlar cerrahiye olunmalidir bu qorxuludurmu?men cox qorxuram
 
 
# Administrator 2012-05-19 14:42
Hörmətli oxucumuz!
Belə halların səbəbi hormonal pozulmalardır. Adətən belə pozulmalar dərmanlarla müalicə olunur. Lakin bəzi hallarda (misal üçün, polikistoz yumurtalıqlar sindromu zamanı) cərrahi üsullara əl atılır.
Hal hazırda belə əməliyyatlar laparoskopik üsulla keçirilir və nəticədə qadının orqanizmi çox tez bir zamanda bərpa olunur.
Təcrübəli ginekoloqa müraciət edin.
Allah köməyiniz olsun!
 
 
# cemile 2012-05-19 15:53
doktur salam men menst 16 gunu uziye duwdum dominant falikul partlayib gosterdi hemin gun cinsi elaqe oldu hekim mene dufaston icmeyi tovsiye etdi hergun icirem xatirladim 1 qiz evladim var yäniki birdefe elaqeyle hamile qala bileremmi falikul partlayandan nece gun hamile qala bilerem
 
 
# Administrator 2012-05-20 15:44
Hörmətli oxucumuz!
Əgər Siz məhz ovulyasiya günü (follikul "partlayanda") cinsi əlaqədə olmusunuzsa, Siz hamilə qala bilərsiniz. Ovulyasiyadan sonra follikuldan çıxan yumurta hüceyrəsi yalnız 12-24 saat ərzində yaşaya bilər.
Allah köməyiniz olsun!
 
 
# cemile 2012-05-21 10:23
doktur dufaston dermaninin ehemiyyeti nedir?
 
 
# Administrator 2012-05-21 19:25
Hörmətli oxucumuz!
Bu dərman orqanizmə proqesteron hormonu çatışmazlığı ilə bağlı olan vəziyyətlərdə istifadə olunur: endometrioz, sonsuzluğun bəzi formaları, uşaqsalmalar, menstruasiyanın pozulmaları, uşaqlıq qanaxmaları və s.
 
 
# konul 2012-06-07 23:23
salam. bilmek isterdim ENDOSERVISIT elametleri. ne demekdi? qorxulu bir weydirmi? hamile qalmaqa tesir ede biler? xhais edirem etrafli yazasiz. twk
 
 
# Administrator 2012-06-08 18:19
Hörmətli oxucumuz!
Endoservisit - uşaqlıq boynu kanalının selikli qişasının iltihabıdır. Xəstəliyin yaranma səbəbindən asılı olaraq müalicə də müxtəlif üsullarla aparılır. Bu xəstəlik hamiləliyə mane olmur.
Allah şəfa versin!
 
 
# nergiz 2012-06-21 10:45
salam.hekimim mene folikulun yetismesi ucun klafit ve qlutam dermanini yazmisdi.menst 13cu gununde uzide oldum olcusu 19 mm idi.16ci gunu getdim folikul partlamamisdi.aybasi oldum.hekim yeniden hemin dermanlari yazib.sizce bu defe sansim ne qederdi.onceden tesekkurler.
 
 
# Administrator 2012-06-21 11:58
Hörmətli oxucumuz!
Sizə ovulyasiyanın stimulyasiyası təyin olunub. Bəzən stimulyasiya 1-ci dəfədən yaxşı nəticə verir (follikul yetişir və ovulyasiya baş verir). Bəzən isə stimulasiya 2-3 dəfə təyin olunur və yalnız 3-cü dəfə lazım olan nəticə verir.
Stimulyasiya nəticə vermədikdə onu adətən 3 dəfədən artıq təyin etmirlər ki, qadının orqanizmində müxtəlif pozulmalar baş verməsin. Bu halda digər üsullardan (cərrahi üsullar, süni mayalanma və s.) istifadə edirlər.
Allah köməyiniz olsun!
 
 
# konul 2012-07-01 18:33
salam/ hekim ovulyasiya aybasidan nece gun sonra ya evvel olur?
 
 
# afet 2012-12-23 00:39
BU SUAL MENEDE MARAQLIDI
 
 
# nigar 2012-07-02 23:03
hekim salam mende 3 cur infeksiya var qonorea mikoplazma ureplazma evvel mende olmayib usaqlarim da var indi mualiceden nece vaxt sonra hamile qala bilerem?
 
 
# Administrator 2012-07-04 15:43
Hörmətli oxucumuz!
Müalicə aldıqdan 3 ay sonra hamiləliyi planlaşdıra bilərsiniz. Müalicədən sonra mütləq təkrar analizləri verin.
Allah köməyiniz olsun!
 
 
# lale 2012-07-04 15:11
salam,men 27.iyunda son aybasi oldum.ondan evvelki aybasim 26 may olub.menim ovulyasiya vaxtim ne vaxtdir.artiq iyul ayidir,bu ayin necesi elaqede olsam hamile qala bilerem?
 
 
# Administrator 2012-07-05 15:01
Hörmətli oxucumuz!
Əgər Sizdə menstrual dövr müntəzəmdirsə (bu çox vacibdir!), Siz ovulyasiya vaxtını təyin edə bilərsiniz.
Ovulyasiya menstrual dövrünün ortasında baş verir. Deməli, Sizdə ovulyasiya iyulun təxminən 11-12-si baş verməlidir. Ovulyasiyadan 1-3 gün əvvəl və ovulyasiya günü cinsi əlaqədə olan qadının hamilə qalma ehtimalı yüksək olur.
 
 
# seva 2012-07-05 19:40
doktur men abortdan sonra 2defe 6heftelik acilmisam ciddi mualiceler almisam mene yardim edin ovlad sahibi olmag isteyirem
 
 
# Meryem Mustafa 2012-07-06 16:50
Salam, size bir sualim olacaq xais edirem cavablandirin.tskilimin 12ci gununde follikul 15mm idi, 14cu gune ne qeder boyumus olardi ? tskl dovrum 31 gundur, gune nece mm boyuyur follikul ? tesekkurler
 
 
# Administrator 2012-07-07 20:39
Hörmətli oxucumuz!
Ovulasiya üçün hazır olan follikulun ölçüləri 18-24 mm olur. Hər gün follikul təxminən 2-3 mm böyüyür.
 
 
# Melissa 2012-07-09 04:59
Salam hekim, men ovulyasiya gunumu fallikulometriy a ile oyrene bildim, ve hemen gun ve hemcinin sonraki gunler vgorusdum yoldasimla, ovulyasiyadan 3gun sonra bende tskil agrilarina benzer bel qasiq agrilari basldi, ve qaz his edirem bagirsaqlarimda , sizce hamilelik elmaeti deyil bu ? yeni ola bilermi ki yumurta mayalanmis olsun ve bunlarda elamet ? cunki tskilin baslamasina 12gun var, ve mende adeten bu eelametler tskile 2-3 gun qalmis baslayar, ama indi ovulasiyadan 3gun sonra basladi..xais edirem cavablandirasiz .
 
 
# Administrator 2012-07-09 14:12
Hörmətli oxucumuz!
Ovulyasiyadan 1-3 gün əvvəl və ovulyaisya günü cinsi əlaqədə olan qadnın hamilə qalma ehtimalı yüksək olur. Yumurta hüceyrəsi ovulyasiyadan sonra təxminən 12-24 saat yaşayır və bu səbəbdən ovulyasiyadan 24 saat sonra cinsi əlaqədə olan qadının hamilə qalma ehtimalı azdır.
Hələ ki hamiləliyin baş verib - vermədiyi haqda danışmaq çətindir. Səbirli olun. Menstruasiya 3 gün və daha çox geçikərsə, hamiləlik testi edin.
Allah köməyiniz olsun!
 
 
# nara 2012-07-10 15:58
doktor men iyunun 29 aybasi oldum iyulun biri qutardim 3 ise yasamisam bilmey isderdim hamile qalmag ehtimali var yoxsa yox cunku men mualice aliram sizden cox xahis edirem cavablandirardi niz evvelceden tesekkur edirem
 
 
# Administrator 2012-07-11 16:24
Hörmətli oxucumuz!
Çətin ki, hamiləlik baş tutsun. Qadın ovulyasiyadan 1-3 gün əvvəl və ovulyasiya günü cinsi əlaqədə olduqda hamilə qala bilər. Ovulyasiya isə menstrual dövrünün (bir menstruasiyanın ilk günündən növbəti menstruasiyanın ilk gününə gədər olan vaxt) ortalarında baş verir.
Allah köməyiniz olsun!
 
 
# nara 2012-07-11 17:22
doktor ovulyasiya ne demekdi xahis edirem meni basa salardiniz cox xahis edirem birde yaxinigim bu ayin 9zunda olub hamile qalma ehtimali ola biler evellceden tesekkur edirem sagolun
 
 
# Administrator 2012-07-12 16:23
Hörmətli oxucumuz!
Saytımızın "Hamiləlik və doğuş" bölməsində ovulyasiya haqqında məlumat tapa bilərsiniz.
 
 
# Xedice 2012-07-19 21:30
Salam..men aybasima 3gun qalmis hamilelik testi eledim, testde 2ci xett zeifde olsa cixdi, ama yarim saat sonra yoxoldu..sizce bu test xarab idimi ? ve men bazal tempraturumu olcelerek hamile olub olmadigimi oyrene bileremmi ?
 
 
# Administrator 2012-07-20 15:15
Hörmətli oxucumuz!
Ola bilsin ki, Siz hamiləlisiniz. Testin nəticəsini 5 dəqiqədən sonra giymətləndirmək lazımdır. Daha çox vaxt keçdikdə hava və s. təsirlər altında nəticə dəyişilə bilər.
Hamilə qadında hamiləliyin təxmilən 12-ci-14-cü həftəsinə qədər bazal hərarət 37 C-dən aşağı düşmür.
 
 
# Xedice 2012-07-20 20:44
Men bugun yeni aybasima 2gun qalmis seher bazal tempratrumu olcdum 35.6 dan 37 ye cixdi..ama oxudguma gore 37 den cox olmali yani 37.1 olmali en azindan hamilelikde..ve sud rengli axinti gelir..sizce bunlar elamet ola biler?
 
 
# Natavan 2012-07-23 12:35
salam həkim! falekulun sag tərəfdə olması qız uşağına sol tərəfdə olması isə oğlan uşağının yaranmasına səbəbdir bu düzdürmü düzdürsə səbəbini acaqlayardınız təşəkkürlər.
 
 
# Administrator 2012-07-23 16:49
Hörmətli oxucumuz!
Bu tam yanlış fikirdir.
 
 
# ayten 2012-07-23 14:37
men 2 ildirki aile heyati qurmusham,ushag im olmur,hekime getdim hekimde ovulyasiya testi yazdi mene,elemishem, nece defe 1 xett cixdi dunen 2 xett cixib,menim hamile qalmag shansim ola biler?
 
 
# Administrator 2012-07-23 16:56
Hörmətli oxucumuz!
Ovulyasiya testində 2 xəttin olması o deməkdir ki, ovulyasiya yaxınlaşır və qadının hamilə qalmaq ehtimalı var.
 
 
# ahishka esma 2012-07-23 22:28
Salam hekim eger folikul zeif yetishirse hamile galmag ehtimali var? Birde hekim mene bu dermanlari yazmishdi fitoprogest bunun ehemiyyeti varmi?
 
 
# Administrator 2012-07-24 15:45
Hörmətli oxucumuz!
Əgər follikul partlayır və ovulyasiya baş verirsə, hamilə qalmaq ehtimalı var.
 
 
# nara 2012-07-24 11:35
SALAM HEKIM MEN IYUNUN 29ZU AYBASI OLDUM IYULUN2SI QUTARDIM 3CU 9ZU BIRDE 13CU YAXINIGIM OLUB BILMEY ISDERDIM MEN HAMILE QALA BILEREM CUNKU OZUMDE DEYISIKLIK HISS EDIREM UREK BULANMASI BIRDE YUXU BASIR MENI OTURDUGUM YERDE XAHIS EDIREM CAVABLANDIRASIN IZ EVVELCEDEN TESEKKUR EDIREM SAGOLUN
 
 
# Administrator 2012-07-24 15:58
Hörmətli oxucumuz!
Ola bilsin ki, Siz hamiləsiniz. Sadalasığınız simptomlar hamiləliyin simptomları ola bilər.
 
 
# nara 2012-07-24 19:01
salam hekim birde size bele bir sualim olacag maya gobeleyinin mualicesi var ve cinsi yolnan kecen xesdelikdir xahis edirem cavablandirardi niz coxsagolun
 
 
# Administrator 2012-07-25 15:31
Hörmətli oxucumuz!
Müalicə var. Ginekoloqa müraciət edin.
 
 
# Gozel 2012-07-25 08:24
Salam hekim men size sual yazdim mene cavab gelmdi ,cox xahis edirem menim suallarima cavab veresiniz,men kecen ay 21dde aybasi oldum bu ayda 20aybasi oldum,dunen cinsi elaqde oldum,cinsi elaqde sonra altpaltarim bir az qan deydi,qorxdum bu menim ucun qorxulu bit sey deyil?men ne vaxtlar cinsi elaqde olsam usaga qala bilerem?sizi narahat etdim suallarimla,cav ab verseniz cox sevinerm,minnet daram
 
 
# Administrator 2012-07-25 15:24
Hörmətli oxucumuz!
Ginekoloq həkiminə müraciət edin. Bu hal (qanın gəlməsi) müxtəlif xəstəliklərin simptomu ola bilər.
 
 
# Lala 2012-07-25 11:19
Salam. Sonuncu defe iyulun 7-si aybashi olmusham, tsiklim 24-26 gundur. Eger cinsi elaqe iyulun 24-u bash vermishse, hamile qalmaq ehtimali ne qederdir?
 
 
# Administrator 2012-07-25 15:18
Hörmətli oxucumuz!
Bu halda hamilə qalmaq ehtimalı azdır. Mensrual dövr 26 gün olduqda, ovulyasiya dövrünün təxminən 12-13-cü günə düşür. Deməli, Siz ovulyasiyadan xeyli müddət sonra cinsi əlaqədə olmusunuz.
 
 
# Xedice 2012-07-25 21:44
Salam hekim.men bu aydan etibaren bazal temprarturumu olcerek ovulyasiya gunumu teyin etmeye baslamisam, aybasi gunum baslayan ilk gunden olcmeye basladim, ama men bildiyim qederiyle aybasi dovrunde bazal tempratur yuksek olmali deyil eksine asagi olmalidi, ama 3gundur olcurem 37.1 cixir..hec bri xestelikde yoxdur mende ki, ondan subhelenim..sizce bele yuksek olmasi normaldir ?xais edirem cavablandirsaiz .
 
 
# Administrator 2012-07-27 16:07
Hörmətli oxucumuz!
Ola bilsin ki, Siz bazal hərarətinizi düzgün ölçmürsüz.
Bazal hərarət səhər tezdən oyanan kimi yataqdan durmamaq şərti ilə 5 dəqiqə ərzində düz bağırsaqda ölçülməlidir. Gecə yuxunuz (fasiləsiz) 6 saatdan az olmamalıdır.
Əgər Sizdə hormonal pozulma varsa və ya Siz hormonal müalicə alırsınızsa, Sizdə yüksək hərarətlə müşahidə olunan soyuqdəymə və s. xəstəlik varsa, bu metod dəqiq nəticə verməz.
 
 
# Gülay 2012-07-27 12:03
Salam. Mən 3 aydır ki ailə qurmuşam. USM də endometrik hiperplaziya əlaməti aşkar olundu. Həkim kürtaj üsulunu məsləhət gördü. Bilmək istərdim ki, uşaq olmamış kürtaj etdirmək təhlükəli deyil ki? Bunun müalicə üsulu yoxdu? Xahiş edirəm sualımı ətraflı cavablandırasın ız. Çox çarəsizəm. Əvvəlcədən öz minnətdarlığımı bildirirəm. Allah köməyiniz olsun.
 
 
# Administrator 2012-07-27 16:53
Hörmətli oxucumuz!
Tibb ədəbiyyatda əsaslanaraq deyə bilərik ki, cavan və gələcəkdə ana olmaq istəyən qadınlarda bu xəstəliyin müalicəsi adətən hormonal dərmanların köməyi ilə həyata keçirilir.
Hormonal terapiya müəyyən səbəblərə görə mümkün olmadığı və ya effekt vermədiyi halda cərrahi üsullarından (endometriumun rezeksiyası və s.) istifadə oluna bilər.
Sizə digər bir təcrübəli ginekoloq həkiminə müraciət etməyinizi tövsiyə edirik.
Allah şəfa versin!
 
 
# nara 2012-07-27 18:42
salam hekim size bir sualim olacag ama cox xahis edirem cavablandirasin iz hec vax suallari cavabsiz qoymamisiniz sagolun sizden cox raziyam bilmey isdiyirem yasayanan sonra sol terefi uste uzanmag lazimdiki qiz olsun menimle bir nefer spora gedir men onun cavabin sizin vasitenizle vermey isdeyirem deyir yasayanan sonra sol terefi uste yatirsan qiz olur yaniki sol yumurtalig qizdi sag yumurtalig oglandi sperma hansi yumurtaliga tezsovrulursa cinsiyet ele olur sola sovrulursa qiz olur saga sovrulursa oglan olur sizden cox xahis edirem menim sualimi cavablandirasin iz
 
 
# Administrator 2012-07-28 19:32
Hörmətli oxucumuz!
Bu cəfəngiyatdır. Uşağın cinsini belə üsullarla "planlaşdırmaq" mümkün deyil.
 
 
# Gozel 2012-07-30 10:30
Salam hekim necesiniz?men bu ayin 20de aybasi olmusam,kecen ayda 21de aybasi olmiusdum,men bilmek istiyirem menim ovulyasiyam ne vaxt bas verecek?menimusaga qalma gunlerim hansi gunlerdi?sualima cavab verseniz cox sevinerem,cox sag olun minnetdaram
 
 
# Administrator 2012-07-31 15:05
Hörmətli oxucumuz!
Əgər Sizdə menstrual dövr müntəzəm olaraq (bu çox vacibdir!) 30-31 gün təşkil edirsə, ovulyasiya menstrual dövrünün təxminən 15-16-gününə düşür. Daha dəqiq bilmək üçün ovulyasiya testlərindən istifadə etmək və USM-dən (follikulometri ya) keçmək lazımdır.
 
 
# nara 2012-07-30 22:33
salam hekim sizden cox xahis edirem menim sualimi cavablandirasin iz men iyunun 29zu xesdelendim iyulun 2si qutardim 3 9 birde 13cu yaxinigim olub iyulun 26si test etdim iki qirmizi xett cixdi sonra 30zu test etdim yene iki xett cixdi hele uziye getmemisem mene deye bilersinizmi menim hamileliyimin necenci heftesidi ve ayin necesi uziye dusmek duzgundu evvelceden tesekkurumu bildirirem sagolun
 
 
# Administrator 2012-07-31 15:01
Hörmətli oxucumuz!
Akuşer-ginekoloqlar hamiləliyin müddətini axırıncı menstruasiyanın birinci günündən hesablayırlar (Sizdə iyunun 29-ndan). Deməli, İndi Sizdə təxminən 4 həftəlik hamiləlikdir.
İlk dəfə hamiləliyin təxminən 6-ci həftəsində USM-dən keçmək lazımdır ki, hamiləliyin məhz uşaqlıqda olması təsdiq olunsun. Bununla uşaqlıqdan kənar hamiləlik istisna olunur.
Allah köməyiniz olsun!
 
 
# Gunay 2012-08-01 16:56
salam.doctor follekullar partlamaya bilermi?
 
 
# Administrator 2012-08-02 13:14
Hörmətli oxucumuz!
Bu mümkündür. Hətta tam sağlam qadınlarda 1 il ərzində 1-2 anovulyator (ovulyasiya baş vermir) menstrual dövr ola bilər. Lakin əgər bu hal (follikulların partlamaması və ovulaysiyanın baş verməməsi) daha tez-tez təkrar olunursa, bu normal sayıla bilməz.
 
 
# nara 2012-08-01 22:06
salam hekim cox sagolun cavablandirdigi niza gore xahis edirem mene deyerdiz men ayin necesi usm den gedim kecim yoldasim meni ayin 4du aparmag isdeyir men getmey isdemirem deyirem hecelmasa 10nu yada 20si gedim sizden artig derecede xahis edirem mene ayin necesin mesl;ehet gorerdiniz usm den kecim evvelceden tesekkurumu bildirirem cavabinizi gozleyecem sagolun
 
 
# Administrator 2012-08-02 13:18
Hörmətli oxucumuz!
USM-dən avqustun təxminən 14-15-i keçə bilərsiniz.
Allah köməyiniz olsun!
 
 
# nara 2012-08-03 12:09
salam hekim hamile qadin qreyfrut yeye biler ziyani yoxdu evvelceden tesekkurumu bildirirem sagolun birde hekim size dunende sual vermisdim cavablandirmami sinz cox xahis edirem cavablandirardi niz sagolun
 
 
# Administrator 2012-08-04 10:10
Hörmətli oxucumuz!
Hamiləlik zamanı qadın müəyyən pəhriz saxlamalıdır. Yüksək allergik xüsusiyyətlərin ə malık olan qidaları məhdudlaşdırmaq lazımdır. Bu qidaların arasına qreypfrut, portağal və s. sitrus meyvələri da daxildir.
 
 
# Xedice 2012-08-04 04:09
Salam hekim..sizden xais edirem sualima cavablandirasiz . men bu ay usme tsklin 10cu gununde getdim, dediki fallikul 16mmdir? bu yaxsi demekdir hee? tskl dovrum 31 gundeen ibaretdi..hekim mene 13cu gunde bir daha usmeye gelmeyi meslehet gordu ovulyasiyanin bas verib vermemesi oy renmek ucun, ama men ise narahatam ,siz bir defe demisdiz ki gun erzinde fallikul 2-3mm boyuyur, bu fallikul 13cu grne qeder partlamaz bes? qorxuram partlayar mende yaxinliq etmerem ve hamilelik alinmaz..siz ne meslehet edirsiz? 13cu gunune qeder yaxinliq edim ?uzun oldu biraz bagislayin..xaricde yasadigim ucun hekimide dogru durust basa dusmurem, sizden cvb umuram.
 
 
# Administrator 2012-08-04 10:32
Hörmətli oxucumuz!
Follikul təxminən 18-24 mm çatdıqda ovulyasiyanın baş verməsi mümkündür. Deməli, Sizdə ovulyasiya yaxınlaşır. Ovulyasiyadan bir neçə gün əvvəl və ovulyasiya günü cinsi əlaqədə olan qadın hamilə qala bilər.
 
 
# nara 2012-08-04 15:27
salam hekim menim yoldasim meni bugun hekime apardi uziye dusdum hekim dediki hele uc heftelikdir urek doyuntusu yoxdu ayin 18zi gel birde men sizden cox xahis edirem mene deyerdiniz ola bilermiki usag inkisafdan qalsin yoxsa heqiqeten uzi 3 heftelik olanda urek doyuntusu olmur birde hekim mene dufaston papaverin sami ve extrafol tabletkasi yazdiki bulari qebul edim sizin cavabinizi ve meslehetinizi gozleyecem xahis edirem meni cavabsiz qoymayin evvelceden tesekkurumu bildirirem sagolun
 
 
# Administrator 2012-08-04 16:42
Hörmətli oxucumuz!
Hələ ki, narahat olmağa səbəb yoxdur. Dölün ürək döyüntüsu hamiləliyin 5-ci-6-cı həftəsində başlayır.
Allah köməyiniz olsun!
 
 
# nara 2012-08-05 23:01
AXSAMINIZ XEYIR HEKIM DEYE BILERSINIZ MENIM 5CI 6CI HEFTEM AYIN NECESINE DUSUR MEN O VAXT GEDIM UZIYE COX NARAHATAM YOLDASIM HER NAMAZ QILANDA DUA EDIR AMA MEN USAGININ UREY DOYUNTUSUNE GORE COX QORXURAM DEYIREM BIRDEN INKISAFDAN QALAR SIZDEN COX XAHISEDIREM CAVABLANDIRASIN IZ EVVELCEDEN TESEKKURUMU BILDIRIREM SAGOLUN
 
 
# Administrator 2012-08-06 15:56
Hörmətli oxucumuz!
Həkiminiz Sizə avqustun 18-i təkrar USM-dən keçməyinizi məsləhət edib. O vaxt USM-dən keşə bilərsiniz.
Hər şey yaxşı olacaq. İnşaAllah. Allaha dua edin.
 
 
# nara 2012-08-06 16:56
COX SAGOLUN CAVABINIZA GORE
 
 
# svet 2012-08-07 02:36
salam mende 20.0 xlamidiyaa var ve men 4 heftelik hamileyem bunun usaga ziyani varmi xais edirem cavab yazin cox narahatam
 
 
# Administrator 2012-08-07 16:01
Hörmətli oxucumuz!
Hamiləlik zamanı xlamidiya təhlükəli infeksiya sayılır. Ginekoloqa müraciət edin ki, Sizə müalicə təyin olunsun.
Allah şəfa versin!
 
 
# nara 2012-08-07 11:09
salam hekim birde size bele bir sualim olacag nece hekime hesablatdirmisa m biri oglan deyib obiri qiz sizden cox xahis edirem meni eger imkan varsa hesablayardiniz iki oglum var isderdim indiki hamileliyim qiz olsun ama yoldasim namaz qilir deye mene deyibki abort olmayacag isdeyir qiz olsun isder oglan saxlayacagsan sizden yene xahis edirem meni hesablayardiniz menim ilim ayim 1982 noyabr 18 yoldasiminki ise 1984 yanvarin 1 ri axirinci aybasim olub iyunun 29zu iyulun 2si qutarmisam 9zu birde 13 cu yaxinnigim olub onan sonra yaxinnigim olmayib sizden cox cox xahis edirem meni hesablayin cox sevinerem eyer hesablasaniz evvelceden tesekkurumu bildirirem cavabinizi gozleyecem sagolun
 
 
# Administrator 2012-08-07 15:21
Hörmətli oxucumuz!
Bütün mövcüd olan "hesablamalar" dəqiq nəticə vermir.
 
 
# gulsen 2012-08-10 17:50
salam.hekim men.subay vaxti her ay xestelenerdim mende 3-4gun gecikmeler olardi.5-6gun temiz olardim,4 ildirki evliyem hec usagim olmuyub.hal hazirda hekimede gedirem folekolum cox balacadi yumurtaliqlarim zeifdi mene dyufaston yazdi birde klostilbeqit bunuda aybasimin 3cu gunu icerem.men iyunun 13u 5-6gun qara leke deydi,iyulun 10da yene 6 gun leke deydi bugun olmaliyam hecne yoxdu sizce bu ne ola biler hamile ola bilirmiyim xahis edirem cavablandirasiz ,evvelceden minnetdaram.
 
 
# Administrator 2012-08-11 16:45
Hörmətli oxucumuz!
Həkim Sizə ovulyasiyanın stimulyasiyasın ı təyin edib. Lakin stimulyasiya təyin olunduqda USM vasitəsilə follikulun yetişməsinə (follikulometri ya) və ovulyasiyanın baş verib-verməməsinə nəzarət etmək lazımdır.
Əgər Sizdə ovulyasiya baş veribsə və Siz ovulyasiyadan 1-3 gün əvvəl və ovulyasiya günü cinsi əlaqədə olmusunuzsa, Siz hamilə qala bilərsiniz. Hamiləlik testi edin.
Allah köməyiniz olsun!
 
 
# nara 2012-08-13 15:52
salam hekim niye mene cavab yazmadiz axi sizden cox xahis etdim hettda yalvardim nolar meni hesablayin cav gozleyecem
 
 
# Administrator 2012-08-14 16:32
Hörmətli oxucumuz!
Belə "hesablamalar" cəfəngiyatdır. Gələcək uşağın cinsini heç bir üsulla "hesablamaq" mümkün deyil.
 
 
# Gozel 2012-08-14 10:23
Salam hekim necesiniz?bagislayin sizi suallarimla narhat edirem menim birinci sualim belediki menim belim son 3gunduki cox agriyir,axirinc i aybasim iyulun 20de olmusam bilmek isterdim ki bu agri usaga qala elameti ola biler?hekim bu ara test etsem olar,yoxsa gozlemeliyem aybasim yubanandan sonra yoxlayi gorum usaga qalmisam ya yox?sizi narahat etdiyime gore bagislayin sualima tez cavab verseniz sevinerem cox sag olun.
 
 
# Administrator 2012-08-14 16:11
Hörmətli oxucumuz!
Menstruasiya 3 gün və daha artıq gecikərsə, test edə bilərsiniz. Hələ ki dəqiq bir şey demək çətindir.
Allah köməyiniz olsun!
 
 
# Gozel 2012-08-17 09:00
Salam hekim suallarima cavab verdiyinize gore size minnetdaram,yen e sizi narahat edirem suallarimla,men de cox vaxt su gelir alt paltarima deyir,cox vaxtda sari rengli olur,seherker yuxudan duranda geilr altpaltarim deyir, ele vaxtda olur ki deymir,buna gore cox narahat,3aydi aileliyem,bu ne ile elaqedar ola biler?mumkunse sualima tez cavab vere bilersiniz?narahat etdiyime gore bagislayin cox sag olun
 
 
# Administrator 2012-08-17 22:34
Hörmətli oxucumuz!
Saytımızda olan "Qadın cinsiyyət orqanlarının ifrazatları" məqaləsində Sizə lazım olan məlumatları tapa bilərsiniz.
 
 
# aysel 2012-08-18 22:38
salam,men yoldawimla aybawinin sonuncu gunu elaqede olmuwduq,qan demek olarki bitmiwdi,cox cuzi gelmiwdi.indi hemen ayi hamile qalmiwam.bele bir melumat ewitmiwemki mensturasiya zamani uwaga qalirsansa uwaq raxit olur?duz fikirdi bu?cox narahatam,cavab yazin zehmet olmasa
 
 
# Administrator 2012-08-19 19:45
Hörmətli oxucumuz!
Bu tam cəfəngiyatdır. Uşaqda raxitin inkişaf edib-etməməsi ananın hamilə zamanı qidalanmadan və s. və uşaq doğulduqdan sonra ona olan baxımdan asılıdır.
 
 
# aysel 2012-08-24 12:22
inanin cox komek oldunuz mene,cox sevindim.men hele hekime getmemiwem,ona gore nece heftelikdi bilmirem.mene deye bilersiz nece heftelikdi?iyulun 19u menst.oldum 24u sonuncu gun oldu.25i uje temiz idim
 
 
# Semra 2012-08-19 19:22
salam hekim , testin netielerin nece biley olar?? men test eledim bir xett oldu. men hamileyem?
 
 
# Administrator 2012-08-20 22:32
Hörmətli oxucumuz!
Əgər söhbət hamiləlik testindən gedirsə, bu (1 xətt) o deməkdir ki, hamiləlik yoxdur. 2 xətt olduqda, nəticə müsbət sayılır.
 
 
# nara 2012-08-20 15:53
salam hekim men bu ayin 18 zi uziye getdim dedi hecne gorsenmir ama 5 heftelik hamilelik qeyd etdiler uzinin kagizina cox qorxuram inkisafdan qalmis hamilelik olar mene bir meslehet verin dedi tekrar iki hefteden sonra gel uziye men iyunun 29 zu aybasi olmusam 2 si iyulda qutarmisam yaxinigimda olub 13 cu onan sonra yaxinigim olmayib sizden cox xahis edirem menim heftemi hesablayib deyerdiniz gorum deqiq nece heftelikdi hemileliyim cavabinizi gozleyecem cox xahis edirem sagolun
 
 
# Administrator 2012-08-20 22:24
Hörmətli oxucumuz!
Hamiləlik testi edin. Ola bilsin ki, Siz hamilə deyilsinz.
Əgər test müsbət nəticə verirsə, lakin uşaqlıq boşluğunda döl yumurtası izlənmir (Sizdə təxminən 7 həftəlik hamiləlik ola bilər və bu vaxt döl uşaqlıq boşluğunda olmalıdır), bu o deməkdir ki, uşaqlıqdan kənar hamiləlikdən şübhələnmək olar.
Allah köməyiniz olsun!
 
 
# aysel 2012-08-20 22:06
salam men hamilelik testini ac qarina yoxlamamişam,am ma 2 dəfə yoxladım musbet cixdi.hamile ola bilerem?
 
 
# Administrator 2012-08-20 22:34
Hörmətli oxucumuz!
Bu o deməkdir ki, hamiləlik var. Sizi təbrik edirik.
Allah köməyiniz olsun!
 
 
# aysel 2012-08-24 12:20
cox sagolun:)))
 
 
# nara 2012-08-21 13:48
salam hekim cox sagolun cavablandirdigi niza gore men axi ozumu hamile kimi hiss edirem urek bulanmam olur hecne yeye bilmirem iy goturmurem size uzide qeyd olunanlari yaziram oxuyun mene cavab yazin cox xahis edirem birinci yazilib usagliq boslugunda d=17mm olan dol kisesi musahide olundu miometriyanin exostrukturu eynicinsli usaqliq boynu normal duqlas boslugu serbest yumurtaliqlar normal sag yumurtaliqda sari cism d=9,9mm ve netice normal inkisaf eden 5 heftelik hamilelik elametleri hekim sizden cox xahis edirem cavab yazin meslehetinize ehtiyacim var ve mene deyerdiniz uzinin neticelerinden birsey anladinizmi sagolun
 
 
# Administrator 2012-08-21 14:50
Hörmətli oxucumuz!
USM-ə əsasən Sizdə normal 5 həftəlik hamiləlik var və heç bir problem yoxdur.
Allah köməyiniz olsun!
 
 
# nara 2012-08-21 16:40
cox sagolun hekim
 
 
# zara 2012-08-24 21:24
salam hekim.aybaşından əvvəl cinsi əlaqə olmazsa, aybaşı zamanı olsa hamilə qalmaq olar? cünki bildiyimə göre yumurta hüceyrəsi 12-24 saat yaşaya bilər.Əvvəlcədən təşəkkürlər.
 
 
# Administrator 2012-08-25 16:36
Hörmətli oxucumuz!
1. Aybaşı zamanı cinsi əlaqə yə girmək olmaz. Aybaşı zamanı uşaqlıq boynunun xarici dəliyi açılmış olur. Bu zaman uşaqlıq boynu kanalında yerləşən və adi günlərdə cinsi yolları müxtəlif infeksiya və mikrobların daxil olmasından qorumuş olan selikli tıxac hissəvi və ya tam şəkildə olmaqla xaric olunur. Bunun nəticəsində infeksiyaların yuxarı cinsi orqanlara tərəf hərəkət etməsi üçün “çox yaxşı” bir şərait yaranmış olur.
2. Yumurta hüceyrəsi ovulyasiyadan sonra 12-24 saat ərzində mayalana bilər. Ovulyasiya isə menstrual dövrünün ortalarında baş verir ki, bu zaman sağlam qadında menstrual qanaxma qurtarır.
 
 
# aysel 2012-08-25 20:12
cox sevindim.men hele hekime getmemiwem,ona gore nece heftelikdi bilmirem.mene deye bilersiz nece heftelikdi?iyulun 19u menst.oldum 24u sonuncu gun oldu.25i uje temiz idim
 
 
# Administrator 2012-08-26 12:32
Hörmətli oxucumuz!
Mama-ginekoloqlar hamiləliyin müddətini axırıncı menstruasiyanın birinci günündən hesablayırlar. Bu hesablamaya uyğun olaraq hamiləliyinizin müddəti təxminən 5 həftədir.
 
 
# ELNARE 2012-08-26 18:30
SALAM HEKIM.NECESIZ?HEKIM SIZE 1 SUALIM VAR.MEN AYBASINI IYULUN 22 SI OLMUWAM.AVQUSTUNUN 25 DI OLMURAM.AMMA ARADA BIR MENDEN BOZ BULANIQ DAMCI WEKIULINDE HESE GELIR.DAYANIR.23 U SET ETDIM DUWMEDI.AMMA AYBASI KIMI HEWNE GELMIR.AYBASI VAXTINDA AYBASI SANCILARI KIMI OLURDU.ODA KECDI.18 I UZIDEN KECMIWDIM DEDI FALEKUL BOYUYUB QALA BILERSEN BU AY.MEN BILMEY ISDERDIM NE ILE ELAQEDARDI BU?
 
 
# Administrator 2012-08-27 16:09
Hörmətli oxucumuz!
Hamiləlik testi edin. Ola bilsin ki, Siz hamilə qalmısınız.
 
 
# nara 2012-08-26 21:31
salam hekim men iyunun 29 zu aybasi oldum iyulun 2 si qutardim yaxinigimda olub 9zu ve 13 cu bu ayin 18zi getdim uziye dedi hecne gormurem amma 5 heftelik normal hamilelikdir sizden cox xahis edirem meni hesablayib deyerdiniz 3 ay tamamim hansi ayin gunune dusur yeniki hansi ay 3 ayim tamam olacag cox xahis edirem cavabinizi gozleyecem birde hekim men rasiyanin baby centr sayitina reqistraciya olmusam ordan mene her hefte necenci heftemdi mesaj gelir ve orda indi hal hazirda hamileliyimin 8 ci hamileliyindeye m men hecne basa duse bilmirem bir basqa saytada qeydiyyat oldum ordada gosderdi 8 ci heftedeyem ama uzi mene 5 heftelikdi dedi sizden cox xahis edirem mene bir cavab yazin sagolun gozleyecem
 
 
# Administrator 2012-08-27 15:51
Hörmətli oxucumuz!
Mama-ginekoloqlar hamiləliyin müddətini axırıncı menstruasiyanın birinci günündən hasablayırlar. Bu hesablamaya uyğun olaraq, hal hazırda Sizin hamiləliyiniz 8 həftə təşkil edir.
3 həftə bundan əvvəl USM-dən keçdiyi zaman hamiləlik 5 həftə təşkil edirdi.
Nəzərinizə çatdıraq ki, hamiləliyin gedişatına təcrübəli ginekoloq nəzarət etməlidir ki, qadında narahatçılıq və şübhə üçün səbəb olmasın. Təcrübəli ginekoloqa müraciət edin.
 
 
# aygün 2012-08-27 14:37
salam hekim.menim axirinci aybaşim iyulun 22 de olub.bu ay heleki aybaşi olmamişam.Bazal tempraturum 36 -8 36-9 herden 37 olur. testle yoxlayiram 2 xet gelir.Az vaxt keçdiyine göre hekime getmemişem.Sizce hamileyem? xahiş edirem sualimi cavablandirardi z.
 
 
# Administrator 2012-08-27 22:21
Hörmətli oxucumuz!
Hamiləlik testində 2 xətt olduqda, bu o deməkdir ki, hamiləlik var. Bir neçə gündən sonra testi təkrar edin, avqustun axırı-sentyabrın əvvəli isə USM-dən keçin.
Allah köməyiniz olsun!
 
 
# nermij 2012-08-29 20:45
hekim salam.menim matkamda eyriliy teyin olunub.bu o demekdirki men hamile qala bilmerem?
 
 
# Administrator 2012-08-31 17:24
Hörmətli oxucumuz!
Uşaqlığın əyri olması adətən hamiləlik üçün heç bir problem yaratmır.
 
 
# ahishika 2012-08-30 05:01
Salam hekim. Necesiz? Hekim iyunun 17si oldum sora temizlendim iyulun 25 i oldum. Bu ayin25 i olmaliydim olmadim test eledim 2 xett gosterdi. Hekim indi men nece heftelik sayiliram? Zehmet olmasa cvb yazardizda
 
 
# Administrator 2012-08-31 20:34
Hörmətli oxucumuz!
Mama-ginekoloqlar hamiləliyin müddətini sonuncu menstruasiyanın birinci günündən hesablayırlar (Sizdə 25 iyul). Beləliklə, Sizdə təxminən 5 aylıq hamiləlikdir. Hamiləliyin 5-ci-6-cı həftəliyində ilk dəfə USM-dən keçməlisiniz.Bu çox vacibdir.
Allah köməyiniz olsun!
 
 
# aynur 87 2012-08-30 16:27
salam hekim. size sualim var ama cox xaiw edirem cavablayasiz zehmet olmasa. men avqustun 14 xestelendim 19 qutardim, bu sualida size avqust ayinin 30 verirem, yani 10 gundu qutarmisam ama ele bele test etdim, testde 1 xett tund cixdi 2 ci xett acix reng anlamadim bu ne demekdi, hamile qalma anlama gelir bu? twkkur
 
 
# Administrator 2012-08-31 20:40
Hörmətli oxucumuz!
Menstruasiya 3 gün və daha çox gecikərsə, test edə bilərsiniz. 2 eyni rəngdə zolaq hamiləliyi təsdiq edir.
 
 
# aygün 2012-08-30 20:06
Salam hekim, üzür isteyirem yene sizi narahat etdiyim üçün.Menim ay başindan 9 gün kekib.hamilelik testi eledim 2 xett geldi.Hele USM den keçmemişm hekim deyirki hele tezdi 15- 20 gün keçmese döl görsenmez.mennen karişni kehrayi leke gelir.Qarnimin altinda arada bir aybaşi ağrisi olur.Bu ne ile bağli ola biler?döl inkişafdan qalib düşme tehlükesi var? Çox narahatam heyecan keçirirem.Xahiş edirem gavab yazin sebirsizlikle gözleyirem.Çox sagolun.
 
 
# Administrator 2012-08-31 17:22
Hörmətli oxucumuz!
Tez bir zamanda ginekoloq həkiminə müraciət edin.
 
 
# Aynisan 2012-09-02 22:33
Salam.menim 7iyul axirinci aybasim olub.30gunluk tsiklle mende ovulyasiya nevaxt olub?birde bu duzdur ki,ovulyasiya gunu olan mayalanmadan oglan usagi dunyaya gelir?coxsagolun
 
 
# Administrator 2012-09-03 16:26
Hörmətli oxucumuz!
Ovulyasiya menstrual dövrünün təxminən ortalarında baş verir. Deməli, Sizdə ovulyasiya menstrual dövrünün təxminən 15-ci-16-cı gününə düşə bilər. Daha dəqiq məlumat almaq üçün USM-dən keçmək lazımdır.
Bəli, həkimlərinin müşahidələrinə görə məhz ovulyasiya günü cinsi əlaqədə olan qadınlar daha tez-tez hallarda oğlan uşaqlarını dünyaya gətirirlər. Ovulyasiyadan əvvəl təxminən 1 həftə ərzində cinsi əlaqədən çəkinmək lazımdır.
Nəzərinizə çatdıraq ki, bu üsul 100% hallarda lazım olan nəticə vermir.
 
 
# Aynisan 2012-09-02 23:13
Hekim,cinsi bilmek ucun testi hardan ala bilerem?qiymetini deye bilersizmi?sidikle olan test.coxsagolun
 
 
# Administrator 2012-09-03 16:14
Hörmətli oxucumuz!
Bəli, belə testlər mövcuddur. Lakin onu da bilməlisiniz ki, bu testlər 100% hallarda düzgün nəticə vermir.
Testləri apteklərdə axtara bilərsiniz.
 
 
# aysel 2012-09-03 16:43
salam hekim,men 6 heftelik hamileyem,ama menim dowlerimin agrisi getmir ve wiwib. 1 aya yaxindi.bu ne ile elaqedardi?
 
 
# Administrator 2012-09-03 22:32
Hörmətli oxucumuz!
Hamiləlik zamanı süd vəzilərində müəyyən ağrı, şişkinlik, həssaslığın artması və s. normal haldır.
Əgər ağrılar çox güclü olarsa, mammoloq həkiminə müraciət edin ki, hamiləliklə bağlı olmayan pozulmalar istisna olunsun.
 
 
# aysel 2012-09-04 18:35
agrimaq deyendeki el vuranda incidir.onda nece?
 
 
# Administrator 2012-09-04 22:08
Hörmətli oxucumuz!
Güclü ağrılar yoxdursa, narahat olmaq üçün səbəb yoxdur. Süd vəziləri hamiləlik zamanı laktasiyaya hazırlaşırlar və bu səbəbdən onlarda müxtəlif dəyişikliklər baş verir - həcmi artır, gərginlik hiss olunur və s.
 
 
# aysel 2012-09-06 12:24
cox sagolun hekim
 
 
# Gozel 2012-09-06 09:14
Salam hekim necesiniz?sizi suallarimla narahat edirem bagislayin.men 4aydi aile heyati qurmusam.aybasim normal oz vaxtinda oluram 30gunden bir oluram.ayin 4du hekime getdim ultrases muayinden kecdim mende usaqligimim 2baslli oldugunun dedi hekim.uzunlugu 36.3ve 37.9m qalinligi 2.4 ve 2.5 di.Endometrinin qalinligi 6di.sag yumurtaligim 22x20m sol yumurtaligim 24x20di.usaqligimin 2basli olmasi usaga qalmagima problem yaratmaz?cox narahatm qorxuram ki birden usaga qala bilmerm hekim sizden cox xahis edirem mene etrafli ve tez cavab veresiniz narahat etdiyime gore uzr istiyirem
 
 
# Administrator 2012-09-07 11:24
Hörmətli oxucumuz!
Çox güman ki, söhbət ikibuynuzlu uşaqlıqdan gedir. Bəli, bu patologiya zamanı qadında sonsuzluq inkişaf edə bilər. Lakin daha tez-tez hallarda isə hamiləlik baş tutsa da müxtəlif problemlərlə keçir (uşaqsalma, doğuş zamanı problemlər və s.). Bu səbəbdən ikibuynuzlu uşaqlığı olan qadın bütün hamiləlik zamanı ginekoloqun ciddi nəzarəti altında olmalıdır.
Əgər təyin olunub ki, qadında sonsuzluğun səbəbi məhz bu patologiyadırsa , bu zaman uşaqlığın boşluğunu "düzəltmək" üçün cərrahi üsullarından istifadə olunur.
Allah köməyiniz olsun!
 
 
# nara 2012-09-14 18:58
salam hekim men ayin 11 ri getdim uziye dedi usaglar inkisafdan qalib ekiz idiler sizden bele bir soz sorusmaq isdeyirem men eyer tezeden hamile qalsam qan analizi verib eger qanimda birsey cixsa usagla beraber mualice ala bilerem usaga ziyan etmez yoxsa qnimi verib mualiceni bitirennen sonra usaga qalim sizden cox xahis edirem sualimi cavablandirasin iz dunen meni narkozla abort etdiler cox pis olmusam helede ozume gele bilmirem hekim cavabinizi gozleyecem
 
 
# Administrator 2012-09-15 19:36
Hörmətli oxucumuz!
Həkimlər inkişafdan qalmış hamiləlikdən 6 ay keçdikdən sonra hamiləliyi planlaşdırmağı tövsiyə edirlər. Bu müddət ərzində qadın müayinələrdən keçməli və lazım olduqda müalicə almalıdır.
Allah köməyiniz olsun!
 
 
# vətəndaş 2012-09-15 13:35
Salam həkim qadın hüceyrəsinin yaşama müddəti 12-24 saatdir ,eyni zamanda deyirlər ki,kişi spermasının ki, 5 gündür .Onda belə alınır ki ovulyasiyaya 5 gün qalmış olsada cinsi əlaqəyə girsək yoldaşım hamılə qala bilər, Bir sualım da var cinsi əlaqədən sonra vlaqalişadan spermanın geri axması normaldı yoxsa yox.Əgər normal deyilsə bunun qarşısını necə almaq olar
 
 
# Administrator 2012-09-15 19:56
Hörmətli oxucumuz!
1. Bəli, ovulyasiyadan 3 (hətta 5) gün əvvəl cinsi əlaqədə olan qadının hamilə qalmaq ehtimalı yüksəkdir.
2. Qadının uşaqlıq yolundan təxminən 5 ml sperma yerləşir. Qalan sperma uşaqlıq yolundan axıb xaric olunur və mayalanmada iştirak etmir.
 
 
# nara 2012-09-21 13:41
hekim birde ovuliyasiya testin hardan elde ede bilerem ve ay basinin necenci gununen sonra test etmey lezimdir cox xahis edirem cavablandirasin iz evvelceden tesekkurumu bildirirem sagolun
 
 
# Administrator 2012-09-21 16:00
Hörmətli oxucumuz!
Ovulyasiya testləri apteklərdə satılır.
Ovulyasiya testləri güman edilən ovulyasiyadan 5-6 gün əvvəl istifadə etməyə başlamaq lazımdır.
 
 
# ahishka 2012-10-09 11:55
Salam hekim. Xahish edirem sualimi tez bir zamanda cvblandirasiz. Bu chox vacibdir. Menim sonuncu aybashim iyulun 25 i olub. Indi men hesabnan neche heftelik hamile sayiliram?
 
 
# Administrator 2012-10-09 18:00
Hörmətli oxucumuz!
Hamiləliyinizin müddəti təxminən 10 həftə təşkil edir.
 
 
# adena 2012-10-10 16:02
hekim salam.ovulasiya vaxtinda hansisa bir agri ve ya deyisiklikler hiss olurmu insanda?
 
 
# Administrator 2012-10-10 17:35
Hörmətli oxucumuz!
Əksər qadınlar öz subyektiv hissiyyatları ilə ovulyasiyanın baş verməsi anını müəyyən edə bilirlər. Belə ki, ovulyasiya anında qarının aşağı hissəsində və ya beldə ağrı ola bilər, qadının halı yaxşılaşır və onda kəskin seksual tələbat yaranır. Ovulyasiya zamanı qadın cinsiyyət üzvlərindən (uşaqlıq yolundan) selik ifazatın artması da qeyd edilir (bu selik çiy halda olan yumurta zülalına bənzəyir).
 
 
# gunel_abdullayeva@nbox.ru 2012-10-22 20:06
salam hekim,menim aybawi vaxtimdan 3gun kecib,elede guclu yox,ama herden,coz vaxtda axwama dogru herdenbir qarnimda zeyif agrilar olur,ama belimde,sinemde agrilar var,ovulyasiya vaxti cinsi elaqede olmuwam,qarnimd a olan agrilar normaldimi?
 
 
# Administrator 2012-10-23 19:43
Hörmətli Günel xanım!
Hamiləlik testi edin. Ola bilsin ki, Siz hamiləsiniz.Belə güclü olmayan ağrılar hamiləliyin əvvəlində mümkündür.
 
 
# Vuska 2012-10-31 13:34
2 ildi ailəliyəm hec vaxt falekulum partlamayıb., iynədə vursam partlamayıb.. dünən uziyə getdim 14 cü günü idi, yumurtalığın 1i-21, 1i-20 idi, iynə vurdum, ova testini elədim dünəndə 2 xətt çıxdı, bu gündə, o deməkdir ki partlayıb falekul???
 
 
# Administrator 2012-10-31 22:51
Hörmətli Vüsalə xanım!
Ovulyasiya testində 2 xətt çıxdıqda, bu o deməkdir ki, ovulyasiya mümkündür və ovulyasiyanın anı yaxınlaşır. Lakin bu heç də o demək deyil ki, ovulyasiya mütləq (100% hallarda) baş verəcək.
Ovulyasiyanın baş verib-verməməsi haqqında məlumatı USM zamanı almaq mümkündür. Ovulyasiya baş veribsə, USM-də dominant follikul itir və onun yerində sarı cism əmələ gəlir.
 
 
# gunel kamranli 2012-11-24 12:27
salam menim 19 yasim var men vaxtinda aybaşı olmuram bezen ele olur 1-2 ay olmuram.bu meni narahat edir hekime getdim dedi kissam yoxdu matkamin ölçusu kicikdir.mene malice yazdi etdirdim hemin ay oldum ama indi yene vaxtimdan kecir....xais edirem cavab yazardiniz
 
 
# Administrator 2012-11-24 18:01
Hörmətli Günel xanım!
Menstrual dövrünün pozulmalarının səbəbləri müxtəlif ola bilər - hormonal pozulmalar, qadın cinsiyyət sisteminin patologiyaları və s. Dəqiq səbəb araşdırdıqdan sonra təsirli müalicə təyin olunacaq.
 
 
# gunel kamranli 2012-11-25 09:32
tesekkur edirem cavbaladiginiz ucun
 
 
# ahishka 2012-12-01 21:03
Salam hekim men sual bolmesine sual vere bilmedim bura yazdim..hekim4 aylig hamileyem Artik 5 kecirem 2 hefteden sora 5olacag inshAllah. Hekim dunenlerde agir birshe galdirdim. Gobek ashagi bashladi agrilar az az sanki ashagidan nese sallanir. Tehlukeli deyilki cox narahatam:( hekim xahish edirem mene tez cvb verin. Allah rzasi icin.
 
 
# Administrator 2012-12-02 15:07
Hörmətli oxucumuz!
Cüzi da olsa ağrılar varsa, hər ehtimala qarşı Sizə nəzarət edən həkimə müraciət edin.
İnşaAllah, hər şey yaxşı olacaq.
 
 
# Ayan 2012-12-07 16:28
salam.menim vaxtimdan 3gun kecmisdi,test eledim gostermedi.sonra qan analizi verdim hekim dedi 2heftelik hamilesen.ama bu gun xestelenmisem.neden ola biler?zehmet olama melumat vererdiz
 
 
# Administrator 2012-12-07 18:33
Hörmətli Ayan xanım!
Bunun səbəbləri müxtəlifdir. Həkimlərin fikirinə görə, erkən dölsalmaların səbəblərindən ən əsası - döldə olan hər hansı genetik patologiyalardı r.
Digər səbəblərdən - hormonal pozulmalar, güclü stres, infeksion və virus xəstəlikləri və s.
 
 
# Gunel 2012-12-12 13:49
Salam hekim size bir sualim var men son defe aybasi iyulun 22 olmusan Men onda nece ayliq hamileyem/cavab gozleyirm
 
 
# Administrator 2012-12-12 21:09
Hörmətli Günel xanım!
Təxminən 20-21 həftəlik hamiləlikdir (son menstruasiyanın birinci günündən sayılır).
 
 
# nuray 2012-12-12 21:55
salam her vaxtiniz xeyir.hamile olmaqi test vasitesile en azi ne vaxt yoxlamaq olar.mende gecikme var belimde agri var qarnimda arabir agri olur urek bulantim var. Test etdim hec ne gostermedi.bunun sebebi ne ola biler? Evvelceden twk. Edirem
 
 
# Administrator 2012-12-13 12:11
Hörmətli Nuray xanım!
Müasir hamiləlik testləri hamiləliyi menstruasiya 1 gün gecikdikdə təyin etməyə imkan verir.
Testi təkrar edin.
 
 
# Vefa 2012-12-15 02:28
Salam hekim.men axirinci aybasim oktyabrin 7isi olub.toyum da oktyabrin 16si oldu.indi hamileyem.o gunnen aybasi olmamisam.bilmey isterdim. Nece heftelik hamileyem?
 
 
# Administrator 2012-12-16 17:59
Hörmətli Vəfa xanım!
Hamiləliyin müddəti təxminən 10 həftədir (mama-ginekoloqlar bu müddəti axırıncı menstruasiyanın ilk günündən başlayarq hesablayırlar).
 
 
# Rufa 2012-12-15 22:20
Salam hekim! Men hamilelik testi elemiwem 2 xett cixir. ancaq bir gun sonra aybawi oldum. Yenede test eledim 2 xett cixdi. Sonra hemin gun qan analizl verdim hamilelik (netice 1.98) yeni cixmadi. Testde yalniwliq ola biler?
 
 
# Administrator 2012-12-17 14:22
Hörmətli Rufa xanım!
Müasir hamiləlik testləri çox dəqiqdirlər. Lakin onları düzgün istifadə etmək lazımdır. Hamiləlik testlərinin istifadəsi haqqında saytımızda məlumat tapa bilərsiniz.
 
 
# nuray 2012-12-16 18:33
salam.folekulun partlamamasi ne ile elaqeder ola biler?onun dermanla mualice etmek olur? Birde sizden xahis edirem menim ovulyasiyam hansi tarixlere duseceyini deyerdiniz.menst olmusam oktyabrin 15 i noyabrin 11 i dekabrin 14 u.twk edirem.
 
 
# Administrator 2012-12-17 17:47
Hörmətli Nuray xanım!
Ovulyasiya haqqında (ovulyasiya nə deməkdir, necə və nə vaxt baş verir, baş verməməsinin səbəbləri və s.) saytımızda çoxlu məlumat var.
 
 
# Elfana 2012-12-17 17:12
Sizi Allah Tealanin salamı ilə salamlayıram. As salam aleykum. Mən sizin saytınızla yeni tanış oldum çox xoşuma gəldi. Sual cavab metodu ilə xəstələrlə belə maraqlandığınız a görə çox sağ olun. Allah Teala size sebir versin.
Hekim mənim bir çox suallarım var.Mən 1 ildir ki evliyəm. Hələki övladım yoxdu.Sizə USM müayinəsini yazıcam.Zəhmət olmasa sizdə baxardınız menim yumurtalığım follikulum necedi.
Mənim iyirmi doqquz yaşım var. Axırıncı mens. olub 03.12.2012. Tsiklin günü 25-26 gündən mens oluram.Mene öyrediblerki ne vaxt mens olursan bax o gündən sayırsan.Məndə sayıram (mes noyabrın 8-i olmuşdum mens. birde dekabrın 3-ü oldum.)Xahiş edirem mənə deye bilersiz 25-26 gündən mens oluram Bu normaldır?bu 1-ci sualım.Haqqınızı halal edin biraz ətraflı yazıcam.2-ci sualım.Men bu ilin iyun ayında USM-dən keçmişəm və sizə cavabları yazıram. Müayinə tarixi 23.06.12
Axırıncı mens. 15.06.12 Tsiklin 9-cu günü getmişəm follikulu izlətmişəm.
Uşaqlıq anteflexio vəziyyətdə, armudvari formada, ölçüləri 55.8 x 38.5 x 54.6 mm, miometrium exogenliyi orta.
Endrometrium qalınlığı 7 mm, proliferasiya fazasında, konturları hamardır, 3 qatlıdır.
Uşaqlıq boşluğu genişlənməyib, deformasiya olunmayıb.
Uşaqlıq boynu 34.5 x 23.6 ölçüdə, həmcins exostrukturalıd ır.
Sağ yumurtalıq:adi yerləşib, ölçüləri 33.4 x 18.1 x 23.6 mm. Konturları aydın, hamar, strukturasında antral follikullar aşkar edilir.

Sol yumurtalıq: adi yerləşib, ölçüləri 39.2 x 29.4 x 31.4 mm.Konturları aydın, hamar, strukturasında dominant follikul aşkar edilir. Hekim dominant nedir antral nedirş zehmet olmasa yaza bilərdiniz.
Kiçik çanaq boşliğunda sərbəst maye yoxdur.
Kiçik çanaq venaları genişlənməyib.
Nəticə orqanik patologiya aşkar edilməyib.

Tsiklin 11 günü.
Endometrium qalınlığı 9.1 mm 3 qatlıdır.
Sol yumurtanın tərkibində 2 dominant follikul varş (D: 25,19.1)

Tsklin 14-cü günü
Endrometrium qalınlığı 9.2 mm. Erken sekresiya fazasında.
sol yumurtanın tərkibində diametri 14 mm olan sarı cism və 1 dominant follikul (D: 21mm) izlənir.
İndi mənə başa sala bilərsiz zəhmət olmasa ovulyasiya ne vaxt baş verib tsiklin neçengi günündə. yumurtalıqlarım ın fəaliyyəti necedir 2-nində. Əgər sol yumurtalığımda dominant follikul varsa bes sağ yumurtalığda niyə yoxdur. bəlkədə olmamalıdır. yoxsa hər ay birində ovulyasiya olur. baxın bunları bilmək istərdim. Mən də tsiklimin 15-ci günü termometrlə ölçürəm 36.8 olur. və sonra qalxır 37.2 ye kimi mens vaxtım çatamda xəstələnirəm. Bəs mən mens neçengi günündə yaxınlıq etməliyəm?
3-cü sualimda budur. Mən borularımı ne vaxt yoxlamalıyam. eger uşağım neçe ildən olmursa?
Diqqətinizə görə sag olun. Haqqınızı halal edin. Haqqınızda xeyirlisi olsun. Allah Təala balanızı qorusun. Üzr istəyirəm sizdən. As salam aleykum
 
 
# Administrator 2012-12-17 20:20
Vaaleykuma as salam!
1. Bu normal menstrual dövrdür.
2. Ovulyasiya menstrual dövrünün 11-ci-14-cü günlər arası baş verib. Lakin bu o demək deyil ki, növbəti dövrdə də ovulyasiya məhz bu günlərdə baş verəcək. Ovulyasiya gününü dəqiq təyin etmək üçün ovulyasiya testindən istifadə edin və (və ya) USM-dən keçin.
Fikiriniz düzdür. Müxtəlif menstrual dövrlərdə dominant follikul müxtəlif yumurtalıqlarda inkişaf edə bilər. Bu normaldır.
Ovulyasiyadan 1-3 gün əvvəl və ovulyasiya günü cinsi əlaqə olan qadının hamilə qalmaq ehtimalı yüksək olur.
3. Boruların keçiriciliyi həkimin təyini ilə yoxlanılır (buna ehtiyac yarandıqda!).
Allah köməyiniz olsun!
 
 
# Nergiz 2012-12-19 14:05
Salam aleykum doktor !
Men dekabrin 13-u aybawi oldum. 28 gunden bir demek olar ki aybawi oluram. Cox xahiw edirem mene yazardiz menim ovulyasiya gunum hansi tarixe duwur ?
 
 
# Administrator 2012-12-19 17:11
Hörmətli Nərgiz xanım!
Ovulyasiya menstrual dövrünün təxminən ortalarında baş verir. Lakin bunu dəqiq bilmək üçün ovulyasiya testindən istifadə etmək və ya USM-dən keçmək lazımdır.
 
 
# Nergiz 2012-12-21 12:01
Salam doktor, zehmet olmasa yazardiz menim bu gun 9-cu tsikl gunumdur. Ama artiq sag yumurtaliqimda 17.2 olcude follikul boyuyub. Yani vaxtdan tez boyuyub, bu problemdir ? Ve hansi gunumde partlaya biler ? Gununu tutum ona gore.
 
 
# Administrator 2012-12-21 14:42
Hörmətli Nərgiz xanım!
1. Bu problem deyil.
2. Əgər Sizin üçün ovulyasiya gününün dəqiq təyin edilməsi çox vacibdirsə, ən yaxşı üsul - USM (follikulometri ya). Ovulyasiya gününə qədər Siz hər gün USM-dən keçməlisiniz.
 
 
# Reyhan 2012-12-22 19:31
Salam doktor, men 9 dekabrda aybasi oldum hekim mene 14 cu gun gelmeyi dedi. Men 22 dekabr yani bu gun yanina getdim. usm etdiler mene falekulun tam normada oldugunu analizin neticelerine gore hec bir problemin olmadigini dediler, mene 2 gun dalbadal yasamagi tovsiye etdi. Indi men nece bilecem falekul partladi ya yox? v
 
 
# Administrator 2012-12-22 20:59
Hörmətli Reyhan xanım!
Bunu yalnız USM zamanı dəqiq təyin etmək mümkündür.
 
 
# Aynur 2012-12-23 17:33
Salam hekim.
Hekim, men dekabrin 11de aybasi olmusam. 22 dekabrda unsiyyetde oldum. Men hamile olub-olmamagimi indi yoxluya bileremmi test vasitesile. Yoxsa mutleq aybasi vaxtimdan kecmelidir sonra.
Evvelceden tesekkurler
 
 
# Administrator 2012-12-24 19:01
Hörmətli Aynur xanım!
Belə testlər menstruasiya 1 və daha çox gün gecikdikdə istifadə olunur.
Hamiləliyi təyin etmək üçün qan analizi də istifadə olunur. Bu analiz hamiləliyi daha erkən müddətdə təyin etməyə imkan verir. Bu analizi mayalanmadan 10 gün sonra etmək olar.
 
 
# Gunel_V 2012-12-25 14:33
Salam hekim sualımı cavablandırdığı nız üçün cox sağ olun.Bir sualim da var size Mende hamilelikle elaqedar göyəltilər hele de getmir.Mene kömek edin 5 aylıq hamileyem sağ olun cavab gözləyirəm.
 
 
# Administrator 2012-12-27 10:35
Hörmətli Günel xanım!
Əgər söhbət qaşınmadan gedirsə, bu hər hansı infeksiiyanın əlaməti ola bilər. Ginekoloqa müraciət edib lazım olan müayinədən keçin.
 
 
# aydan eliyeva 2012-12-25 20:51
salam hekim size sualim var.men 3 ildi aile qurmuwam hele hamile qalmamiwam.indi mualice aliram hekim palikistoz diaqnozu qoyub.deyir yumurtaligin qabigi soyulmalidi.agrili prosesdimi tsiklin necenci gununde edirler.derman atmasam falikul yetiwmir.yeni indi ovulyasiya vaxtidi men bu ay hamile qala bilerem.ultrajston wami ne ucundu.evvelceden tewekkurler cavablandirsaz sevinerem
 
 
# Administrator 2012-12-27 10:52
Hörmətli Aydan xanım!
1. Əgər dərmanların köməyilə ovulyasiya baş vermirsə, bu zaman cərrahi üsullar istifadə oluna bilər. Daha ətraflı məlumat
saytımızın "Sonsuzluq və onun müalicəsi" bölməsində olan "Polikistiz yumurtalıqlar sindromu və hamiləlik" məqaləsində tapa bilərsiniz.
2. Əgər ovulyasiya baş verərsə, Siz hamilə qala bilərsiniz. Ovulyasiyanın baş verib- verməməsini USM zamanı təyin etmək mümkündür.
3. Utrojestan qadında proqesteron hormonu çatışmadığı halda təyin onur.
 
 
# gulya 2012-12-26 10:36
salam hekim men dekabr ayinin 14 du xestelenmiwem.her 30 gunden bir aybawi oluram.3 ildi aileliyem hec hamile qalmamiwam.indi menim ovulyasiya ayin necesine duwur
 
 
# Administrator 2012-12-27 16:58
Hörmətli Gülya xanım!
İlk növbədə ginekoloqa müraciət edin ki, sonsuzluğun səbəbi (və ya səbəbləri) araşdırılsın. Ola bilsin, Sizdə müəyyən səbəblərə görə ovulyasiya baş vermir. Bunu dəqiqləşdirmək lazımdır.
 
 
# nuray 2012-12-28 01:16
salam. doktor. men her ay vaxti vaxtinda aybashi oluram. amma noyabr 12 si olmadim. testle yoxladim 2 xett oldu. amma gelen ayi yene aybashi oldum. test yeniden iki xett gosterdi. qarnimda shishme bash verir. urey bulanti seherler. bel agrisi bash agrisi. birde kokelme sizce bu hamilelikde her hansi problem var. onceden teshekkur edirem. zehmet olmazsa cavblandrasiniz
 
 
# Administrator 2012-12-28 19:52
Hörmətli Nuray xanım!
Hamiləliyi təsdiq etmək üçün USM-dən keçin.
Hamiləlik zamanı aybaşı mümkün deyil. Bu qanaxmadır. Belə qanaxmalar hər hansı pozulmadan xəbər verə bilər. Bu səbəbdən hamiləlik təsdiq olunduqda mütləq ginekoloqa müraciət edin.
 
 
# Gunay 2012-12-30 20:47
Salam men bu ovulyasiya tesdini nece tapa bilerem mumkunse cvb yazin.
 
 
# Gunay 2012-12-30 20:49
birde men oglan uwagi isdeyirem duzdu Allahin verdiyi paydi ne olsa da qalacaq amma bu ovulasiya tesdi nese maraqli geldi evvelceden tessekurler.
 
 
# Administrator 2013-01-01 22:38
Hörmətli Günay xanım!
Bu testlər apteklərdə satılır.
 
 
# GUlya 2013-01-09 10:44
Salam hekim. Men 3 aydir aile heyati qurmusam. menim 30 aysim var.Ay basida bu yasima kimi hec bir problem olmayib.Hemise 1 gun veyaxu 2 gun dala atib.Amma hamile qalmiram.Buna sebeb ne ola biler? 2ci sualimda odurki deyilene gore folekul partlayanda onun 2 gun muddeti var, hemin 2 gun erzinde cinsi elaqede olmasam usaga qala bilmerem. Bu duzdur? Birde falekul partlayanda qadin hansisa hisslerden bile bilerki partlayib?
 
 
# Administrator 2013-01-09 20:27
Hörmətli Gülya xanım!
1. "Sonsuzluq" diaqnozun qoyulması üçün bu çox az müddətdir. Bir qədər gözləyin.
2. Bəli, ovulyasiyadan (follikulun yumurtalıqdan çıxması anı) sonra yumurta hüceyrəsi təxminən 24 saat ərzində mayalana bilər və nəticədə qadın hamilə qala bilər. Ovulyasiyadan 1-3 gün əvvəl (spermatozoidlə r qadın cinsi yollarında 3 günə qədər yaşaya bilər) və ovulyasiya günü cinsi əlaqədə olan qadının hamilə qalmaq ehtimalı daha yüksək olur.
3. Ovulyasiya haqqında saytımızda çoxlu məlumat tapa bilərsiniz.
 
 
# Feride 2013-01-09 21:52
salam men hamileyem 4 heftelik ama dusmesi ucun derman atmiwam dunen 2 defe qan geldi laxta ve das kimi ag nese ama aqrilarim yene coxdu indi uwaq dusub ya yox?
 
 
# Administrator 2013-01-10 18:31
Ginekoloqa müraciət edin və USM-dən keçin.
 
 
# eda 2013-01-10 12:05
salam ovulasiya testi hamileliyi gorsadirmi,men yoxladim 2 xett cixdi,bilmirem ovulasiyadi yoxsa hamilelik xais edirem cavab yazin
 
 
# Administrator 2013-01-10 18:38
Hörmətli oxucumuz!
Ovulyasiya testi hamiləliyi göstərmir. Əgər Sizdə 2 xətt çıxıbsa, bu o deməkdir ki, təxminən 1,5-2 gündən sonra ovulyasiya baş verə bilər. Bu günlər ərzində və ovulyasiya günü cinsi əlaqədə olsanız, hamilə qala bilərsiniz.
 
 
# eda 2013-01-11 13:13
salamlar xais edirem cavab yazin 26.12.2012 de mins olmusam hesablamisam 11.1.2013 de ovulasiya gunudu 2 gundu ovulasiya testi edirem 2 acix rozvi reng gelir bu ne demekdi.mence 2 xette qirmizi aydin olmali deyilmi xais edirem cavablandirin
 
 
# Administrator 2013-01-12 19:59
Hörmətli oxucumuz!
Kontrol xətt test xəttinin rəngində və ya ondan tünd olduqda, bu ovulyasiyanın yaxınlaşmasında n xəbər verir.
 
 
# arzu 2013-01-11 18:00
salam.hekim bilmek isderdim diana 35-i minsturasiyanin 4 gunu qebul etmek olar?yoxsa ki mutleq 1-ci gun qebul etmek lazimdi.
 
 
# Administrator 2013-01-12 19:01
Hörmətli Arzu xanım!
İlk dəfə bu preparatın qəbulu menstruasiyanın 1-ci günündən başlanmalıdır və 21 gün ərzində davam olunmalıdır. Daha sonra 7-günlük fasilə verilir və preparat yenidən 21 gün ərzində qəbul olunur və s. Həb hər gün eyni vaxt qəbul olunmalıdır. Preparatın qəbulu buraxılmamalıdı r.
 
 
# NATA 2013-01-11 23:33
salam.mende prolaktin yuksek olur.bunun hamile qala bilerem ?yoxsa mutleq mualice almaliyam?
 
 
# Administrator 2013-01-12 19:17
Hörmətli Nata xanım!
Prolaktin hormonun səviyyəsi normadan yüksək olduqda qadında follikulun yetişmir və ovulyasiya baş vermir. Bu isə sonsuzluğa səbəb olur.
Ginekoloqa müraciət edin ki, Sizə lazım olan müalicə təyin olunsun.
 
 
# melek 2013-01-14 18:11
salam hekim men 4 ildi aileliyem. 1ci il 3 ayliq salmisam,2ci il 10 ayliq gecikmis doqus telef oldu diaqnoz hidrosefaliya,3cu il 2 ayliq yene dusuk.iki buynuzlu usaqliqdi patologiyadi bilirem,afs sindromu xronikidi.tiflise gedirem 1 ildi hele hamile deyilem.yanvarin 2 mens oldum ovulyasi ne vaxta dusu?estradiol aybasin 9 gunu 18,43 cixdi,progester on 0,286 cixb.ozumde hekimem ne bilim yazdim siz ne meslehet verersiz
 
 
# Administrator 2013-01-15 11:21
Hörmətli Mələk xanım!
1. Ovulyasiyanın vaxtını dəqiq bilmək üçün USM-dən keçmək lazımdır (follikulometri ya). Bu ən yaxşı üsuldur.
2. İkibuynuzlu uşaqlıq uşaqsalmaların əsas səbəbi olduqda, uşaqlığın formasını "düzəldmək" üçün cərrahi üsullar istifadə olunur.
3. Antifosfolipid sindromu hamiləlik zamanı müalicə olunmalıdır ki, uşaqsalmaya səbəb olmasın. Belə müalicə üsulları mövcuddur.
Allah köməyiniz olsun!
 
 
# Suzi 2013-01-21 14:51
Salam hekim, zehmet olmasa bu sualimi cavablandirmagi nizi xahish edirem. Men 30 dekabr tarixinde menstruasiya oldum ve yanvarin 8 -de cinsi elaqeye girdim. Sizce hamile qalmaq shansi varmi? Evvelceden teshekkurler.
 
 
# Administrator 2013-01-22 16:57
Hörmətli oxucumuz!
Ehtimal çox azdır.
 
 
# `turkan 2013-01-30 13:37
salam men 10 aydi evliyem bir defe de olsun usaga qala bilmemisem yoldasimda sperma faiz 78dir bilmek isterdimki mende xirda polikistozlar vardi noyabr ayinda mualice aldim dediler eriyib gedib hamile qalmaq ucun gozlemeliyem yoxsa birsey elemeliyem xais edirem yazasiz nolaaaaaaaaaaaa aar etmediyim dua qalmayib umudum bir allahadir
 
 
# Administrator 2013-01-30 20:45
Hörmətli oxucumuz!
1. Spermoqrammanı uroloqa və ya androloqa göstərin.
2. Müalicədən sonra follikulun yetişib-yetişməməsini və ovulyasiyanın baş verib-verməməsini yoxlayın (həkimlə məsləhətləşdikd ən sonra USM-dən keçin). Əgər ovulyasiya baş verirsə və həyat yoldaşınızın spermoqramması müsbətdirsə, hamiləlik mümkündür. Lakin hamiləlik baş vermədikdə sonsuzluğun digər səbəblərini axtarmaq lazımdır - infeksiyalar, uşaqlıq borularının keçiriciliyinin pozulması və s.
Sonsuzluğun müalicəsi ilə məşğul olan təcrübəli ginekoloqa müraciət edin.
Allah köməyiniz olsun!
 
 
# Naile 2013-02-01 00:09
Salam,mən aybaşının 12-ci günü uziyə getmişdim,folek ulum 23mm idi,15-ci gün getdim partlamışdı sarı cisim maye var idi,həkim dedi dünən partlayıb evdə ovulyasiya testi etdim,biri solğun çıxdı,bu nə deməkdir?Təşəkkür edirəm.
 
 
# Administrator 2013-02-01 17:10
Hörmətli Nailə xanım!
Ovulyasiya testi ovulyasiyadan sonra deyil, ovulyasiyadan əvvəl istifadə olunur.
 
 
# ALIYEVA FERQANE 2013-02-04 13:18
hekim men test yoxladim ikinci xett cixdi solgundu indi men hamileyem?
 
 
# Administrator 2013-02-05 15:39
Hörmətli Fərqanə xanım!
Çox güman ki, söhbət hamiləlik testindən gedir. Bu testi menstruasiya 1 gün (və ya daha artıq) gecikdikdə istifadə edirlər.
Bir neçə gündən sonra testi təkrar edin. 2-ci (kontrol) xətt tündləşməlidir.
 
 
# Leman 2013-02-05 12:41
salam.men yanvarin 27 aybawi olmaleydim artiq 2 hefdedi olmuram.2 defe test eledim menfi cixdi.temperatur 37c.di.zehmet olmasa cvb yazardiz.minetdaram
 
 
# Administrator 2013-02-05 20:10
Hörmətli Ləman xanım!
Əgər menstruasiya gecikdiyi halda hamiləlik testi mənfi nəticə göstərirsə, ginekoloqa müraciət etmək lazımdır. Menstruasiyanın gecikməsinin səbəbi tək hamiləlik deyil, müxtəlif xəstəlik və pozulmalar ola bilər.
 
 
# Leman 2013-02-06 12:58
cvb verdiynize gore cox saq olun.bes ola biler ki test yalniw gosdersin?
 
 
# Administrator 2013-02-06 16:32
Hörmətli Ləman xanım!
Düzgün istifadə edilmədikdə test yalnış nəticə verə bilər.
Hamiliyi təyin edən xüsusi qan analizi daha dəqiqdir. Bu analizi istənilən klinikada verə bilərsiniz.
 
 
# Leman 2013-02-06 18:07
cox saq olun.cvblandirdiqniz a gore
 
 
# Asya 2013-02-27 10:38
Salam hekim. Ovulyasiya vaxtin basqa cur nece yoxlamaq olar?
Aile heyati qurmamisdan evvel sonsuz olub-olmadigini bilmek olar?
 
 
# Administrator 2013-02-27 14:49
Hörmətli Asya xanım!
Bu çox yaxşıdır ki, Siz ailə qurduqdan əvvəl özünüzə bu sual verirsiniz.
Ginekoloqa müraciət edin. Həkim Sizi müayinə edəcək və sonra USM müayinəsinə göndərəcək ki, Sizdə follikulların yetişib-yetişməməsi və ovulyasiyanın baş verib-verməməsi təyin olunsun. Əgər qadında follikullar yetişir və ovulyasiya baş verirsə, digər problemlər olmadığı halda (uşaqlıq boruların keçiriciliyi və s.) bu qadın hamilə qala bilər.
 
 
# sevinc 2013-03-12 15:51
Salam hekim.oxumusam ki ovulyasiya vaxti usaga qalanda usagin cinsiyeti oglan olur? Bu dogrudu?
 
 
# Administrator 2013-03-12 17:53
Hörmətli Sevinc xanım!
Bəzi tədqiqatçılar sübut edir ki, ovulyasiyaya qədərki 1 həftə ərzində cütlük cinsi əlaqədə olmayaraq yalnız ovulyasiya günü cinsi əlaqədə olarlarsa, bu zaman oğlan uşağının doğulacağı daha çox ehtimal oluna bilər.
Nəzərinizə çatdıraq ki, bu üsul 100 % hallarda arzu olunan nəticə vermir.
 
 
# oxucu 2013-03-27 19:58
Salam hekim. men 28-30 gunden bir aybasi oluram. axirinci defe martin 11-i aybasi olmusam. ovulasiya testini 6 gundur yoxlayiram. ayin 21-de yoxlayanda iki xett de tund cixmisdir. diger gunlerde ise biri tund biri solgun idi. menim ovulasiya gunum ne vaxt olub? birde hekim mene folrkullarin yetismeyi ucun parlodel tabletkasi yazmisdi her axsam onu atiram. sizce menim hamile qalmaq ehtimalim varmi? evvelceden tesekkur edirem.
 
 
# Administrator 2013-03-27 21:45
Hörmətli oxucumuz!
Ovulyasiya testində 2 xətt tünd olduqda, bu o deməkdir ki, ovulyasiya yaxın 36-48 saat ərzində baş verə bilər.
 
 
# Beyza Ferzullayeva 2013-03-29 17:41
salam.men ayin 27si folikumu yoxlatdim 19-17mm 29u yene getdim 32mm hele partlamamiwdi.sizce bu normaldi?
 
 
# Administrator 2013-03-29 20:53
Hörmətli oxucumuz!
Çox güman ki, follikul follikulyar kistaya çevrilir. Lakin martın 30-u da USM-dən keçməyinizi tövsiyə edirik.
 
 
# Beyza Ferzullayeva 2013-04-01 13:38
salam bu gun yene getdim usma.folikulum 36-31mm olub.mene dedilerki bu ay aybawi ol aybawinin 5ci gunu gel.mene ne meslehet goerdiz?
 
 
# Administrator 2013-04-01 16:30
Hörmətli oxucumuz!
Dediyimiz kimi, dominant follikul follikulyar kistaya çevrilir. Çox güman ki, bu menstrual dövründə Sizdə ovulyasiya baş verməyəcək. 1-2 menstrual dövrü ərzində ovulyasiyanın baş verib-verməməsinə nəzarət etmək lazımdır.
Ovulyasiya baş vermirsə, bunun səbəbini araşdırmaq lazımdır. Bunun üçün müayinə və analizlər təyin olunacaq. Ovulyasiyanın baş verməməsinin səbəbi təyin olunduqda, ginekoloq Sizə lazım olan müalicə təyin edəcək və ya gigər həkimlərin müayinələrinə göndərəcək (məsələn, bunun səbəbi qalxanvari vəzi xəstəliyi olduqda).
Allah köməyiniz olsun!
 
 
# ayka ayka 2013-04-13 22:15
salam hekim ovulyasiya testi neceyedi? birde verospiron dermani ne ucundu onu dufastonla birlikde atmaq olar?
 
 
# Administrator 2013-04-14 14:31
Hörmətli oxucumuz!
1. Apteklərdən soruşun.
2. Veroşpiron diuretikdir (sidik qovucu). Dərmanları yalnız həkim lazım olan müayinə və analizlərdən sonra təyin edə bilər.
 
 
# nurane 2013-04-15 01:25
salam doktor.menim aybasim ayin 3 olub men indi ovulyasiya teti etmek isteyirem eger iki xett eyni cixarsa ovulyasiya ne vaxti deyirsiz 36 48 saat da ovulyasiya olacaq bunu nece deqiq bilmek olarki bu gun ovulyasiyadi.birde xais edirem bu sualimada cavab veresiz testi edende sidik 4 saat evvel edilib saxlanilir yoxlanilir yoxsa test zamani yeni sidik ifrazi olunur onula yoxlanir.men saytda oxudum tam basa dusmadim xais edrirem basa salardiz
 
 
# Administrator 2013-04-15 16:50
Hörmətli Nuranə xanım!
1. Ovulyasiya gününü dəqiq bilmək üçün menstrual dövrünün təxminən 11-ci gündən başlayaraq (bunu həkim təyin edir) hər gün və ya bir gündən bir (bunu da həkim təyin edir) ovulyasiya gününə kimi USM-dən keçmək lazımdır. Buna follikulometriy a deyilir. Bu ən dəqiq üsuldur.
Ovulyasiya testləri təxmini nəticə göstərir. Lakin test müsbət nəticə göstərdikdən sonra cinsi əlaqədə olan qadının hamilə qalmaq ehtimalı çoxalır.
2. Ovulyasiya testini etdikdə təzə sidik istifadə olunur.
 
 
# nurane 2013-04-15 18:37
cox sagolun.birde mende ova-chek testi var bunu sidiye saliriq yoxsa damciyla yoxlanilir.birde menim yoldasimda soyuqlama var ona kalsikilkanat vurulur bu na qeder duzgundu.
 
 
# Administrator 2013-04-16 16:10
Hörmətli Nuranə xanım!
Belə testlər müxtəlif və çoxsaylıdır. Testin qutusunun üzərində olan təlimatı oxuyun.
 
 
# lala 2013-04-21 21:51
hekim men kecen ay normal ovulyasiya partdiyan gunu yoldawimla oldum...ama sora berk eseblewdim ola bilerki cox eseb kecirdiyime gore qalmayim hamile???birde agir divani qaldirib cekmiwdim qiraga bunnan ola bilerki qalmadim yoxsaki esebin agir wey qaldirmagin dexli yoxdu hamileliye??
 
 
# Administrator 2013-04-22 12:24
Hörmətli Lalə xanım!
Güclü stres hamiləliyin erkən pozulmasına səbəb ola bilər.
 
 
# aysel 2013-04-22 17:33
salam men xestelenmeyimin 16ci gunu ova test eledim bir xett ve bulaniq xett gorsetdi bu demek idi ki partlamayib hele. bilmek isterdimki 2ci xettin bulaniq olmasi partlaya bilermi iwaresidir??????
 
 
# Administrator 2013-04-22 21:12
Hörmətli Aysel xanım!
Ovulyasiya testlərini güman edilən ovulyasiyadan 5-6 gün əvvəl istifadə etməyə başlamaq lazımdır. Ola bilsin ki, Sizdə ovulyasiya artıq baş verib.
Növbəti menstrual dövrünün təxminən 10-11-12-ci günündən (bu menstrual dövründən asılıdır ) başlayaraq hər gün bu testi edin. Xəttlərin rəngləri eyni olduqda, bu o deməkdir ki, ovulyasiya yaxın 36-48 saat ərzində baş verə bilər.
 
 
# Nermin 2013-04-26 19:23
Salam hekim.men 9aydi evliyem amma usagim yoxdu hekime. Getdim asagidan yoxlandim hec ne cixmadi hekim dedi. Her sey normaldi. Bes usaq niye olmur? Son menusdurasyam aprelin 21olub 26i qurtarib ondan evvelki ay martin 22 olub oyrene bilerem ovulyasiya gunum ne vaxtdi?cooooooox xahis edirem cavab yazin cox sevinerem.Nermin
 
 
# Administrator 2013-04-27 17:24
Hörmətli Nərmin xanım!
Sonsuzluğun səbəbini təyin etmək üçün ilk növbədə follikulların yetişib-yetişməməsini və ovulyasiyanın baş verib-verməməsini araşdırmaq lazımdır.
Bunun üçün menstrual dövrünün təxminən 11-ci günündən başlayaraq (ginekoloq təyin edir) ovulyasiya gününə kimi hər gün və ya bir gündən bir (həkim təyin etməlidir) USM-dən keçmək lazımdır. Daha sonra lazım olduqda həkim əlavə müayinələr (hormonal analizlər, infeksiyalar və s.) təyin edəcək.
Eyni zamanda həyat yoldaşınız spermoqramma verməlidir. Bu çox vacibdir.
 
 
# sayka 2013-04-27 17:53
salam hekim cox xaiw edirem sualimi cavablandirasiz menim axirinci menstruasiyam aprelin 10 olub bundan evvelki ay da 10 u olmuwdu men bu ayin 20, 21 ,22,23 elaqede oldum ovulyasiya vaxtina dusubmu?? 2 gundurku sinem sisib mede bagirsagim pozulub bazal temperaturayla olcdum qizdirmam seher 6 da 36.8 indi ise 37.2 dir hamile ola bileremmi? birde ki hamilelikde yalniz seher 6 da qizdirma olculur yoxsa gunun istenilen vaxtinda mumkundur??
 
 
# Administrator 2013-04-27 18:30
Hörmətli oxucumuz!
1. Ovulyasiya menstrual dövrünün təxminən ortalarında baş verir. Ovulyasiyadan 1-3 gün əvvəl və ovulyasiya günü cinsi əlaqədə olan qadının hamilə qalmaq ehtimalı yüksək olur. Beləliklə, Sizdə də bu ehtimal yüksəkdir.
2. Bazal hərarət yalnı səhər oyandıqda (yataqdan durmamaq şərti ilə) ölçülür. Həratət daim 37 C və daha artıq olduqda bu hamiləliyin əlaməti sayılır.
 
 
# nermin qurbanova 2013-04-28 13:27
salam xanim menim size sualim var xais edirem cavablandirasiz men 4 ildir ki evliyem ovladimiz yoxdu butun muayinelerden kecmisem borularimi da yoxlatmisam deyirler problem yoxdu yoldasimda faiz 25 dir eslinde faiz ne qeder olmalidir qeyd edim ki hekim demisdi falikul yetismir ondan ola biler bu 4 ilde hec ne mualice almamisam
 
 
# Sayak 2013-04-28 16:42
Salam hekim evvelceden tewekkur edirem artiq 3 gundur ki qizdirmam seherler 36.8 dir bu hamilelik ola biler??
 
 
# Administrator 2013-04-29 10:46
Hörmətli oxucumuz!
Bazal hərarət (düz bağırsaqda ölçülür) daim 37 C (bundan aşağı yox!) və daha artıq olduqda bu hamiləliyin simptomu sayıla bilər.
 
 
# Nazenin 2013-05-16 13:45
salam hekim necesiz....men size nece defe sual vermisem cavab gelmeyim..men axirinci defe aprelin 16si aybasi olmusam indi mayin 16sidi olmadim sizce men hamilelik testini ne zaman elesem gosterer////
 
 
# Administrator 2013-05-16 16:59
Hörmətli Nazənin xanım!
Bu gün test edə bilərsiniz.
Allah köməyini olsun!
 
 
# Nazenin 2013-05-17 06:15
salam hekim men seher 6da test etdim birinci xett qirmizi, 2ci xett ise solgun gosterdi sizce men hamileyem ///// hemde istiliyim 37.1di.birde ne vaxt test edim deqiq gostersin.....
 
 
# Administrator 2013-05-17 14:22
Hörmətli Nazənin xanım!
1-2 gündən sonra testi təkrar edin.
 
 
# Nazenin 2013-05-17 15:18
cox sagol hekim.
 
 
# Nazenin 2013-05-18 13:01
hekim ovuliyasiya testinen hamilelik testi arasinda ferq var///
 
 
# Administrator 2013-05-18 20:40
Hörmətli Nazənin xanım!
Bu tamam müxtəlif testlərdir.
 
 
# Nazenin 2013-05-22 11:01
salam hekim men bu gun test etdim 2 xett qirmizi cixdi.biraz hereket eleyende bel agrilarim artir,birde mende urek bulanmasi yoxdu bu neden ola biler////xahis edirem suallimi cavablandirarsi z//////
 
 
# Administrator 2013-05-22 17:47
Hörmətli Nazənin xanım!
Ağrılarla bağlı həkimlə məsləhətləşin. Bu təhlükəli simptom ola bilər.
 
 
# Gozel xanim 2013-05-22 11:27
Salam,,,,size sualim var,,,Hekim,men 1 hefte once uziye duwdum,hekim dedi ki,ovulyasiya vaxtin bawlayib,,,5,6 gunden sonra yene gelersen gorek,yumurtala rin partlayib ya yox,,,bu gun gedib yene yoxlandim,,,hek im qeyd etdi ki,artiq yumurtalarin partlayib,,,,am ma hamile qalib qalmamagimdan 1 wey demedi,,,,29 zu menim tsikli gunumdu,,bu gunse 22 di,,,,sizce men hamile qala bilerem? qeyd edim ki,seher hamileleik testi etmiwem,,,1 wey yox idi,,,,,sizce umid etmeye deyermi???/ evvelceden minnetdaram
 
 
# Administrator 2013-05-22 17:50
Hörmətli oxucumuz!
Testi mayin 29-zu edin.
Allah köməyiniz olsun!
 
 
# Nazenin 2013-05-22 20:59
COX SAGOLUN HEKIM.
 
 
# Nazenin 2013-05-25 15:19
salam hekim men bu gun hekime getdim 5 heftelik hamileyem hekim dediki tonusun var.tonus ne demekdi///
 
 
# Administrator 2013-05-25 19:00
Hörmətli Nazənin xanım!
"Hamiləlik və doğuş" bölməsində "Uşaqlığın hipertonusu" adlı məqaləsində Sizə lazım olan məlumatları tapa bilərsiniz.
 
 
# Nazenin 2013-05-29 14:17
salam hekim urek bulanmalarim baslayib ona qarsi derman icsem usaga ziyani varmi//////
 
 
# Administrator 2013-05-29 15:59
Hörmətli Nazənin xanım!
Ürəkbulanması Sizi çox narahat edirsə, ginekoloqa müraciət edin. Həkim Sizə dərman təyin edəcək.
 
 
# #leyla 2013-06-08 20:09
salam hakim man falekul testi eladim iki xatt hamsinda iki xatt dusdu bas ovulyasiya oldugunu neca bilacam manda falekul yetisir partlamir onu neca partlatmaq olar?
 
 
# Administrator 2013-06-09 16:08
Hörmətli Leyla xanım!
Ovulyasiya testinin müsbət nəticəsi (2 xətt) ovulyasiyanın mümkün olduğundan xəbər verir. Lakin bu o demək deyil ki, ovulyasiya 100% hallarda baş verəcək.
Ovulyasiyanın baş verib-verməməsini yalnız USM zamanı təyin etmək olar. Bunun üçün menstruasiyanın dövrünün təxminən 11-ci-12-ci günündən başlayaraq qadın hər gün və ya bir gündən bir (həkim təyin edir) ovulyasiya gününə kimi USM-dən keçməlidir. Buna follikulometriy a deyilir. Ovulyasiya baş vermədikdə növbəti menstruasiya dövründə follikulometriy a yenidən təyin olunur. Ovulyasiya 2 menstrual dövr ərzində baş vermədikdə bunun səbəbini araşdırmaq üçün həkim qadına müəyyən müayinələr təyin edir.
Daha sonra lazım olduqda qadına müalicə təyin olunur.
 
 
# #leyla 2013-06-09 17:46
salam hakim sizi yena narahate ediram manim bir il bundan aval usagim olub iki gun sonra oldu yani ki manim bir dafa usagim olub niya indi falekul partlamir avvalcadan minatdaram
 
 
# Administrator 2013-06-10 15:45
Hörmətli Leyla xanım!
Bunun səbəbləri müxtəlif ola bilər - hormonal pozulmalar, ginekoloji xəstəliklər və s. Ginekoloqa müraciət edib lazım olan müayinələrdən keçin ki, ovulyasiyanın olmamasının səbəbi təyin olunsun.
Allah köməyiniz olsun!
 
 
# rashida 2013-06-18 16:44
salam hekim xahiw edirem sualimi cavablandirasin iz.Men ildir aileliyem amma hamile qala bilmirem.mayin 20 si aybawi lekes gordum.ldum amma aybawim gelmedi.25 i guclenmeye basladi.aybawim 14 cu usm getdim folekullarim 19,18,25,17 mm idi.hekimimle meslehetlesdim.iyne vurdurdum partlamasi ucun.12 saatdan sonra elaqede oldum.16 ci gunu usm getdim dediler ki parliyib folekul.sizce men hamile qala bilerem.amma urey bulantilarim yoxdur herden bir agrilarim olur qarin nahiyemde.choox xahiw edirem sualima cavab yazasiniz.tewekkurler.
 
 
# Administrator 2013-06-19 15:26
Hörmətli Rəşidə xanım!
Bəli, hamiləlik mümkündür. 1 həftədən sonra hamiləlik testi edə bilərsiniz.
Allah köməyiniz olsun!
 
 
# gunay 2013-06-20 14:31
salam dokdor . meen bilmek isdeyirem ovilyasiya vaxti her ay olur yeni fanikul her ay partlamalidi. aprel axinda usm etdin partlamisdi, may ayinda 20mm olmasina baxmayaraq partlamadi sovruldu bir gun aonra usm kicildiyini dedi. iyne vurmaqda uje gec idi 17 gunum idi. bunun ucun ne edim bu ay iyne vurdurmaliyam. indiden twk edirem.
 
 
# Administrator 2013-06-22 15:15
Hörmətli Günay xanım!
Hətta tam sağlam cavan qadınlarda 1 il ərzində 1-2 anovulyator (ovulyasiya baş vermir) menstrual dövr ola bilər. Bu normal sayılır. Qadının yaşı artdıqca anovulyator menstrual dövrlərin sayı da artır.
Növbəti menstrual dövründə təkrar USM-dən keçin. Ovulyasiya yenidən baş verməsə, bunun səbəbini araşdırmaq üçün ginekoloqa müraciət edin.
 
 
# #leyla 2013-06-21 21:20
salam hakim manim bu ay falekulum partladi ovulyasiyadan bir hafta sonra hamilalik testi elasam na sa gostara bilar xahis ediram cava yazin ne olar
 
 
# Administrator 2013-06-22 15:17
Hörmətli Leyla xanım!
Hamiləlik testi menstruasiya 1 gün gecikdikdə istifadə olunur. Bir qədər gözləyin.
 
 
# #leyla 2013-06-28 17:29
salam hakim manim bu gun menstruasiya gunum idi test eladim iki xatt cixdi qirimizi dusdu man hamile ola bilaram? xais ediram cavab yazin
 
 
# Administrator 2013-06-29 13:07
Hörmətli Leyla xanım!
Bəli, bu hamiləlik ola bilər. 1-2 gündən sonra testi təkrar edin.
 
 
# xedice 2013-07-08 18:30
Salam hekim zehmet olmasa menim sualima cavab verin.men bu ay iyunun 29 aybasim oldu iyulun 3 qurtardi,kecen aybasim ise iyunun 1 olmusdu,sizden xais edirem menim ovulyasiya gunumun ne vaxta dusduyunu deye bilersiz..cox sag olun allah sizden razi olsun
 
 
# Administrator 2013-07-09 15:07
Hörmətli Xədicə xanım!
Ovulyasiya günü adətən menstrual dövrünün ortalarına düşür. Bunu dəqiq bilmək üçün ovulyasiya testlərindən istifadə edin və ya USM-dən keçin.
 
 
# aylin 2013-07-20 19:56
salam doktor,men bilmek isteyirem qadinla kisi birlikde olduqdan sonra hansi muddete hamileleik bas tutur,yeni sperm neze saat veya gune artiq mayalanir? sag olun
 
 
# Administrator 2013-07-21 10:01
Hörmətli Aylin xanım!
Saytımızda mayalanma haqqına məlumat tapa bilərsiniz.
 
 
# DENIZ 2013-07-26 12:46
salam doktor necesiz? menim 3 aydı menst. olmuram bir defede bele olmuşam müaliceden sonra ise mende tüklenme getdi sonra endkrinoloq müalicesi sayesinde tüklenmeni azlatdık indi yeniden hekime getmeye qorxuram xahiş edirem men kömek edin
 
 
# Administrator 2013-07-26 16:47
Hörmətli Dəniz xanım!
Mütləq ginekoloqa müraciət edin. Vaxtında müalicə olunmadığı halda xəstəlik daha da ağırlaşa və fəsadlaşa bilər.
Allah şəfa versin!
 
 
# gunay 2013-08-15 16:59
salam hekim menim ilk usaqim olub olan kimi nefes alib olub.hamileliyim normal olub.mualicesiz.indi 9ay kecib usaqim olmur.hekime de gedirem fanekullar olmurdu. avqustun 4u xestelendim 7si qurtardim bu gun aybasinin 12 ci gunudu usm kecdim sag yumurtaliq 21,4 mm 35,5foneku l7,0mm 9,5mm sol yumurtaliq 18,5mm 28,6mm fo l5,6mm 7,0di. mende ovelyasya ne vaxt bas verecek.bu folekulla hamile qala bilerem.
 
 
# Administrator 2013-08-17 14:49
Hörmətli Günay xanım!
Bunu dəqiq bilmək üçün Siz hər gün USM-dən keçməlisiniz. Ovulyasiya baş verdikdə hamiləlik mümkündür.
 
 
# aynur 2013-09-18 18:08
salam hekim.sentyabrin 2de aybasim olub5de qurtarmisam.tsiklinin15gununde usm den kecdim sag yumurtaliqda 24x24mm DF gorunur yazilib.ovulasiyanin 13cu 14cu 15gunlerde yasayisimiz olub.bu ay hamile qala bilerem.xais edirem cavab yazasiz.cox sag olun minnetdaram
 
 
# nərgiz 2013-10-03 22:51
salam həkim mən qız doğmaq istəyirəm bunu necə edimm ancaq abortdan qorxuram 2 oğlum var
 
 
# Administrator 2013-10-05 13:12
Hörmətli oxucumuz!

Qiz və ya oğlan doğulmasının qərarı yalnız hər şeyə qadir olan Allaha məxsusdur. Dua edin, İnşaAllah qismətinizdə varsa bunun qarşısını heç kim aıa bilməz. Aborta heç bir halda yaxin durmayın.

Uca Allah dualarınızı qəbul etsin!
 
 
# sahil 2013-10-24 00:03
salam.matkada tursulugun cox olmasi hamile qalmaga mane ola bilermi.xahis edirem cavablandirardi z.ALLAH RAZI OLSUN.
 
 
# Administrator 2013-10-25 14:55
Hörmətli oxucumuz!
Bəli, uşaqlıq yolunun turşuluğu normadan artıq olduqda, bu sonsuzluğa səbəb ola bilər. Məsələ burasındadır ki, spermatozoidlər belə turşu mühitdə yaşaya bilmir.
 
 
# Nigar 2013-11-06 12:14
Salam hekim. Mende folekul yetismirdi, dermanlar vasitesiyle yetisdi, aybasinin 15 ci gununde folekulun olcusu 19.4mm idi. Partlamasi ucun XQ vuruldu. Bu gun 17 ci gunudur, uzi elediler partlamamisdi boyuyub 23.4 mm olub.eger bir nece gune partlayarsa, menim hamile qalmag sansim var?
 
 
# Administrator 2013-11-06 22:51
Hörmətli Nigar xanım!
Ginekoloqa müraciət edin. Ola bilsin ki, Sizə yenidən XQ inyeksiyası təyin olunacaq.
Ovulyasiya baş verdikdə hamiləlik mümkündür.
Allah köməyiniz olsun!
 
 
# sabina 2013-11-26 23:57
Salam həkim mənim aybaşı tsiklim 24 gundur bilmək istərdim ovulyasiya gunum nə vaxtdır? Əvvəlcədən təşəkkurlər
 
 
# Administrator 2013-11-27 21:52
Hörmətli Səbinə xanım!
Menstrual dövr müntəzəm olaraq 24 gün təşkil edirsə, ovulyasiya təxminən 10-cu-12-ci günlər arası baş verir.
 
 
# cemen 2013-12-02 14:49
salam men1 il 2 aydirki evliyekm bu muddet erzinde hamile qalmamisam.usmden kecdim palikistoz elameti cixdi.mualice aldim indi her ay vaxtinda oluram indi ne etmeliyem?
 
 
# Administrator 2013-12-03 19:12
Hörmətli oxucumuz!
Siz və Sizin həyat yoldaşınız hərtərəfli müayinədən keçməlisiniz. Siz - USM, hormonal analizlər, boruların keçiriciliyi və s., hər ikiniz - infeksiyalar, uyğunluq testi, həyat yoldaşınız - spermoqramma. Lakin bu halda sonsuzluğun dəqiq səbəbi (və ya səbəbləri) təyin olunacaq və Sizə lazım olan və təsirli müalicə təyin olunacaq.
Allah köməyiniz olsun!
 
 
# Belinay@ 2013-12-18 16:42
Salam Doctor.Ilk once size tesehekkurumu bildirirem.bu qeder insana qarwiliqsizz komeklik gosterirsiniz.
Sualime geldikde.7 aydir evliyem artiq.Toydan evvel mualice aldim.temizlendim.polikistoza qarshi mualice almishdim.6 ay ushaq istemedik.7ci ayda mende axintilar geldi.ele bildim ki hamilelik acilihshidir.Hekime muraciet etdim.Hamileliyin olmadigini.polikistozun elameti ,yumurtligin boyumesi,birde matka zeifliyi dedi.3 aylliq mualice yazdi.17.12.2013 aybashi oldum.aybashinin 5 ci gunu USB cagirib hekimim.menim sualim.hekim mene mualiceni 3 ayliq yazibsa men bu 3 ay erzinde hamile qala bilmeyecem demekdir??yeni ehtimal var hamile qalmagima?narahat etdiyim ucun bagihslayin.meslehetleriniz i gozleyirem.ushaq cox isteyirem olsun.mualiceyle beraber ne etsem ushagaa tez qalaram.birde bu ay elaqeye girsem ushaga galma ehtimali varmi INHALLLAHH???
 
 
# Administrator 2013-12-19 10:13
Bu həkim Sizə təyin etdiyi müalicədən asılıdır. Polikistoz xəstəliyinin müalicəsi zamanı hamiləlik əleyhinə preparatlar istifadə olunur. Bu yumurtalıqların "dincəlməsi" üçün təyin olunur. Belə prepartalar təyin olunduqda hamiləlik mümkün deyil.
 
 
# Fatima S 2014-02-15 21:01
Slm hekim.Men 2 ildir aileliyem.Hamile qala bilmirem.Axirinci menstruasiyam 4 fevral tarixinde olub 10 tarixinde bitib.12 yoldasimla bir gunden bir elaqede olmusam.Ova chek testiyle bugun yoxlamisam bir xet tund benovseyi ikinci xet bulaniq gosterib.Bilmek isteyiremki bizde ovulyasiya bas tutub yoxsa yox.Tutubsa ne vaxta kimi hamile qalmaq shansi var birde bu muddet ne vaxta qeder mumkundu. Onu da deyim ki hekim yoxlanisindan ikimizde kecmishik her shey normaldi deyirler.Xahis edirem sualimi cavablandirasiz .Evvelceden minnetdarliqimi bildirirem.
 
 
# Administrator 2014-02-17 19:17
Bu testin istifadəsi qaydaları haqqında məqalədə çox aydın məlumat verilir.
 
 
# Fatima S 2014-02-26 15:31
Sualimi cavablandirdiqi nizcun minnetdaram hekim
 
 
# Fatima S 2014-02-26 15:39
Evvelki sualimi cavablandirdiqi niza gore bir sualimda olacaq mumkunse cavablandirardi niz.ilk defedir ki bele seyle qarsilasiram bir ayda 2 defe menstruatsiya olmaq ne derecede duzgundur? Qeyd etmisdim ki aileliyem hamilelik olmayib hekim yoxlanisindanda her ikimiz kecmisik problemin olmadiqini soyleyibler.qisasi 4 menstruatsiya olmusdum 26 yeniden menstruatsiya oldum ama vaxtima 10 gun qalmisdi yeni ki martin 6 si olmaliydim. mumkunse sualimi cavablandirardi niz.
 
 
# Administrator 2014-02-26 18:08
Bunun səbəbi müxtəlif ola bilər - ovulyasiya (bəzi hallarda qanlı ifrazatlar və qarının aşağı hissəsində ağrılarla müşahidə olunur), yumurtalığın apopleksiyası (yumurtalığın yırtılması), bəzi hormonal preparatların qəbulu, poliplər, kistalar, şişlər, hormonal dəyişikliklər, bəzi qalxanvari vəzi xəstəlikləri və s.
USM-dən keçin.
 
 
# Fatima S 2014-02-26 19:30
Onuda deyimki hekim o dediyiniz elametler ovulyasiyayla baqli hec biri mende yasanmadi sadece bel aqrilarim oldu oda yungulvari borularimi da yoxlatmisam aciqdir deyibler.kista bu kimi seyler cox sukurki yoxdur.
 
 
# alik 2014-03-03 21:55
salam hekim. men aybasinin 10cu gunu hekime getdim faleku 13 mm idi. 14cu gunu geden de ise hekim dediki falekul boyumedi getdikce sovrulur . bunun sebebi ne ola biler?
 
 
# Administrator 2014-03-04 18:59
Bunun səbəbi hormonal pozulma ola bilər.
Ginekoloqa müraciət edin.
 
 
# ilaska 2014-04-26 14:20
Salam doktor baqislayin vaxtinizi aliram,amma meni bir sual narahat edir xais edirem cavablandirasiz :( . Mende aybasiya 12-10gun qalmis qarnimin asaqi hissesinde canaqdan biraz yuxarda aqirliq hissi olur ele bil ki sar doldurubsan.ayaqimi qarnima yiqanda emmeli basdi hiss ediremki orda neyse var.amma aybasidan sonra kecir gedir, birinci defe ele bildim usaqdi amma sonra gordum yox her defe bele olur.onuda deyimki noyabrda acilus olub 3 heftelik usaqda.mene de etrafimdakilar deyiller ku o falekuldu sende sisir. Cooox xais edirem hekim mene deyin narahat olmaqa esas varmi? Gozleyecem cavabinizi
 
 
# Administrator 2014-04-27 15:15
Bir çox qadınlar menstruasiyadan əvvəl köp hiss edirlər. Menstruasiya başladıqdan sonra köp keçir gedir.
Bu normal sayılır.
Bunun səbəbini həkimlər menstruasiyadan əvvəl qadın orqanizmində hormonal fonun dəyişiləməsi ilə izah edirlər.
 
 
# ilaska 2014-04-27 23:09
Allah razi olsun sizden doktor xeyli rahatladiz meni cavabinizla,cox saqolun
 
 
# alegria 2014-07-30 21:49
Salam.Men texminen 3 aydan choxdur ki, aile qurmuwam. Bu ay ovulyasiya testi aldim. 1pachkada 5 dene.butun qaydalara emel ederek istifade etdim.her gun eyni saatda ve s., yani uzerinde yazildigi kimi.
Ancaq qeribe bir halla qarwilawdim. Butun testler musbet netice gosterdi, bewi de!Bew gun her gun bir test.
Aile quranadek aybawi hemiwe normal olub.Her ay eyni tarixde hetta ekser hallarda eyni saatlarda, yani seher yuxudan durduqdan sonra.

Aile qurduqdan sonra ise, ilk ay aybawi 9 gun gecikdi.Hemin ay hamilelik testi zeyif de olsa iki xett gosterdi.

Sonraki iki ay ise her defe 2 gun gec oldu.Test istifade etmedim.

Bilmek isterdim ki, polikistoz ve s. ferz etsek ki, mende yoxdu. Normalda bu cur olmagi, yani 5 gun ard-arda ovulyasiya testinin musbet netice gostermesi Sizce ne ile elaqedar ola biler?
Evvelceden minnetdarligimi bildirirem.Chox sag olun.
 
 
# Administrator 2014-07-31 14:21
Bu lnkə keçib sualınızı verə bilərsiniz: http://saglamolun.az/index.php/ginekologiya/1410-firuze-ceferzade.html
 
 
# alegria 2014-07-31 14:42
Chox sag olun!
 

Sual və ya Şərh yazmaq üçün qeydiyyatdan keçin!

Bəner
Bəner

SON MƏQALƏLƏR

Bəner
Bəner

PARTNYORLARDAN XƏBƏRLƏR və MƏLUMATLAR

OXU! HƏR GÜN BİR SURƏ!

SAĞLAM QİDA

FAYDALI MƏLUMAT

Bəner
Bəner

HƏKİMƏ SUAL

Samir Abdullayev

Samir Abdullayev

Varikoz damar cərrahı. Əmək stajı - 7 il

Damar xəstəlikləri /10692

Şərhlər(38)

Günay Rəsulova

Günay Rəsulova

Pediatr Əmək stajı - 6 il

Pediatriya /7424

Şərhlər(176)

Firuzə Cəfərzadə

Firuzə Cəfərzadə

Həkim-ginekoloq Əmək stajı -7 il

Ginekologiya /1410

Şərhlər(70)

SON SUAL

salam hekim. men 11heftelik hamileyem dol yumurtasinin sag terefinde 12-13 mm ayrilma var. mualicesi var? ne etmeliyem? ilehe 11.07.2014 18:20

Bu təhlükəli haldır. Mütləq ginekoloqa müraciət edin. Müalicəsi var: qadın yataq rejimində olmalıdır, streslərdən uzaq olmalıdır, müəyyən dərmanlar qəbul etməlidir (spazmolitiklər, hormonal preparatlar, vitaminlər və s.).

Allah köməyiniz olsun!

powered by SM FAQ

KALKULYATOR

RƏYİNİZİ BİLDİRİN

BUNU BİLMƏLİSİNİZ!

TESTLƏR

BİZ FACEBOOK-da